Qubadlı Blogu Haqqında
Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
qarabag qubadli atəşkəs sulh erməni xəbər yeni əsgər müharibə idman, rayon şəhid dağlıq münaqişə sayt əliyev islam soyqırım elan www.qubadli.com vətən qubadlı, torpaq aliyev azərbaycan, ermeni, soyqırım, ilham saytı erməni, pozulub qəzet turkiye abş işğal dərs söz kitab kənd qafqaz dünya türkiyə gənc reklam düşmən şəhidlər atəşkəs, iran soykirim dənizi, ramazan vakansiya rayon, ordu qəza, əsir pozan, president ermənilər lord qarabağ, herb apa amerika prezident gun, soykirim, bayram, azərbaycan blog pen xəzər sülh, spsial azerbaycan, qarayev zabit fizuli dunen, universitet, irəvan dəvət mənbə qitə, şair şəhər qarabaq unutma yağ, elmar savad, ikt kürd müstəqillik abdulov xeber ermənistan arxiv add cavab, yaralı xəzərdə şahmat, khubadli kend çörək müəllif sərəb-dili xətt mübariz petrosyan, kondalize səngər ramil ateshkes kosova, refahiya budaq gəncləri rejimi oruc barak turk, kino anspress.com qaynaqlar baku xanəmir daim qələm, 20 esirler müsibət, bu trend status bundestanq daşnaq qahirə meyit, əbülfəz derman 2008 devis presspost tərtər kanal müharibə, qarabağı şerləri mərkəz ağdam yağı, məmmədyarov konfransı pkk abş, etər enverpashadergisi rejim tarix adət, avropa cevap, milli af, səfərov futbol, kubadli pulu qiymət tədris ermeni terrorist prezident, müzakirə kubok, muharibe şəkilistanbul çərşənbə qrupu xain tez-tez obama turkler, otel, fm dünya, tarixi islamoglu başçısı dondurulumuş akif anım gənc, məmmədov lham free ev yerevan dağ faşizm xəbərlər, amin boks, karabagh elm həcc kosovo yazi ağamədov xezer səngər, tanıyaq ştat, xatirə qondarma qafsam denktaş yemək street soyqırımı, təşkilatı diqqət amerika, fərhad məqalə neler barama kənd, parlamenti məclis bəla, üç komanda sehir qalxıb satış rays hazar rusiya, abulfaz el təşəbbüs xayin bütün ramazan, ştat türklər, ans reklam, radio elm, təcavüzkar mustafa icra sponsor, matəm institut samir 05-02-2008 günü, əliyar fond azernews faşizmi alim, esger xazar, xəbər, karabahg icad orucu pul cəbhə əsiri ismayıl musavat avropa, ölüm səfirliyi, əkrəmin respublika strateji kipr mütamadi the sual, fesival eurovision heykayə xaric telmanoğlu tuman qubadlıda nehrə qərar gen qerar haber, serbiya, preziden yaxşı əsər mina ter, kahire itkin, nazir hərb cəbrayıl qol ishgal hal dığa, çaylı təhsil, ibrahim dava, region islam, dəftəri şuşa garabag şəhidi şəkil, yanvar lobbbisi, əsirlər pozuldu mustekil, ana hediyye panel qubadl kubadli, auditoriya, yara məğlub gubadli ziyarəti terri quran kiv gənclər levon, yolçubəyli nöqtə futbol qətl herb, erzincan göyçay rauf pozulur bayramı, wall tehsil, film təcili azərbaycanlıları, dövlət bakı turk movqe qurd nehrə, şura genc, qüdrət love yığma, seçki dizayner almaniya terrorist, konnfransi meyid,
Sayqaç
İndi blogda: 21
Keçən ayın hiti: 15004
Dünənki hit: 405
Bugünki hit: 217
Ümumi hit: 187937
Müxtəlif
Site Ekle
Sohbet
Siteni ekle
Qarabağ həqiqətləri ərəb dilindә
|
Əsərdə ermənilərin, xüsusilə "Daşnaksütyun" partiyasının hələ XX əsrin əvvəlində təkcə azərbaycanlılara deyil, Azərbaycanda yaşayan digər xalqlara, o cümlədən almanlara qarşı da təqib və terror həyata keçirdikləri faktlarla sübuta yetirilib. Kitabın nüsxələri Misirin rəsmi şəxslərinə, hökumət və qeyri-hökumət təşkilatlarına, elm, təhsil, mədəniyyət ocaqlarına, tədqiqat və araşdırma mərkəzlərinə, əcnəbi səfirliklərə, beynəlxalq və regional qurumların Qahirədəki nümayəndəliklərinə hədiyyə edilib. Həmin ünvanlardan səfirliyə müsbət rəylər daxil olub. Eyni zamanda Misirin geniş oxucu kütləsinin kitabla yaxından tanış olması üçün səfirlik ölkənin məşhur "Əl-Əhram" yayım agentliyi ilə nəşrin 1500 nüsxəsinin qurumun bütün vilayətlərdə fəaliyyət göstərən çoxsaylı kitab mərkəzlərinə çatdırılması barədə müqavilə imzalayıb.
http://www.d-a-k.org/index2.php?option=com_content&task=view&id=346&pop=1&page=0&Itemid=1
Yazar: Abusaleh @ Noyabr 14, 2008 1:33 | Məqalələr, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 13
Açar sözlər: qarabağ yeni xəbər kitab dərs
![]()
![]()
![]()
Ərəb dili və Qurani-Kərimin Tədrisi
Sumqayıt və Bakı şəhərində ərəb dilini və Qurani-Kərimin avazla oxunmasını tədris edirəm.Tədrisi öz mənzilimdə və ya tələbənin evində aparıram və təhsilin qiyməti buna müvafiq olaraq dəyişir.
Kursun qiyməti hamının imkanına uyğundur. Məşğələni AMEA-nın elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənov aparır.
Əlaqə telefonu:50-336-51-24
OBYEKTİV
Yazar: Abusaleh @ Noyabr 4, 2008 0:56 | Elanlar |
Baxış sayı: 18
Açar sözlər: quran dərs sərəb-dili tədris pul
![]()
![]()
![]()
“Ümidvaram ki, qarşıdakı aylarda Dağlıq Qarabağ sülh prosesində konstruktiv addımlar atılacaq”
konstruktiv addımlar atılacaq”
BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevi yünidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Məktubda deyilir: “Bu böyük məsuliyyəti daşımaqda Sizə müvəffəqiyyətlər arzulayıram. 2008-ci ilin avqust ayında bölgədə baş vermiş hadisələrə baxmayaraq, Dağlıq Qarabağ sülh prosesinin yeniləşmiş nikbinlik hissi ilə əhatə olunması məni olduqca fərəhləndirir və ümidvaram ki, qarşıdakı aylarda konstruktiv addımlar atılacaqdır.
Ölkəniz və Birləşmiş Millətlər Təşkilatı üçün qarşılıqlı maraq doğuran məsələlərdə Sizinlə əməkdaşlığın davam edəcəyini səmimiyyətlə arzulayıram”. /ANS PRESS/
Yazar: Abusaleh @ Noyabr 1, 2008 6:03 | Xəbərlər, Ölkə xəbərləri | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər: qubadli rayon qarabag yeni xəbər
![]()
![]()
![]()
Azerbaycanin hazir ki, durumu ve Qarabag danishiqlarinda yeni stiuasiyanin yaranmasi.
Azerbaycanin en boyuk problemlerinden olan Qarabag meselesi olkenin inkishafina problemler yaratmaqla beraber, regionda daim yeni munaqishe ocaginin alovlanmasina sherait yaradan faktorlardandir.15 ildir Qarabagin Azerbaycana qaytarilmasi ile bagli yuksek seviyyelerde danishiqlar aparilsada hec bir neticeye nail olunmamasi,hetta BMT VE ATET kimi teshkilatlarin Azerbaycanin erazi butovluyu meselesi ile bagli qetnamelerin qulaq ardina vurulmasi,bu teshkilatlarin menasiz,bir qurum oldugunu,yalniz humanitar xarakterli teshkilati oldugunu gosterir.
Artiq nece illerdi ATET in Minsk qrupunun hemsedrlerinin regiona bosh menasiz seferleri ile bagli politoloqlarin ve ziyalarin,ictimaiyyet numayendelerinin etirazlarini eshidirik ve yalanci seferleri demek olar ki,xalq arasinda siyasi letifeye cevrilmekdedir.Amerika,Fransa,Rusiya resmileride bu fikirleri bunlar gormeye bilmezler.Amma son zamamlar danishiqlarda praktiki olmasada,siyasi beyanatlarin sayi artmaqdadir ve her uc dovletin regionla bagli siyasetinde aktivliyi gormemek mumkun deyil.
Amma Azerbaycanin guclenmesi ve budcenin xeyli hissesini herbi yonunmlu olmasi regionda siyasi-iqtisadi maragi olan dovletleri narahat etmeye bilmez.Xususi ile Azerbaycan prezidenti Ilham Eliyevin Qarabag danishiqlarinin sulh yolu ile geri qaytarilmasa,herbi varianta ustunluk verileceyini bildirmesi,olkeye investisiya qoyan olkeleri dushundurmeye bilmez.Duzdur bu yaxinlarda Ermenistan Xarici Ishler Naziri Nalbandyan BBC-nin Moskva burosunun Azerbaycanli jurnalisti Eldar Ismayilzadenin Qarabag danishiqlari ile bagli sualina, ermeni naziri bele aciqlama vermishdir ki,Azerbaycan hokumetinde evveller muharibe beyanatlari tez tez eshidirdik,bu gun hemin beyanatlarin sayi azalib buda danishiqlara musbet tesirini gosterecek.
Artiq ilkin siqnallar gelmekdedir.Ilk musbet sozler Rusiyanin Xarici Ishler Naziri Sergey Lavrov Irevana sefer etdikden sonra mediada Qarabagin hell olunmasi ile bagli musahibeler vermeye bashladi,Lavrov Rusiyanin “Rossiskyi qazateye” verdiyi aciqlamada Qarabag danishiqlarinda razilashdirilmamish 2-3 meselenin qaldigini bildirerek,Turkiyenin regionda aktivleshmesine musbet yanashdiqlarini bildirmesi Rusiya dovleti deyesen regionda yeni siyasi stuasiyanin yarandiginin ferqindedir.Rusiya Turkiyenin Cenubi Qafqazda emekdashliq platformasi ideyasini desteklemekle yanashi,Turkiye ile elaqelerin inkishafinda maraqlidir. Sergey Lavrov Ermenistanin xarici siyasetinde bash veren deyishikler ve qonshulari ile bagli son zamanlar yaranan munasibete can atmagini bele izah edib.
Nazir Ermenistan dovletinin Turkiye ve qonshulari ile normal munasibet yaratmagini meqbul qarshilayir ve Rusiya Gurcustan muharibesinden sonra ermenistani deyen iqtisadi ziyandan eziyyet cekdiyini artiq blokada sheraitinde cetinlikle uzleshdiklerini bildiren Nazir Qarabag meselesinin hellinin esas acari her iki olke prezidentlerinin elinde oldugunu bildirirmesi,Rusiyanin semimiliyini bir daha bird aha shubhe altina alir,cunki hami gozel bilir ki,Qarabagin esas acari Kremlinin elindedir.Amma Rusiya gedishler etmekle ozunu sulhun yaninda oldugunu gostermek isteyir, Cunki Rusiyanin cenubi qafqazda veziyyeti gerginleshdirmekle ve Gurcustana hucum etdikden sonra bu olkeye qarshi dunyada ikrah hiss yaranib ve regionda musbet imic qazanmaq ucun Azerbaycani oz terefine kecmek ucun xoshmeramli mesajlar gondermekdedir.Amma bu yaxinlarda Azerbaycan prezidenti Ilham Eliyevin Moskvaya sefer etmesi ve Rusiyadan Qarabagli bagli danishiqlarda qetiyyet gostermesini bildirmesi,Azerbaycan prezidentinin Rusiya seferinin ugurli kecdiyini gosterir.
ATET- in Amerikali hemsedri Metyu Brayze BBC London shobesine verdiyi musahibede Qarabag munaqishesinin hell olunmasi ucun Ilk once Azerbaycanin erazi butovluyunun Ermenistan terefinden taninmasi fikrini bildiren Amerikali diplomat Turkiye Rusiya munasibetlerine normal yanashdigini bildirirek,Turkiyenin regionda aktivliyini Amerika terefinden desteklendiyini,Turkiyenin 50 ildir ki,NATO nun uzvu oldugunu ve Amerikanin strateji muttefiqiliyini oldugunu bildirmishdir.Bezi ekspertlerin analizlerine gore Amerikanin bele addimi bir nece sebebler elaqalendirirler.Amerikada bash verecek seckiler ve Rusiyanin Cenubi Qafqazda movqelerinin guclenmesi ile bagliligini bildirirler.Hetta Amerikanin vitse-prezidenti Dik Ceyni Azerbaycana sefer etmesi ve Azerbaycanin erazi butovluyu ile bagli aciqlamalar vermesi Amerikanin Qarabag meselesinde aktiv siyasi kursa kecdiyini gosterir.Xususi ile Amerika dovlet Katibinin 1 ci muavini Con Neqrapontenin iki hefte bunda evvel olkemize bash tutan seferi ve onun Azerbaycanla bagli strateji- diplomatik aciqlamalar vermesi,Amerikanin Gurcustan meselesinde sonra regionda buraxdigi sehflere bir daha yol vermemesi fikrini ortaya cixardir.
Amma biz evvellerde munaqishe ile meshgul olan diplomatlarin dilinde bele beyanatlar eshitmishik,amma cox teessufler olsun ki,bu beyanatlar lafdan bashqa bir shey olmayib
Bu gun her sheyden once Azerbaycanin musteqilliyi ve azadligi bizim ucun onemlidir.Avqust ayinda Rusiyanin Gursutana hucumundan sonra azadligin ve suverenliyin biz bir daha nece onemli oldugunun shahidi olduq.
P.S Ermenistan ishgalci olkedir ve ermeni siyasetciler gec tez Qarabag geri qaytaracaqlarini derk edirler,sadece olaraq Ermenistanin bash nazirinin sozleri desek ermenistanda XVIII esr tefekkuru ile yashayan insanlari var,ve ermeni siyasetciler Qarabagin geri qaytarilmasi ideyasini,ermeni cemiyyetine nece hezm etdire bilecekleri uzerinde dushunurler.Cunki Ermensitan ishgalciliq siyaseti neticesinde regiondan tecrdi olunmaqla yanashi,regional layehelerden kenarda qalmaqla beraber ve bunun muqabilinde milyard dollardan mehrum olunmasi ile neticelenmishdir.Bunlari gormemek en azi siyasi korluq olardi,xususi ile de ermeni siyasetciler.
Elnur Elturk
Baki Strateji Arashdirmalar Merkeznin arashdirmacisi
Yazar: Abusaleh @ Oktyabr 14, 2008 23:05 | Qarabağ Problemi, Gənclər | Şərhlər(0)
Baxış sayı: 69
Açar sözlər: presspost qarabag ishgal kitab yazi
![]()
![]()
![]()
Qubadlı blogu yeniləndi
Hər bir Azərbaycanlını, hər bir səhifəmizin ziyarətçilərini böyük sevinclə və Allahın salamı ilə salamlayıram. Bununla da Allaha şükrlər olsun ki, bir ildən çoxdur ki, mən blog yazmaqla məşğulam və blog yazmağa ilk dəfə məhz Azeriblogda başladım. Buna görə Azeriblogun bütün təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Blog yazdıqca, fikirlərimi bölüşdükcə cəmiyyət arasında tanındım və bir çox kütləvi informasiya vasitələrinə dəvət aldım. Bunlardan İctimai televiziyaya öz minnətdarlığımı bildirirəm. Çünki hər dəfə Qubadlının işğalı günü məni ekranlara çıxardı və ürək sözlərimi deyə bildim.
Bu vaxtlar ərzində çox gözəl oldu ki, blogdan əlavə Qubadlının rəsmi saytını yaratmaq təşəbbüsünü göstərdim. Mənim bu blogumdan başqa bir çox bloglarım vardır ki, onlardan ən çox ziyarətçisi olan islam blogumdur. Blogları yazmaqla yanaşı 2007-ci ildə Qubadlının rəsmi saytını artıq almışdım. Amma demək olar ki, maddi vəziyyətimin yaxşı olmaması səbəbindən Qubadlının rəsmi saytını yarada bilmədim. Daha doğrusu saytı aldım, amma dizayner və illik olaraq saytın pulunu köçürmə məsələsinə imkanım olmadı. Yenə də gec deyil və mən ümid edirəm ki, bu işdə həqiqətən də bizə maddi və mənəvi dəstək duranlar olacaq. Mən hər bir Qubadlını, hər bir Azərbaycanlını bu işdə bizə köməyə və dəstəyə çağırıram. Buyurun fikir və rəylərinizi gözləyirəm. Ümid edirəm ki, blogumun bu görünüşü xoşunuza gələcək. Əgər zəhmət olmasa sorğuda iştirak edərək öz fikirlərinizi bildirin. Allaha əmanət olun.
Əkrəm Həsənov
Yazar: Abusaleh @ Sentyabr 29, 2008 23:30 | Şəkillər, Elanlar, Məqalələr, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 59
Açar sözlər: qubadlı yeni blog dizayner sayt
![]()
![]()
![]()
“Bərabər insanlar + Bərabər hüquqlar”
14 sentyabr 2008-ci il tarixində “Göyçay Gəncləri Təşəbbüs Qrupu” qrupun təsisçiləri Atakişiyev Əzizağa və Hüseynov Ziyadın təşkilatçılığı ilə Göyçayda yaşayan gənclər üçün “Bərabər insanlar + Bərabər hüquqlar” adlı təlim keçirilmişdi.Təlimdə 22 nəfər gənc iştirak edib. Tədbirdə Əzizağa Atakişiyev və Ziyad Hüseynov gənclərə İnsan hüquqları, Gender problemi, yəni cinslərin bərabərliyi ilə bağlı problem haqqında bilikləri gənclər arasında yaymış və cinsi əlamətə görə ayrı-seçkiliyin yol verilməzliyi haqqında ideyanı təbliğ etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd regionda yaşayan gənclərə “İnsan hüquqları və Gender bərabərliyi” idealogiyasını aşılamaq, stereoyiplərin cəmiyyət üçün nə dərəcədə mənfi nəticələrə səbəb olduqunu göstərmək idi.
Təşkilatçılar tədbirin daha maraqlı və interaktiv keçirilməsi üçün müxtəlif, bu sahə ilə baqlı rollu oyunlar, Buzqıranlar, Əqli hücumlar, Prezentasiya, Video roliklər göstərmiş, hətta Milli məclisdə bu sahə ilə əlaqədar aparılmış müzakirələri iştirakçılara təqdim etmişlər. Tədbirin gənclər tərəfindən müsbət qarşılanmasını nəzərə alan təşkilatçılar gələcəkdə də Göyçay şəhərində bu cür tədbirlərin davamlı keçirilməsini qarşılarına məqsəd qoydular. Nəzərinizə çatdırıram ki, bu tədbir Avrasiya fondunun maliyyə dəstəyi ilə həyata keçirilib
“Göyçay Gəncləri Təşəbbüs Qrupu” Əlaqələndirici şəxs: Əzizağa Atakişiyev
e-mail: aziz_atakishiyev@yahoo.com
Yazar: Abusaleh @ Sentyabr 16, 2008 0:36 | Sizdən gələnlər, Şəkillər, Xəbərlər, Ölkə xəbərləri, Gənclər | Şərhlər(0)
Baxış sayı: 66
Açar sözlər: göyçay gəncləri təşəbbüs qrupu
![]()
![]()
![]()
Bakının Qurtuluşunun 90 İlliyi
15 Sentyabr - Bakının Düşmən İşğalından Azad Edildiyi Gündür!
Bu, eyni zamanda bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biridir. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi, nəinki paytaxtımız olması, eləcə bir Azərbaycan şəhəri kimi qalması ilə də o qədər bağlıdır. Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?
Tarixi Şərait
20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu proseslər içərisində Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı illəri də yaşandı. Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm idelojik dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu dövrlərdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları iqamətindəki işlər, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə Erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və Ermənilərin “Böyük Ermənistan” xəyalı istiqamətində heç bir pronsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa getmələri ucbatından uğurla aparıla bilmirdi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində Türklər qətliama məruz qalırdılar.
Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cumhuriyyətinin qurulma prosesi, bir yandan Bakıda, Şamaxıda, Qarabağda, Urmiyədə, Naxçıvanda, Muğanda Ermənilər və onların dəstəkçiləri tərəfindən böyük qətliamların yaşanması dövrü kimi düşdü. 1918-ci ilin xüsusuilə Mart ayında Ermənilər tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 minədn artıq Azərbaycan Türkü ya öldürülmüş ya da başqa mahallara qaçmaq məcburiyyətində qoyulmuşdu. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərinə divan tutulduqdan sonra Bakı Soveti əsasən Ermənilərdən təşkil olunmuş mütəşəkkil dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. 1918-ci ilin May ayının 28-də isə AXC elan olundu.
Həmin illər Anadolu Türkləri üçün də ən ağır illər idi. Birinci Dünya müharibəsində məğlub olması Osmanlı Dövlətinə ağır başa gəlirdi. Bu dövrlədrə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birtinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşular İstanbulda İşğal İdarəsi quracaq, Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma, bütün bunlara baxmayaraq, Anadolu Türklüyü Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi.
Qafqaz İslam Ordusunun Meydana Gəlməsi
Rus əsarətindən qurtulub Türkiyəyə keçən Avstraliyalı bir zabit 1917-ci il Dekabrın 29-da 6-cı Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək Qafqazdakı vəziyyət barədə ona məlumat vermişdi. Xəlil Paşa o zabiti Ənvər Paşa ilə də görüşdürmüşdü. Avsatraliyalı zabit ilə görüşdən sonra Ənvər Paşa həm Qafqazdakı din və qan qardaşlarının onlara duyduğu ehtiyac, həm də regiondakı mövcud şəraitin köməklik göstərmək üçün münasib olduğu barədə ciddi qənaətə gəlmişdi. Bu məqsədlə həmin ərəfələrdə Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şğvkıt bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycanda qardaşlarını xilas etmək üçün ordu yaratmaq qərarını verdi.
Ənvər Paşa 1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı Türk və Müsəlman əhalini qorumaq, Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma, bir yandan da bu planın Qafqazda və Bakı neftində gözu olan İngilis və Alman qüvvələrinin reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahiob olmasını planlayırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün (çünkü, Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu üçün kifayət etmirdilər. Osmanlı Ordusu gəlməmişdən əvvəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu.) Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi. Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il Mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyədə) Ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən vuruşmalar olmuşdu. Heyət Mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı. Nuri Paşa bu bölgədəki Erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə gönderdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burda ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.
Qeyd edək ki, hələ Aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndləri ilə görüşündə Qafqazda federativ ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını demiş və qardaşı Nuri Paşanının Təbrizə, ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi.
İyun ayının 4-də Osmanlı Dövləti ilə AXC arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə M.Ə. Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da verildi.
Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, ordan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın AXC-nin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Səlyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən Bakı yaxınlığında döyüşlər başladı.
Əslində Bakının qurtuluşundan öncəki hərbi-diplomatik şərait daha da ağırlaşmışdı. Avqustun 27-də Almanlarla Ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi həm də Türk ordusunun Bakıya girişinin qarşısını almaq (əvəzində Rusiya Almanlara Bakı neftindən pay verəcəkdi) məqsədini güdürdü. Bakıdakı Erməni-Rus hərbi qruplaşmaların köməyinə İngilislər də çağrılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilməyəcəkdi.
14 sentyabr Bakı ətrafındakı döyüşlərinin 40-cı günü idi. Bu günün uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücmlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 Sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” kimi keçmişdi.
Döyüşlərdə Azərbaycan Türkləri ilə yanaşı Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 Türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi keçmişdi.
Qəhrəmanların sonrakı həyatları:
Azərbaycana qardaş koməyinə gələn əsgər və zabitlərin geri qayıtmay
Alman yazıçısı və publisisti Yohannes Raunun 1 il əvvəl Almaniyada çapdan çıxmış "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi. Qısa tarixi xülasə" ("The Naqorno-Karabakh Conflict between Armenia and Azerbaijan. A Brief Historical Outline") kitabı Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü ilə ərəb dilinə tərcümə olunaraq böyük tirajla nəşr edilib. Səfirlikdən bildiriblər ki, Qahirədə kitabın təqdimat mərasimi keçirilib. Kitab publisistin müstəqil tədqiqatları, şəxsi rəy və qənaətləri əsasında tərtiblənib. O, Dağlıq Qarabağ münaqişəsi barədə əcnəbi tədqiqatçının bitərəf mövqeyini əks etdirir. Səfirlik onu əsas götürüb ki, əsər 22 ərəb ölkəsinin rəsmi şəxsləri və elm adamları tərəfindən maraqla qarşılanıb. Kitabda Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım, işğal olunmuş torpaqlardan 100 minlərlə azərbaycanlının didərgin salınması obyektiv və ətraflı işıqlandırılıb. 