Reklam verin!
Yuma Ailə Jurnalı

Qubadlı Blogu Haqqında


www.qubadli.com

Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Blogumun yeni forması xoşunuza gəldimi?



Açar sözlər

qarabag  qubadli  atəşkəs  sulh  erməni  xəbər  yeni  əsgər  müharibə  idman,  rayon  şəhid  dağlıq  münaqişə  sayt  əliyev  islam  soyqırım  elan  www.qubadli.com  vətən  qubadlı,  torpaq  aliyev  azərbaycan,  ermeni,  soyqırım,  ilham  saytı  erməni,  pozulub  qəzet  turkiye  abş  işğal  dərs  söz  kitab  kənd  qafqaz  dünya  türkiyə  gənc  reklam  düşmən  şəhidlər  atəşkəs,  iran  soykirim  dənizi,  ramazan  vakansiya  rayon,  ordu  qəza,  əsir  pozan,  president  ermənilər  lord  qarabağ,  herb  apa  amerika  prezident  gun,  soykirim,  bayram,  azərbaycan  blog  pen  xəzər  sülh,  spsial  azerbaycan,  qarayev  zabit  fizuli  dunen,  universitet,  irəvan  dəvət  mənbə  qitə,  şair  şəhər  qarabaq  unutma  yağ,  elmar  savad,  ikt  kürd  müstəqillik  abdulov  xeber  ermənistan  arxiv  add  cavab,  yaralı  xəzərdə  şahmat,  khubadli  kend  çörək  müəllif  sərəb-dili  xətt  mübariz  petrosyan,  kondalize  səngər  ramil  ateshkes  kosova,  refahiya  budaq  gəncləri  rejimi  oruc  barak  turk,  kino  anspress.com  qaynaqlar  baku  xanəmir  daim  qələm,  20  esirler  müsibət,  bu  trend  status  bundestanq  daşnaq  qahirə  meyit,  əbülfəz  derman  2008  devis  presspost  tərtər  kanal  müharibə,  qarabağı  şerləri  mərkəz  ağdam  yağı,  məmmədyarov  konfransı  pkk  abş,  etər  enverpashadergisi  rejim  tarix  adət,  avropa  cevap,  milli  af,  səfərov  futbol,  kubadli  pulu  qiymət  tədris  ermeni  terrorist  prezident,  müzakirə  kubok,  muharibe  şəkilistanbul  çərşənbə  qrupu  xain  tez-tez  obama  turkler,  otel,  fm  dünya,  tarixi  islamoglu  başçısı  dondurulumuş  akif  anım  gənc,  məmmədov  lham  free  ev  yerevan  dağ  faşizm  xəbərlər,  amin  boks,  karabagh  elm  həcc  kosovo  yazi  ağamədov  xezer  səngər,  tanıyaq  ştat,  xatirə  qondarma  qafsam  denktaş  yemək  street  soyqırımı,  təşkilatı  diqqət  amerika,  fərhad  məqalə  neler  barama  kənd,  parlamenti  məclis  bəla,  üç  komanda  sehir  qalxıb  satış  rays  hazar  rusiya,  abulfaz  el  təşəbbüs  xayin  bütün  ramazan,  ştat  türklər,  ans  reklam,  radio  elm,  təcavüzkar  mustafa  icra  sponsor,  matəm  institut  samir  05-02-2008  günü,  əliyar  fond  azernews  faşizmi  alim,  esger  xazar,  xəbər,  karabahg  icad  orucu  pul  cəbhə  əsiri  ismayıl  musavat  avropa,  ölüm  səfirliyi,  əkrəmin  respublika  strateji  kipr  mütamadi  the  sual,  fesival  eurovision  heykayə  xaric  telmanoğlu  tuman  qubadlıda  nehrə  qərar  gen  qerar  haber,  serbiya,  preziden  yaxşı  əsər  mina  ter,  kahire  itkin,  nazir  hərb  cəbrayıl  qol  ishgal  hal  dığa,  çaylı  təhsil,  ibrahim  dava,  region  islam,  dəftəri  şuşa  garabag  şəhidi  şəkil,  yanvar  lobbbisi,  əsirlər  pozuldu  mustekil,  ana  hediyye  panel  qubadl  kubadli,  auditoriya,  yara  məğlub  gubadli  ziyarəti  terri  quran  kiv  gənclər  levon,  yolçubəyli  nöqtə  futbol  qətl  herb,  erzincan  göyçay  rauf  pozulur  bayramı,  wall  tehsil,  film  təcili  azərbaycanlıları,  dövlət  bakı  turk  movqe  qurd  nehrə,  şura  genc,  qüdrət  love  yığma,  seçki  dizayner  almaniya  terrorist,  konnfransi  meyid, 

Sayqaç

İndi blogda: 24
Keçən ayın hiti: 15004
Dünənki hit: 405
Bugünki hit: 221
Ümumi hit: 187941

Müxtəlif




top.SUMQAYIT
Top on A-Z.az





Site Ekle
nakliyat


Sohbet

Sohbet
Komik 100
En kaliteli siteler Alersa.Net
Siteni ekle AddThis Feed Button
Add to Technorati Favorites


YELMAR MƏMMƏDOV

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin davamçısı, cavan olmasına baxmayaraq «el atası» adlanan Yelmar Isbəndiyar oğlu Məmmədov 1957-ci ildə Həkəri çayının sahilində Qaçaq Nəbi və Həcər xanım kimi xalq qəhrəmanları yetişdirmiş Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balacaYelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir. Y.Məmmədov orta məktəbi bitirəndən sonra Bakıya gəlir, ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir. 1975-76-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir. 1976-cı ildə əsgər gedir. Əsgəri xidmətini Çita şəhərində başa vurur. Əsgəri xidmətdən sonra, özünün dediyinə görə, təsadüf nəticəsindəDaşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda Milis məktəbinə daxil olur. Sonralar isə Moskva hüquq institutunun qiyabi şöbəsində oxuyur. Komi Respublikasının Uxta şəhərinə gəlir. Yelmar Məmmədovun özünün dediyinə görə, Uxta şəhərinə ehtiyac üzündən gəlir. O qeyd edir ki, dedilər orda aylıq əmək haqqı yüksəkdir. Ayda min manatdan çox qazanmaq olur. Yelmar Məmmədov Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisinmüavini olur.

1988-ci ildə sahibkarlıq haqqında qanun çıxması onun ürəyincə olur. O, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik bir kooperativ açır. Ilk işləri bir zavodun damını örtmək olur.Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir.Bir ildən sonra onun işçilərinin sayı artıq min nəfər olur.1990-cı ildə «Mariya» Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri genişlənir. Bir neçə şəhərdə filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən «Mariya Assosiasiyası» adlı sənədli filmdən sonra həryerdə tanınmağa başlayır. Uzun ayrılıqdan sonra Y.Məmmədovun vətən yadına düşür. O, 1992-ci ilin avqust ayında Azərbaycana gəlir. Özünün dediyinə görə cəbhədəki məğlubiyyətlərona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir.Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır.Elə buna görə də Bakıda «Yelmar interneyşil» koperasiyasını yaradır. Həmin koperasiyaya üç tikinti idarəsi, bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxildir. Orda üç mindən çox Adam işləyir.Əziz oxucular, burda bir haşiyə çıxmaq istəyirəm. «Xalq» qəzetinin müxbiri Ziyəddin Sultanov Qarabağ müharibəsinin qaynar nöqtələrində olmuş, «Qarabağ gündəliyi», «Qarabağın qara günləri», «Xocalı faciəsi», «Ağdərədən gələn var»kitablarının müəllifidir. Eyni zamanda onun «Burdan bir atlı keçdi» kitabı çapa hazır idi. Özü yazır ki, kitabımı çap etdirmək üçün vəsaitim yox idi. «Işıq» nəşriyyatında mənə məsləhət gördülər ki, özünü H.Z.Tağıyevin davamçısı adlandıran Yelmar Məmmədova müraciət edim. Bu kitabın sponsoru o ola bilər. 1994-cü ilin yanvar ayında mən Yelmar Məmmədovun yanına gəldim. Fikrimibilən kimi razılıq verdi. Beləliklə, «Burdan bir atlı keçdi» kitabım Y.Məmmədovun vəsaiti hesabına işıq üzü gördü.Hörmətli oxucular, Ziyəddin Sultanovun məqaləsindən bir hissəni olduğu kimi sizə çatdırmaq istəyirəm. O yazır: Böyük xeyriyyəçi H.Z.Tağıyevin nəcib ənənələrini ləyaqətlə davam etdirən Yelmar Məmmədovun xeyirxah əməllərinə aidbir neçə misal: indiyə kimi şəhid ailələrinə yüz əlli milyon rubl pul paylayıb.Respublika Daxili Işlər Nazirliyinin qoşunlarına qırx yeddi milyonluq hərbi geyim,(rubl), teleradio şirkətinə altı milyon rubl dəyərində avtobus, ayrı-ayrıredaksiyalara üç video kamera bağışlayıb. Gürcüstandakı Azərbaycan məktəbləriüçün iyirmi beş min nüsxə dərslik alıb. «Bakı Tayms» qəzetinin xərcini özboynuna götürüb. Respulikada çıxan bir neçə qəzetə maddi yardım göstərib. 1993-cü ildə otuz dörd, bu il isə əlli tələbəyə hərəsinə iyirmi beş min rubl, Bakı dövlətUniversitetinin üç qaçqın tələbəsinin hərəsinə əlli min rubl təqaüd verib. Üç gəncitəhsil almaq üçün Çinə göndərib.Hörmətli oxucu, bunlar ancaq bir məqalədə göstərilənlərdir. Beləmisallardan çox çəkmək olar.Y.Məmmədov Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağırxəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayırdı. Dava-dərman vəərzaq almaq üçün pulu yox idi. Y.Məmmədov Sara xanıma baş çəkdi, onun evşəraitini yaxşılaşdırdı.Eyni zamanda onun bütün xərclərini öz üzərinə götürdü. Y.Məmmədov özüdeyirdi ki, nəinki Azərbaycandakı, mən Rusiyadakı müəssisələrimin gəlirini dəAzərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. O gileylənirdiki, müharibə bir qrup adamlar üçün deyil. Vətən, topaq hamınındır. Fəhlə də,milyonçu da, nazir də, alim də öz övladlıq borcunu verməlidir. Bizdə isəmüharibədə bir nəfər də olsun rəhbər işçinin övladı vuruşmur.Cavan olmasına baxmayaraq, «el atası» sayılan, ağsaqqal, müdrik, əliaçıq,alicənab insan olan Yelmar Məmmədov çox yaşamadı.O, 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalışəkildə vəfat etdi. Guya gecə bunlar yatandan sonra qaz sızıb və qazdan boğulubölüblər. Nə isə… allah hər ikisinə rəhmət eləsin, qəbirləri nurla dolsun.Y.Məmmədov özünün qısa ömründə çox iş gördü. O, həmişə onu sevənlərinürəyində yaşayacaqdır.Yelmarın dörd övladı – iki qızı, iki oğlu ata-ana həsrəti ilə böyüyürlər.

Yazar: Abusaleh @ Sentyabr 8, 2007 21:38 | Sizdən gələnlər, Şəxsiyyətlər, Kitablar | Şərhlər(0)
Baxış sayı: 226
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha