Reklam verin!

Qubadlı Blogu Haqqında


www.qubadli.com

Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Blogumun yeni forması xoşunuza gəldimi?



Açar sözlər

qarabag  qubadli  atəşkəs  sulh  erməni  xəbər  yeni  əsgər  müharibə  idman,  rayon  şəhid  dağlıq  münaqişə  sayt  əliyev  islam  soyqırım  elan  www.qubadli.com  vətən  qubadlı,  torpaq  aliyev  azərbaycan,  ermeni,  soyqırım,  ilham  saytı  erməni,  pozulub  qəzet  turkiye  abş  işğal  dərs  söz  kitab  kənd  qafqaz  dünya  türkiyə  gənc  reklam  düşmən  şəhidlər  atəşkəs,  iran  soykirim  dənizi,  ramazan  vakansiya  rayon,  ordu  qəza,  əsir  pozan,  president  ermənilər  lord  qarabağ,  herb  apa  amerika  prezident  gun,  soykirim,  bayram,  azərbaycan  blog  pen  xəzər  sülh,  spsial  azerbaycan,  qarayev  zabit  fizuli  dunen,  universitet,  irəvan  dəvət  mənbə  qitə,  şair  şəhər  qarabaq  unutma  yağ,  elmar  savad,  ikt  kürd  müstəqillik  abdulov  xeber  ermənistan  arxiv  add  cavab,  yaralı  xəzərdə  şahmat,  khubadli  kend  çörək  müəllif  sərəb-dili  xətt  mübariz  petrosyan,  kondalize  səngər  ramil  ateshkes  kosova,  refahiya  budaq  gəncləri  rejimi  oruc  barak  turk,  kino  anspress.com  qaynaqlar  baku  xanəmir  daim  qələm,  20  esirler  müsibət,  bu  trend  status  bundestanq  daşnaq  qahirə  meyit,  əbülfəz  derman  2008  devis  presspost  tərtər  kanal  müharibə,  qarabağı  şerləri  mərkəz  ağdam  yağı,  məmmədyarov  konfransı  pkk  abş,  etər  enverpashadergisi  rejim  tarix  adət,  avropa  cevap,  milli  af,  səfərov  futbol,  kubadli  pulu  qiymət  tədris  ermeni  terrorist  prezident,  müzakirə  kubok,  muharibe  şəkilistanbul  çərşənbə  qrupu  xain  tez-tez  obama  turkler,  otel,  fm  dünya,  tarixi  islamoglu  başçısı  dondurulumuş  akif  anım  gənc,  məmmədov  lham  free  ev  yerevan  dağ  faşizm  xəbərlər,  amin  boks,  karabagh  elm  həcc  kosovo  yazi  ağamədov  xezer  səngər,  tanıyaq  ştat,  xatirə  qondarma  qafsam  denktaş  yemək  street  soyqırımı,  təşkilatı  diqqət  amerika,  fərhad  məqalə  neler  barama  kənd,  parlamenti  məclis  bəla,  üç  komanda  sehir  qalxıb  satış  rays  hazar  rusiya,  abulfaz  el  təşəbbüs  xayin  bütün  ramazan,  ştat  türklər,  ans  reklam,  radio  elm,  təcavüzkar  mustafa  icra  sponsor,  matəm  institut  samir  05-02-2008  günü,  əliyar  fond  azernews  faşizmi  alim,  esger  xazar,  xəbər,  karabahg  icad  orucu  pul  cəbhə  əsiri  ismayıl  musavat  avropa,  ölüm  səfirliyi,  əkrəmin  respublika  strateji  kipr  mütamadi  the  sual,  fesival  eurovision  heykayə  xaric  telmanoğlu  tuman  qubadlıda  nehrə  qərar  gen  qerar  haber,  serbiya,  preziden  yaxşı  əsər  mina  ter,  kahire  itkin,  nazir  hərb  cəbrayıl  qol  ishgal  hal  dığa,  çaylı  təhsil,  ibrahim  dava,  region  islam,  dəftəri  şuşa  garabag  şəhidi  şəkil,  yanvar  lobbbisi,  əsirlər  pozuldu  mustekil,  ana  hediyye  panel  qubadl  kubadli,  auditoriya,  yara  məğlub  gubadli  ziyarəti  terri  quran  kiv  gənclər  levon,  yolçubəyli  nöqtə  futbol  qətl  herb,  erzincan  göyçay  rauf  pozulur  bayramı,  wall  tehsil,  film  təcili  azərbaycanlıları,  dövlət  bakı  turk  movqe  qurd  nehrə,  şura  genc,  qüdrət  love  yığma,  seçki  dizayner  almaniya  terrorist,  konnfransi  meyid, 

Sayqaç

İndi blogda: 21
Keçən ayın hiti: 15004
Dünənki hit: 405
Bugünki hit: 218
Ümumi hit: 187938

Müxtəlif




top.SUMQAYIT
Top on A-Z.az





Site Ekle
nakliyat


Sohbet

Sohbet
Komik 100
En kaliteli siteler Alersa.Net
Siteni ekle AddThis Feed Button
Add to Technorati Favorites


ÖLKƏMİZİN BİR NÖMRƏLİ PROBLEMİ DOĞMA TORPAQLARIMIZI İŞĞALDAN AZAD ETMƏKDİR

 yigincaq

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ KEÇİRİLƏN MÜŞAVİRƏDƏ ERMƏNİSTANIN ÖLKƏMİZƏ HƏRBİ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ DOĞMA TORPAQLARINDAN DİDƏRGİN DÜŞMÜŞ SOYDAŞLARIMIZIN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 4-də Prezident sarayında keçirilən müşavirədə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemləri müzakirə olunmuşdur.
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Bugünkü müşavirə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemləri ilə bağlı olacaqdır. Bu məsələlər daim diqqət mərkəzindədir. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Uzun illərdir ki, bu ədalətsizlik hökm sürür. Azərbaycan dövləti məsələnin həlli üçün müxtəlif yollar axtarır. İlk növbədə, siyasi-diplomatik səylər gücləndirilir. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, iqtisadi potensialı güclənir və sülh danışıqlarında artıq həlledici məqam yaşanır.
Praqa prosesi adlandırdığımız çərçivələr əgər nəticə verməsə, ümidlər tükənə bilər. Ona görə Praqa prosesinin uğur qazanması məsələnin sülh yolu ilə həllinə güclü dəstək verəcəkdir. Ümid edirəm ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi dəyişdiriləcək və məsələ beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən həll ilə sonuclanacaqdır. Bunu deməyə əsaslar var. Çünki son illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə artan mövqeləri, uğurlu iqtisadi siyasəti, enerji siyasəti, bölgədə və dünyada artan nüfuzu bizə əlavə imkanlar yaradır. Bizim iqtisadi gücümüz artır, eyni zamanda, hərbi potensialımız da çox böyük dərəcədə artmışdır.
Bir daha demək istəyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək arzusundayıq. Amma bununla bərabər, heç bir başqa variant istisna olunmur və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla, o cümlədən müharibə yolu ilə azad edək. Bunu etmək üçün güclü ordu lazımdır. Biz də bu güclü ordunu yaradırıq. Bunu etmək üçün güclü iqtisadi potensial lazımdır. Amma bununla bərabər, biz görürük ki, məsələnin həllinin uzanması böyük fəsadlara gətirib çıxara bilər. Ermənistanın rəhbərliyi bunu nə qədər tez anlasa, başa düşsə, onlar üçün o qədər də yaxşı olacaqdır. Azərbaycan dövləti heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaq və gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Qaçqın-köçkün soydaşlarımızın problemlərinin həlli isə daim diqqət mərkəzindədir və belə də olmalıdır. Biz çalışırıq ki, onların həyatını maksimum dərəcədə yüngülləşdirək və atılan bütün addımlar bu məqsədi güdür. Bildiyiniz kimi, ilk illərdə bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi və daha çox beynəlxalq yardıma güvənirdik. Deyə bilərəm ki, ilk illərdə beynəlxalq humanitar təşkilatlar Azərbaycana kifayət qədər yardımlar etmişdir və biz bu yardıma görə minnətdarıq. Çünki həmin illərdə qaçqın və köçkün soydaşlarımızın yaşaması üçün o yardım həlledici rol oynayırdı. Amma biz sonra müşahidə etməyə başladıq ki, bu yardımlar tədricən azalır. Yəqin ki, bunun da təbii səbəbləri vardır. Eyni zamanda, Azərbaycanın öz iqtisadi imkanları genişlənir.
Heydər Əliyev tərəfindən başlanmış və uğurla davam etdirilən neft strategiyamızın ilkin bəhrələrini məhz bizim soydaşlarımız - məcburi köçkünlər və qaçqınlar görmüşlər. Azərbaycanda yaradılmış Dövlət Neft Fondundan ilk xərclər, ilk ödəmələr yeni qəsəbələrin tikintisinə yönəlmişdir və beləliklə, qaçqın və məcburi köçkünlərin yaşayış problemlərinin həlli üçün çox ciddi addımlar atılmışdır. Deyə bilərəm ki, 2001-2007-ci illərdə 47 yeni qəsəbə salınmışdır. O qəsəbələr çox yüksək səviyyədə tikilmişdir. O qəsəbələrdə 100-dən artıq məktəb, onlarla xəstəxana, mədəniyyət ocaqları tikilmişdir və bu infrastrukturun yaranması, əlbəttə ki, soydaşlarımızın vəziyyətini yüngülləşdirir. Amma biz onu da başa düşməliyik ki, bunlar müvəqqəti tədbirlərdir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz orada yeni şəhərlər, yeni qəsəbələr salacağıq. Çünki, bildiyiniz kimi, orada hər şey dağıdılıbdır.
Azərbaycanın artan iqtisadi potensialı, əlbəttə, bizə əlavə imkanlar yaradır. Qəsəbələrin tikintisinə həm Neft Fondundan, həm də dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənmişdir və bu proses uğurla davam edir. Yeni salınmış qəsəbələrdə 70 min nəfər qaçqın-köçkün soydaşımız məskunlaşmışdır və qəsəbələrin tikintisi davam edir.
2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti illərdə bütün çadır şəhərcikləri ləğv ediləcək və onların yerinə yeni müasir qəsəbələr salınacaqdır. Onu da qeyd etmək istəyirəm ki, çadır şəhərcikləri tamamilə Azərbaycan xalqının dəyərlərinə zidd olan bir addım idi. Antimilli iqtidar 1990-cı illərin əvvəllərində bu addımı atmaqla öz doğma vətəndaşlarına o mənfi münasibəti göstərmişdi. Mən çadır şəhərciklərində dəfələrlə olmuşam və orada dözülməz vəziyyətlə özüm tanış olmuşam. Məhz buna görə qərar qəbul olunmuşdur ki, bütün çadır şəhərcikləri ləğv edilsin və bu proses uğurla davam edir. Artıq üç il ərzində 9 çadır şəhərciyi ləğv edilib və qalan 3 şəhərciyin ləğvi də ilin sonuna qədər başa çatmalıdır. Təxminən 19 min insan - Saatlı, Sabirabad rayonlarında, İmişli rayonunun ərazisində yük vaqonlarında yaşayan insanlar yeni qəsəbələrə köçürüləcəkdir. Beləliklə, bu ilin sonuna qədər bizim Dövlət proqramının əsas istiqamətləri öz həllini tapacaq və Azərbaycanda daha bir dənə də çadır şəhərciyi qalmayacaqdır.
2004-cü ildə qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün Dövlət proqramı qəbul edilmişdir. Bu proqram uğurla icra edilir. Orada müxtəlif istiqamətlər vardır və bu proqram vaxtaşırı təhlil edilir. Həm müşavirələrdə, həm də mənim qaçqın-köçkünlərlə görüşlərimdə bu məsələlərlə biz daim maraqlanırıq və görürük ki, proqramın icrası artıq başa çatmaq üzrədir. Bununla belə, zərurət yarandı ki, bu proqrama əlavələr edilsin və bu əlavələr məsələlərin çox geniş spektrini əhatə etsin. Bu əlavələrin icra olunması nəticəsində, hesab edirəm ki, məcburi köçkünlərin əsas problemləri, yəni məişət problemləri öz həllini tapacaqdır. Mən bu proqramın hazırlanmasında səylər göstərmiş Dövlətqaçqınkomun fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bu məsələlərlə mütəmadi qaydada çox ciddi məşğul olurlar və əllərindən gələni edirlər ki, bizim vətəndaşların yaşayışının, məişət problemlərinin həlli üçün vacib olan məsələləri həll etsinlər və buna nail olurlar.
İndi Azərbaycanın iqtisadi gücü artır və gərək biz, ilk növbədə, ölkəmizin ən ağrılı probleminə diqqətimizi yönəldək. Biz bunu edirik və əminəm ki, gələcəkdə böyük həcmdə vəsaitin təmin olunması məişət problemlərinin həllinə öz dəstəyini verəcəkdir.
Biz siyasətimizi bütün istiqamətlərdə çox açıq şəkildə aparırıq. Bizim uğurlarımızın da əsas səbəbi ondadır ki, işimizdə çox böyük şəffaflıq var, verilən bütün vədlər, qəbul edilmiş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Onların icrasına həm dövlət orqanları tərəfindən, həm də müvafiq strukturlar, ictimaiyyət tərəfindən çox güclü nəzarət var. Çünki bu problem bizim üçün bir nömrəli problemdir. Mən bunu dəfələrlə demişəm, bir də demək istəyirəm ki, Azərbaycanın indiki inkişafında bir nömrəli problem öz doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Biz hər iki problemi həll etməyə çalışırıq və bundan sonra da bunu edəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz iqtisadi imkanlarını səfərbər edib qaçqın-köçkün soydaşlarımızın problemlərinin həlli üçün lazım olan bütün tədbirləri görəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün isə siyasi-diplomatik səylər davam etdirilməlidir, eyni zamanda, qüdrətli ordu potensialının yaradılması prosesi daha da güclənməlidir. Biz son bir neçə il ərzində orduya ayrılan xərcləri bir neçə dəfə artırmışıq. 2007-ci ilin dövlət büdcəsində bu xərclər 1 milyard dollar səviyyəsindədir. İndi 2008-ci ilin büdcəsi müzakirə edilir və yəqin ki, bu yaxınlarda təqdim olunacaqdır. Mənim tərəfimdən verilən göstərişlərə əsasən, orada hərbi xərclərin artırılması nəzərdə tutulur. Baxmayaraq ki, 1 milyard dollar çox böyük vəsaitdir və deyə bilərəm ki, MDB ölkələrində biz yəqin ki, birinci sıralardayıq. Amma biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Ona görə istənilən vəsaiti biz bu sahəyə yönəltməliyik. Bu məqsədlə ordu gücləndirilir, peşəkarlıq artır, texnika, silah-sursat alınır. Məhz bu məqsədlə Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır və digər tədbirlər görülür ki, onların bir hissəsi geniş ictimaiyyət üçün bəlli deyildir. Digər tədbirlər də görülür ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edək.
Bir daha demək istəyirəm ki, bugünkü müşavirədə isə qaçqın-köçkün bacı-qardaşlarımızın sosial məsələlərinin həlli müzakirə olunacaqdır. Müzakirələrə başlamaq üçün sözü Dövlətqaçqınkomun sədri Əli Həsənova verirəm.
Sonra Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Vəli Quliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Elbrus Təhməzov çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
-Bu gün səslənən çıxışlarda həm görülmüş işlərə qiymət verildi, bizim gördüyümüz işlər təhlil olundu, eyni zamanda, mövcud problemlər də qeyd edildi. Bu, çox vacibdir. Çünki, ilk növbədə, əlbəttə ki, görülən bütün işlərə düzgün qiymət verilməlidir. Ancaq bununla bərabər, müşavirənin əsas məqsədi növbəti illərdə görəcəyimiz işlər haqqında fikir mübadiləsi aparmaq, məsələləri araşdırmaq və düzgün qərarlar qəbul etməkdir.
Deyə bilərəm ki, qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə 2004-cü ildə qəbul edilmiş Dövlət proqramının icrası bütövlükdə təmin olunubdur. Məhz buna görə indi ehtiyac yaranıb ki, bu proqrama əlavələr edilsin. Düzdür, biz proqramı qəbul edəndə orada hansısa bir vaxt çərçivələri qoymurduq. Hesab edirdik ki, bunu işin gedişatı göstərəcəkdir. Ancaq, eyni zamanda, əlbəttə, istəyirdik ki, maksimum qısa müddət ərzində proqramın əsas məsələləri öz həllini tapsın. Mən çox şadam ki, çox qısa müddət ərzində, cəmi üç il ərzində faktik olaraq, proqramın bütün müddəaları həyatda öz əksini tapıbdır. Bu məsələlər bu gün səslənən çıxışlarda, burada nümayiş etdirilən stendlərdə, fotoşəkillərdə səslənən rəqəmlərdə də öz əksini tapdı.
Doğrudan da, qısa müddət ərzində çox böyük işlər görülübdür. Onlarca yeni qəsəbə salınıbdır. On minlərlə soydaşımız öz yaşayış səviyyəsini yaxşılaşdırmışdır. 70 min nəfər artıq müasir, yeni qəsəbələrdə yaşayır və ilin sonuna qədər istifadəyə veriləcək qəsəbələrdə də təxminən 20 min nəfər məskunlaşacaqdır.
Məni sevindirən odur ki, işğal altında olan, əhali baxımından ən böyük rayonlar arasında Ağdam və Füzuli rayonlarında əhalinin böyük bir hissəsi öz rayonlarının ərazisində məskunlaşmışdır. Burada verilən məlumata görə, Ağdamda 85 min, Füzulidə isə 60 min nəfər yaşayır və növbəti mərhələdə daha 10 min insan məskunlaşacaqdır. Bu, çox gözəl göstəricidir. Bu, bizim arzularımızın təzahürüdür. Mən istəyirdim ki, işğaldan azad olunmuş rayonlara məhz vaxtilə orada yaşamış insanlar qayıtsınlar. Düzdür, onların hamısı öz kəndlərinə qayıda bilmir, çünki o kəndlər işğal altındadır, amma yenə də ağdamlılar Ağdamda məskunlaşır, Füzulidən olanlar Füzulidə məskunlaşır və artıq bu böyük sosial problemlərin bir hissəsi öz həllini tapır.
Çadır şəhərciklərinin ləğvi böyük tarixi nailiyyətdir. Burada qeyd olundu ki, 1992-93-cü illərdə antimilli iqtidar tərəfindən salınmış və uzun illər ərzində insanlar üçün yaşayış məntəqəsinə çevrilmiş çadır şəhərciklərinin yaranması Azərbaycan xalqına çox böyük təhqir olmuşdur. Azərbaycan xalqına hörmətsizliyin əlaməti olmuşdur, mənfi münasibətin əlaməti olmuşdur. Mən hesab edirəm ki, çadır şəhərciklərinin Azərbaycan tarixindən silinməsi çox böyük göstəricidir. Qısa müddət ərzində, 3-4 il ərzində biz buna nail oluruq. Bundan sonra yaşayış üçün o qədər də yararlı olmayan digər yerlərdən də biz soydaşlarımızı normal qəsəbələrə köçürməliyik.
Hesab edirəm ki, müşavirənin nəticəsi kimi yeni sərəncam imzalanmalı və Dövlət proqramına əlavələr edilməlidir. Bu gün səslənən bütün təkliflər, bütün fikirlər o proqramda öz əksini tapmalıdır. İlk növbədə, qlobal məsələlər ki, onların haqqında Əli Həsənov danışmışdır. Fin tipli qəsəbələrdə 25 min insan yaşayır. Onlar ləğv olunmalıdır və orada yaşayan 25 min məcburi köçkün üçün yeni qəsəbələr salınmalıdır. Bu, proqrama əlavələrdə öz əksini tapmalıdır.
262 məktəbdə 11 min köçkün yaşayır. Onlar da oradan çıxmalıdırlar, çünki bunlar yararsız vəziyyətdə olan məktəblərdir. Onlar üçün də yeni qəsəbələr salınacaqdır. Məktəblərə baxmaq lazımdır, əgər onlar təmir oluna bilərsə, təmir edərik, əgər yox, yararsız vəziyyətdədirsə, onda sökülüb onların yerində yeni məktəblər tikilməlidir. Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 6 min insan da yeni qəsəbələrə köçürülməlidir.
Bizi ən çox narahat edən məsələ 239 yataqxanada on minlərlə insanın yaşamasıdır. Bu, çox böyük problemdir və buna da baxmaq lazımdır. O yataqxanalar ki, bərpa oluna bilər, orada təmir işləri aparılmalıdır. Harada ki, təmir etmək mümkün deyil, fikirləşməliyik, köçkünləri başqa yerlərə köçürməliyik. Biz bunu həll etsək, demək olar ki, yaşayış problemlərinin əsas hissəsi öz həllini tapacaqdır. Digər tərəfdən, icra hakimiyyəti başçıları tərəfindən qaldırılmış məsələlərə də biz böyük diqqətlə yanaşmalıyıq. Artezian quyularının qazılması, yolların salınması, qaz xətlərinin çəkilməsi və digər məsələlər.
Füzuli rayonu icra hakimiyyətinin başçısı tərəfindən verilən təklifi də mən dəstəkləyirəm. Horadiz qəsəbəsinə şəhər statusu verilməlidir. Müvafiq qərar layihəsi hazırlansın. Burada qeyd olunduğu kimi, Füzuli rayonunda yeni müasir müalicə-diaqnostika mərkəzi də tikilməlidir. Bu barədə mən bir müddət bundan əvvəl bütün göstərişləri verdim. Müalicə-diaqnostika kompleksinin təməl daşının qoyulması üçün təşkil olunacaq mərasimdə şəxsən iştirak edəcəyəm.
Səhiyyə Nazirliyinə göstəriş verirəm ki, ciddi xəstəliklərə düçar olmuş insanlara kömək göstərilsin. Əgər Azərbaycanda onlara kömək göstərmək mümkün deyilsə, fikirləşmək lazımdır, onları başqa ölkələrə göndərmək lazımdır. Yeni salınmış qəsəbələrdə, - indi mən bu şəkillərdən də görürəm, ondan sonra məlumat da verilmişdir, - çox böyük işlər aparılır. Yəni o ərazilər abadlaşır, ağaclar əkilir, əkin sahələri yaradılır. İnsanlar kənd təsərrüfatı ilə məşğul olurlar və yaşayış üçün lazım olan vəsaiti əldə edirlər.
Amma bununla bərabər, o qəsəbələrdə kiçik müəssisələrin yaradılması da çox vacib olardı. Çörək sexləri, meyvə-tərəvəz emalı müəssisələri, süd sexləri yaradılmalı, yəni məşğulluq üçün və əlavə qazancın əldə edilməsi üçün lazımi olan tədbirlər görülməlidir. Sahibkarlığa Kömək Milli Fondundan kreditlər ayrılmalıdır. İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu məsələlərə baxsınlar və lazımi təkliflər versinlər ki, bunlar da Proqrama daxil olunsun.
Bildiyiniz kimi, hər bir məcburi köçkünə aylıq yemək xərcləri verilir. 2004 və 2006-cı illərdə o məbləğlər artırılmışdır. Əvvəlcə 5 manatdan 6 manata, ondan sonra 6 manatdan 9 manata çatdırılmışdır. Hesab edirəm ki, biz buna yenidən baxmalıyıq. Maliyyə Nazirliyinə göstəriş verirəm ki, o məbləğ də artırılsın. O böyük məbləğ deyil, amma hər bir vətəndaşa verilir. Misal üçün, 5-6 nəfərdən ibarət olan ailəyə hazırda hər ay haradasa 50-60 manat əlavə vəsait verilir. Əgər biz bu məbləği artırsaq, - hesab edirəm ki, bunu ciddi şəkildə artırmaq lazımdır, - hər bir ailə üçün kifayət qədər yaxşı maddi dəstək olacaqdır.
Bütövlükdə, bir daha demək istəyirəm ki, Dövlət proqramının qəbul olunması çox mühüm və tarixi bir hadisə idi. Onun uğurla icra olunmasında həm Dövlətqaçqınkom, həm də aidiyyəti idarələr, nazirliklər, icra hakimiyyətinin başçıları fəal iştirak etmişlər. Ümid edirəm ki, növbəti illərdə qarşıya qoyduğumuz məsələlər də öz həllini tapacaq və işğaldan əziyyət çəkmiş insanlar daha da yaxşı yaşayacaqlar.
Amma onu da bilməliyik ki, bunlar müvəqqəti tədbirlərdir. Mən əminəm ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin ərazilərdə böyük işlər görəcəyik. Orada bütün infrastrukturlar, bütün binalar dağıdılıbdır. Bunu həm oraya gedən insanlar, eyni zamanda, beynəlxalq müşahidəçilər deyirlər. Bir müddət bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər etmişdir. Onların hazırladığı məlumatda və məruzədə açıq şəkildə göstərilmişdir ki, orada bütün infrastruktur dağılıbdır. Erməni vandalları orada talançılıqla məşğul olurdular. Onlara lazım olan bütün şeyləri oradan oğurlamışlar, dağıtmışlar, qalan binaları da dağıtmışlar. Ona görə böyük təmir-bərpa, yenidənqurma lazımdır. Faktik olaraq, biz bu qəsəbələri, şəhərləri yenidən yaratmaq üçün bütün gücümüzü səfərbər etməliyik və bunu edəcəyik. Bizim iqtisadi imkanlarımız buna imkan verir. Növbəti illərdə Azərbaycan zəngin ölkəyə çevriləcəkdir. Əminəm ki, biz torpaqlarımızı işğaldan azad edəndən sonra qısa müddət ərzində o rayonlarda da bütün lazımi infrastrukturu yaradacağıq.
O ki qaldı danışıqlar prosesinə, mən bu barədə vaxtaşırı xalqa məlumat verirəm və öz fikirlərimi çatdırıram. Burada qeyd olundu ki, son dəfə Ramanada qəsəbənin açılışında danışıqlar prosesi haqqında öz fikirlərimi demişəm. Bir də demək istəyirəm ki, danışıqların gedişatı bütövlükdə müsbət istiqamətdə davam edir. Üç ildən bir az çoxdur ki, mən bu məsələ ilə bilavasitə məşğul oluram.
Deyə bilərəm ki, danışıqlar prosesində çox böyük irəliləyiş əldə edilmişdir. Bu, həqiqətdir və onu da deyə bilərəm ki, Azərbaycan maraqlarını təmin edən istiqamətdə irəliləyiş müşahidə olunur. 2003-cü ilin sonunda və 2004-cü ilin əvvəlində danışıqlarda ancaq bir neçə işğal olunmuş rayonun azad edilməsi haqqında söhbət aparılırdı. İlk mərhələdə dörd rayondan söhbət gedirdi. Ondan sonra artıq beş rayondan söhbət gedirdi. Amma bu da bizi heç vaxt qane edə bilməzdi. Baxmayaraq ki, o mərhələlərdə beynəlxalq müşahidəçilər, beynəlxalq vasitəçilər hesab edirdilər ki, beş rayonun qaytarılması ilə məsələ öz həllini tapa biləcək. Hətta təəccüb edirdilər ki, nə üçün Azərbaycan tərəfi buna razı olmur? Nə üçün İlham Əliyev beş rayonun qaytarılmasına razılıq vermir? Hətta mənə izah etməyə çalışırdılar ki, bu, böyük bir nailiyyət olacaq və beş rayonun qaytarılması özlüyündə böyük hadisə olacaqdır. Həqiqətən də belədir, müharibəsiz, dinc yolla beş rayonu qaytarmaq - əlbəttə, kim bunu istəməz? Ancaq nəyin bahasına?! Məsələ bundadır! Dağlıq Qarabağa müstəqilliyin verilməsi bahasınamı? Biz heç vaxt buna getməyəcəyik! Yaxud da, tutaq ki, beş rayonu qaytardıq. Bəs, Kəlbəcər, Laçın nə olacaq?! Bəs Şuşa nə olacaq?! Məsələ bundadır. Ona görə, mən hesab edirəm ki, bizim mövqeyimiz çox düzgün mövqedir. Baxmayaraq, biz hamımız başa düşürük ki, işğal olunmuş ərazilərdə əhalinin ən böyük hissəsi məhz o beş rayonda cəmləşibdir. Beş rayonun qaytarılması, demək olar ki, köçkünlərin sosial problemlərinin həlli deməkdir. Bunu da biz bilirik.
Ancaq yenə də deyirəm, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün işğal olunmuş rayonlar Azərbaycana qayıtmalıdır. Danışıqlar nəticəsində, çox çevik diplomatik səylər nəticəsində, siyasi addımlar nəticəsində və əlbəttə, Azərbaycanın son 3-4 il ərzində güclənməsi nəticəsində artıq danışıqların müəyyən mərhələsində altı rayondan söhbət getməyə başladı. Yalnız Laçın rayonunu ermənilər, elə bil ki, girov kimi saxlamaq istəyirdilər. Ancaq biz buna da getmədik. Baxmayaraq, bu, böyük bir irəliləyiş idi. Biz haradan başlamışıq, haraya gəlmişik.
Onu deyə bilərəm ki, bu danışıqların bütün xronologiyası, bütün təfərrüatı Minsk qrupunun həmsədr ölkələri tərəfindən qeydə alınır. Amma buna baxmayaraq, biz yenə də öz səylərimizi göstərdik və ilk növbədə, həmsədr olan ölkələrin rəhbərliyinə izah etməyə müvəffəq olduq ki, Azərbaycanın bütün rayonları işğalçılardan azad edilməlidir. Əks təqdirdə, istənilən sülh müqaviləsinin ömrü uzun olmayacaqdır. Sülh müqaviləsi elə olmalıdır ki, o, ədalətli olsun. Ədalət bərpa edilməlidir. Beynəlxalq hüquq normaları öz yerində, bütün beynəlxalq davranış normaları öz yerində, amma, eyni zamanda, ədalət bərpa olunmalıdır. Ədalət bərpa olunmasa, imzalanacaq o saziş hər an pozula bilər.
Ona görə müəyyən mərhələdə Minsk qrupu tərəfindən bizim təkidimizlə verilən təkliflərdə artıq yeddi rayonun işğalçılardan azad olunması məsələləri öz həllini tapmağa başladı. Amma o da bizi qane etmir. Çünki aydındır ki, Dağlıq Qarabağın inzibati ərazilərindən kənarda yeddi rayon yerləşir. Ancaq Dağlıq Qarabağın inzibati ərazisinin içində Şuşa şəhəri yerləşir. Nizami Bəhmənov burada ulu öndərin sözlərini çox yaxşı xatırlatdı. Şuşasız Dağlıq Qarabağ probleminin həlli mümkün deyildir. Bu, bizim qətiyyətli mövqeyimizdir, bunu Ermənistan tərəfi də bilir, həmsədr ölkələr də bilir. Bu bizim mövqeyimizdir - azərbaycanlılar Şuşaya qayıtmalıdırlar.
Bir sözlə, münaqişədən əvvəl kim harada yaşayıbsa, oraya da qayıtmalıdır. Biz demirik ki, ermənilər kimi durub etnik təmizləmə siyasəti aparaq, erməniləri Dağlıq Qarabağdan qovaq. Baxmayaraq ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz deyirik ki, vətəndaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Ermənilər Xankəndidə yaşayıblar, orada da yaşasınlar. Biz buna etiraz etmirik. Azərbaycanlılar isə Şuşada yaşayıblar, Kəlbəcərdə, Laçında və başqa rayonlarda yaşayıblar. Onlar oraya qayıtmalıdırlar. Əgər biz sülh müqaviləsi bağlamaq istəyiriksə, sülh müqaviləsi o deməkdir ki, artıq müharibə sona çatır, sülh yaranır. Tarixdən bilirik ki, ölkələr bir-biri ilə uzun illər ərzində müharibə şəraitində olublar, dava aparıblar, böyük itkilər veriblər. Amma sonra barışıblar, sülh müqaviləsi bağlayıblar və ondan sonra normal münasibətlər də mümkündür.
Hətta İkinci Dünya müharibəsində hər iki tərəfdən 50 milyondan artıq insan həlak olubdur. Amma bir neçə ildən sonra, 10-15 ildən sonra müharibədə ən fəal iştirak edən Sovet İttifaqı ilə Almaniya Federativ Respublikası bir-biri ilə münasibətləri yaxşılaşdırıb və indi bir çox hallarda vahid mövqedən çıxış edirlər. Tarix bizə bunu öyrədir. Əfsuslar olsun ki, Ermənistanın rəsmi siyasəti məhz sağlam olmayan əsaslar üzərində qurulubdur. Onlar öz təbliğatını azərbaycanlılara qarşı aparırlar və gənc nəsli də bu ruhda tərbiyə edirlər. Təsadüfi deyil, Ermənistan, bəlkə də, Avropada yeganə ölkədir ki, monodövlətdir. Orada heç bir başqa millət yaşamır, yaşaya bilmir, yəqin ki, o şəraitə dözə bilmir.
Ona görə həm beynəlxalq hüquq normaları, həm də ədalət bərpa olunmalıdır və biz münaqişənin həlli yollarını bu istiqamətdə görürük. Birinci və ən əsası, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət olmayacaqdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu, dəyişməz olaraq qalır və qalacaqdır. Artıq bu tezis bütün beynəlxalq aləm tərəfindən qəbul olunur. Halbuki deyə bilərəm ki, - lap dərinə getmək istəmirəm,- bu, heç də hər zaman belə deyildi. Başqa təkliflər də olmuşdu, bəzi hallarda təzyiqlər də olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir, onlar nə vaxtsa öz müstəqilliyinə nail olmalıdırlar. Heç vaxt olmayacaqlar! Heç vaxt - nə bu gün, nə sabah, nə yüz ildən sonra. Danışılan mövzu da ondan ibarətdir ki, müzakirə predmeti olan sənəddə Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və olmayacaqdır.
O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, mən bunu dəfələrlə demişəm və bir də demək istəyirəm ki, erməni xalqı öz müqəddəratını təyin edib, onların öz Ermənistan dövləti var. Hansı ki, Azərbaycanın tarixi torpaqlarının üzərində qurulubdur və Azərbaycan ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq verməyəcəkdir.
Dağlıq Qarabağda yaşayan insanlara, ermənilərə və oraya qayıdacaq azərbaycanlılara yüksək özünüidarə statusu verilə bilər. Bu barədə də danışıqlar zamanı bütün mərhələlərdə - 1990-cı illərdə, indiki zəmanədə dəfələrlə Azərbaycan rəhbərliyi öz sözünü demişdir. Dünyada və Avropada olan ən yüksək muxtariyyət statusu öyrənilə bilər, - daha doğrusu, biz bunu bilirik, - və tətbiq oluna bilər. Əgər belə bir razılaşma variantı olarsa, əlbəttə ki, biz buna hazırıq, biz buna gedəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, eyni zamanda, nəhayət, bölgədə sülh yaranacaq və iki ölkə arasında gələcəkdə münasibətlər normallaşa bilər.
Mən qeyd etmək istəyirəm ki, bu prinsiplər bizim üçün dəyişməz olaraq qalır və qalacaqdır. Burada heç bir dəyişiklik mümkün deyil və olmayacaqdır. Bölgədə vəziyyət dəyişir, dünyada vəziyyət dəyişir. Beş-altı il bundan əvvəl Ermənistanla Azərbaycan arasında, bəlkə də, həm iqtisadi potensialda, həm də hərbi hazırlıq səviyyəsində o qədər də böyük fərq yox idi. Düzdür, Ermənistan bunu daha çox xarici ianələr hesabına, Azərbaycan isə öz xalqının istedadı ilə, gücü ilə əldə etmişdi. Amma reallıq bundan ibarət idi. Amma indi bu tarazlıq tamamilə pozulubdur. İqtisadi göstəricilərə baxmaq kifayətdir ki, hər kəs onu görsün: Azərbaycan iqtisadiyyatının həcmi nə qədərdir, Ermənistan iqtisadiyyatının həcmi nə qədərdir. Azərbaycanın iqtisadiyyatı tam müstəqil iqtisadiyyatdır və eyni zamanda, bu, imkan verir ki, müstəqil siyasət aparaq. Ermənistanın iqtisadiyyatı asılı iqtisadiyyatdır. Onlar başqa ölkələrdən çox böyük dərəcədə asılıdırlar. Əlbəttə ki, bu, ümumi siyasi proseslərə də öz təsirini göstərir. Yəni, bu onların seçimidir. Bir var ölkə müstəqilliyə qovuşur və müstəqilliyi qoruyur, möhkəmləndirir və bunu hər şeydən üstün tutur. Bir də var ki, ölkə müstəqilliyə qovuşur və müstəqillik onlar üçün o qədər də böyük əhəmiyyət kəsb etmir, başqa ölkələrin təsiri altına düşür, yaxud da başqa ölkələrin iradəsi ilə idarə olunur. Hər bir xalqın öz seçimi var.
Ancaq bununla bərabər, bu gün bizim aramızda o tarazlıq yoxdur. Hərbi sahədə biz tam hazırıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Bundan sonra da hazırlaşacağıq, hərbi qüdrətimizi daha da artıracağıq və elə edəcəyik ki, bizim ordumuz Ermənistanın ordusundan on dəfə güclü olsun. Bu vəzifə qoyulub və biz buna nail olacağıq. Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.
Vaxtilə mən deyəndə ki, bizim hərbi xərclərimiz bir milyard dollar olacaq, bəziləri buna inanmırdı. Amma indi bu reallıqdır və bu da son hədd deyildir. Biz həm peşəkarlığı artırırıq, hazırlığı artırırıq, həm də maddi-texniki bazanı artırırıq və hazırlaşırıq. İqtisadi sahədə, siyasi cəhətdən Azərbaycan bölgənin aparıcı ölkəsidir. Hamı bunu etiraf edir. Azərbaycan böyük ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilib, biz öz enerji siyasətimizi aparmaqla bölgənin və Avropanın enerji təhlükəsizliyinə töhfəmizi verməyə başlayırıq. Yerləşdiyimiz bölgədə gedən proseslərə bizim çox böyük dərəcədə təsir etmək imkanlarımız var.
Əsas məsələ, bir nömrəli problem, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu, birinci problemdir. Bu problemi həll etmək üçün nə lazımdırsa, onu da edəcəyik.
Son dörd il ərzində biz büdcəmizi təxminən, yeddi dəfə artırmışıq, daha da artıracağıq. Nə qədər vəsait lazımdırsa ayırmalıyıq, nə qədər səfərbərlik lazımdırsa, bunu etməliyik ki, bu problemi həll edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Ölkəmizin ümumi iqtisadi inkişafı, siyasi proseslər, ölkədaxili sabitlik, iqtisadi islahatlar, siyasi islahatlar, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, enerji amilinin ön plana, dünya gündəliyinə çıxması - bütün bu amillər bizim xeyrimizədir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələri bölgədə vəziyyəti tamamilə dəyişibdir və bu dəyişmədən ən çox siyasi və iqtisadi qazanc əldə edən ölkə Azərbaycandır. Biz bu layihələrin təşəbbüskarı olmuşuq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bütün bunlar mümkün olmuşdur. Biz isə bu gün əldə edilmiş uğurları daha da möhkəmləndiririk.
Mən hesab edirdim ki, indiki tərkibdə bu məsələlərə bir daha aydınlıq gətirim. Düzdür, bizim mövqeyimiz xalq üçün tanışdı. Yenə də deyirəm, bir neçə dəfə bu barədə mən xalqa müraciət etmişəm, öz sözlərimi demişəm. Hesab edirəm ki, bu gün də buna ehtiyac var ki, həm ictimaiyyət bilsin, həm də bizim qaçqın-köçkün soydaşlarımız bilsinlər ki, onların hüquqları bərpa olunacaqdır. Biz istəyirik, mən də istəyirəm ki, o hüquqlar tam şəkildə bərpa edilsin. Biz ədalətin tərəfdarıyıq və öz torpağımızın bütövlüyünü təmin etməliyik.
O ki qaldı, bu gün əsas mövzu olan məsələ ilə bağlı, mən köçkünlərin məişət problemlərinin yaxşılaşdırılmasına dair verilən bütün təklifləri dəstəkləyirəm. Bir daha demək istəyirəm ki, bu təkliflər ümumiləşdirilməlidir, bir də təhlil olunmalıdır. Bəlkə hansısa məsələ var ki, biz bu gün onu eşitmədik, amma o da böyük əhəmiyyət kəsb edir. Burada aidiyyəti dövlət strukturlarının nümayəndələri var - həm nazirlər, eyni zamanda, “Azərenerji”, “Azəriqaz”, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərləri, - onlar da bu işlərlə bilavasitə məşğul olan şəxslərdir. Bir daha baxın, əgər hansısa məsələ bu gün diqqətdən kənarda qalıbsa, onu əlavə edək. Qısa müddət ərzində Proqrama əlavələr edək və onları icra etməyə başlayaq. Biz buna nail olsaq, - mən heç şübhə etmirəm, - demək olar ki, soydaşlarımızın əsas məişət problemləri həll edilmiş olur.
Bir də demək istəyirəm ki, mən bu sahədə görülən işlərə çox böyük diqqət yetirirəm, böyük qiymət verirəm. Bütün orqanlardan da tələb edirəm ki, bu istiqamətdə işlər bundan sonra da bu ardıcıllıqla, bu sürətlə, bu keyfiyyətlə davam etdirilsin.
Sağ olun.

Mənbə İki Sahil qəzeti

Yazar: Abusaleh @ Sentyabr 21, 2007 21:17 | Icra Hakimiyyəti | Şərhlər(0)
Baxış sayı: 259
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha