Reklam verin!

Qubadlı Blogu Haqqında


www.qubadli.com

Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Qarabağ Xəbərləri


Digər Xəbərlər



Keçidlər

Dost bloglar

Sorğu

Blogumun yeni forması xoşunuza gəldimi?



Açar sözlər

qubadli  qarabag  atəşkəs  sulh  erməni  xəbər  əsgər  elan  müharibə  idman,  yeni  şəhid  dağlıq  münaqişə  sayt  əliyev  islam  soyqırım  www.qubadli.com  vətən  qubadlı,  torpaq  aliyev  azərbaycan,  ermeni,  soyqırım,  rayon  ilham  saytı  erməni,  pozulub  qəzet  turkiye  abş  işğal  spsial  söz  kənd  qafqaz  dünya  türkiyə  gənc  reklam  düşmən  atəşkəs,  şəhidlər  iran  soykirim  dənizi,  vakansiya  ramazan  rayon,  qəza,  ordu  pozan,  əsir  president  ermənilər  lord  qarabağ,  herb  apa  amerika  prezident  soykirim,  gun,  bayram,  azərbaycan  blog  pen  xəzər  sülh,  meyid,  yığma,  seçki  dizayner  almaniya  terrorist,  konnfransi  universitet,  irəvan  azerbaycan,  qarayev  zabit  fizuli  dunen,  ikt  dəvət  mənbə  qitə,  şair  şəhər  qarabaq  unutma  yağ,  elmar  savad,  yaralı  xəzərdə  kürd  müstəqillik  abdulov  xeber  ermənistan  arxiv  add  cavab,  səngər  ramil  şahmat,  khubadli  kend  çörək  müəllif  xətt  mübariz  petrosyan,  kondalize  turk,  kino  ateshkes  kosova,  refahiya  budaq  gəncləri  rejimi  oruc  barak  esirler  müsibət,  anspress.com  qaynaqlar  baku  xanəmir  daim  qələm,  20  meyit,  bu  trend  status  bundestanq  daşnaq  qahirə  kanal  əbülfəz  derman  2008  devis  tərtər  konfransı  müharibə,  qarabağı  şerləri  mərkəz  ağdam  yağı,  məmmədyarov  milli  af,  pkk  abş,  etər  enverpashadergisi  rejim  tarix  adət,  avropa  cevap,  səfərov  futbol,  kubadli  pulu  qiymət  ermeni  terrorist  prezident,  müzakirə  turkler,  kubok,  muharibe  şəkilistanbul  çərşənbə  qrupu  xain  tez-tez  obama  məmmədov  otel,  fm  dünya,  tarixi  islamoglu  başçısı  dondurulumuş  akif  anım  gənc,  lham  free  ev  yerevan  dağ  faşizm  xəbərlər,  amin  xezer  boks,  karabagh  elm  həcc  kosovo  ağamədov  təşkilatı  səngər,  tanıyaq  ştat,  xatirə  qondarma  qafsam  denktaş  yemək  street  soyqırımı,  məclis  bəla,  diqqət  amerika,  fərhad  məqalə  neler  barama  kənd,  parlamenti  hazar  üç  komanda  sehir  qalxıb  satış  rays  türklər,  ans  rusiya,  abulfaz  el  təşəbbüs  xayin  bütün  ramazan,  ştat  samir  reklam,  radio  elm,  təcavüzkar  mustafa  icra  sponsor,  matəm  institut  xazar,  05-02-2008  günü,  əliyar  fond  azernews  faşizmi  alim,  esger  musavat  xəbər,  karabahg  icad  orucu  cəbhə  əsiri  ismayıl  fesival  avropa,  ölüm  səfirliyi,  əkrəmin  respublika  strateji  kipr  mütamadi  the  sual,  qerar  haber,  eurovision  heykayə  xaric  telmanoğlu  tuman  qubadlıda  nehrə  qərar  gen  itkin,  serbiya,  preziden  yaxşı  əsər  mina  ter,  kahire  təhsil,  ibrahim  nazir  hərb  cəbrayıl  qol  hal  dığa,  çaylı  əsirlər  dava,  region  islam,  dəftəri  şuşa  garabag  şəhidi  şəkil,  yanvar  lobbbisi,  pozuldu  mustekil,  ana  hediyye  dərs  panel  qubadl  kubadli,  auditoriya,  yara  nöqtə  məğlub  gubadli  ziyarəti  terri  kiv  gənclər  levon,  yolçubəyli  film  futbol  qətl  herb,  erzincan  göyçay  rauf  pozulur  bayramı,  wall  tehsil,  qüdrət  love  təcili  azərbaycanlıları,  dövlət  bakı  turk  movqe  qurd  nehrə,  şura  genc, 

Sayqaç

İndi blogda: 16
Keçən ayın hiti: 13299
Dünənki hit: 488
Bugünki hit: 371
Ümumi hit: 161462

Müxtəlif




top.SUMQAYIT
Top on A-Z.az





Site Ekle
nakliyat


Sohbet

Sohbet
Komik 100
En kaliteli siteler Alersa.Net
Siteni ekle qubadli.tr.gg ONLINE
Islam haqq dini

AddThis Feed Button
Add to Technorati Favorites


TÜRKİYƏ QONDARMA “ERMƏNİ SOYQIRIMI” QƏTNAMƏSİNİN YENİDƏN GÜNDƏMƏ GƏLMƏYƏCƏYİNƏ ÜMİD EDİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Əli Babacan oktyabrın 30-da hakim Ədalət və İnkişaf Partiyasında keçirilmiş seminarda söyləmişdir. O demişdir ki, sözügedən qətnamə Ankara ilə Vaşinqton arasında münasibətləri “zəhərləyən” bir amildir.
Əli Babacan vurğulamışdır ki, türk milləti öz tarixindən əmindir və öz tarixi ilə üzləşməyə hər zaman hazırdır. Lakin, qarşı tərəf, xüsusilə Ermənistan hökuməti bundan qaçmaqda davam edir. Türkiyə Osmanlı arxivlərini açdığı halda, ermənilər hələ də öz arxivlərini gizli saxlamaqdadır. Digər tərəfdən, lobbiçiliyin mənfəətli iş olduğu bir şəraitdə, bundan gəlir götürən çox ciddi dairələr və insanlar vardır. Onlar bəzi ölkələrdə Türkiyənin imicinə zərbə vururlar.
Xarici işlər naziri əlavə etmişdir ki, hazırda hökumət, qeyri-hökumət təşkilatları və iş dünyası qondarma “erməni soyqırımı” layihəsinin yenidən gündəmə gəlməməsi və bu məsələyə son qoyulması üçün səylərini davam etdirirlər.

Yazar: Abusaleh @ Oktyabr 31, 2007 15:31 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 218
Açar sözlər: turkiye iran respublika qondarma soyqırım 
Bookmark and Share

CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 30-da saat 22.00-dan 22.05-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 23.45-dən 00.10-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərindən, oktyabrın 31-də saat 05.15-dən 05.25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

Yazar: Abusaleh @ Oktyabr 31, 2007 15:29 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 207
Açar sözlər: atəşkəs sülh müharibə 
Bookmark and Share

Qarabağın qanlı yaddaşı

Sizə bir başa baxacağınız Qarabağın diyarları və işğalı ilə bağlı faktı təqdim edirik. Buyurub baxın və Qarabağı düşünün. Əlimizdən heç nə gəlməsə belə heç olmasa Qarabağın diyarlarından olan Qubadlının saytını yaratmağı düşündük və sizlərin hər birinizi də bu işdə bizə dəstək olmağa dəvət edirəm. Buyurun baxın!..

Yazar: Abusaleh @ Oktyabr 31, 2007 6:12 | Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 292
Açar sözlər: qarabağ rayon işğal 
Bookmark and Share

MUSTAFA İSLAMOĞLU BAKIDA

islamogluSon zaman Türkiyənin Hilal TV kanalının izləyicilərinə tanış olan Mustafa İslamoğlu bu gün şəhərimiz ilə tanış olmuşdur. Onun Bakı haqqında çox müsbət təəsüratları yarandı. Qonaq Şəhidlər Xiyabanını ziyarət etmiş və orada dəfn olunanlara Allahdan rəhmət diləmişdir.
Bakıya gəlişinin məqsədi burada bir neçə seminarlar və görüşlər təşkil etməkdir.
Bu gün bundan əvvəl 25.10.2007-ci il tarixdə saat 16.30-da Xəzər Universitetinin şəhər korpusunda "Qloballaşan dünyada mənəvi münasibətlər" mövzusunda görüş kemirildi.
Mustafa İslamoğlu kimdir? 1960-cı ildə Kayseridə anadan olmuşdur. İxtisasca ilhahiyyatçıdır. Həmçinin yazıçı, şair və təfsir alimidir. Əl-Əhzər Universitetinin İslam Hüququ və təfsir üzrə təhsil almışdır. 1990-ci ildən etibarən indiyə kimi təfsir dərsi deyir. Bu dərslər Türkiyənin Hilal TV kanalından yayımlanır. Təxminən 30-a qədər əsəri vardır. Səsli dərsləri Adım produksiyon, yazılı əsərləri isə Düşün yayın evi tərəfindən yayımlanır.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 31, 2007 5:54 | Xəbərlər, İslam Xəbərləri | Şərhlər(1)
Baxış sayı: 295
Açar sözlər: mustafa islamoglu baku bakı baki 
Bookmark and Share

İSLAMABADDA NƏŞR OLUNAN HƏFTƏLİK “PULSE” QƏZETİNDƏ “DAĞLIQ QARABAĞ: QAFQAZIN QAYNAR MÜNAQİŞƏSİ” ADLI MƏQALƏ DƏRC EDİLMİŞDİR

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, İslamabadda nəşr olunan həftəlik “Pulse” qəzetində Pakistan Qaid-e Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru İştiaq Əhmədin “Dağlıq Qarabağ: Qafqazın qaynar münaqişəsi” adlı geniş məqaləsi dərc edilmişdir.
Məqalədə professor İ.Əhməd Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın Azərbaycana ərazi iddiası və bu ölkənin separatçı siyasəti nəticəsində baş verdiyini, Azərbaycanın 20 faiz torpaqlarının işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin salındığını bildirmişdir. Müəllif beynəlxalq ictimaiyyətin İraq, Fələstin, Əfqanıstan və digər münaqişəli bölgələrdən fərqli olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqətdən kənarda saxladıqlarını qeyd etmişdir.
Professor İ.Əhməd münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu vasitəsilə aparılan müzakirələr barədə məlumat verərək, işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin hələlik həllini tapmadığını oxucuların diqqətinə çatdırır.
Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçirdiyi beynəlxalq konfransda iştirak etdiyini bildirən pakistanlı alim, azərbaycanlı həmkarları ilə keçirdiyi görüşlərdə də onların Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin mümkün olmadığı təqdirdə torpaqların digər vasitələrlə azad edilməsinə nail olacaqlarını qətiyyətlə bildirdiklərini yazır.
Qondarma “erməni soyqırımı”ndan danışan alim, ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri qətliamdan söz açmışdır.
İşğal edilmiş ərazilərdə Ermənistanın köməyi ilə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirən İ.Əhməd, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu xüsusi qeyd etmiş, rəsmi Bakının Dağlıq Qarabağa Azərbaycan ərazisi daxilində ən yüksək muxtariyyət verməyə hazır olduğunu göstərmişdir.
Pakistanlı alim Bakıya səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə görüşmüş, gənc diplomatlar qarşısında Cənubi Asiyada gedən proseslərlə bağlı məruzə etmişdir.

Yazar: Abusaleh @ Oktyabr 31, 2007 5:33 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 279
Açar sözlər: qəzet xaric qafqaz qarabag qubadli qubadlı 
Bookmark and Share

HOLLANDİYADAKI AZƏRBAYCAN MƏKTƏBİNƏ HEYDƏR ƏLİYEV FONDUNUN HƏDİYYƏSİ TƏQDİM EDİLMİŞDİR

filefondAzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizdə təhsilə xüsusi qayğı göstərən və onun maddi-texniki bazasının inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Vətənimizin hüdudlarından kənarda açılmış Azərbaycan məktəblərinə də hərtərəfli yardım göstərir. Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə sentyabr ayından ölkənin paytaxtı Amsterdamda fəaliyyətə başlamış Azərbaycan məktəbinin ünvanına Fondun göndərdiyi kompyuter dəsti və dərs ləvazimatından ibarət hədiyyə buna bariz misaldır.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 31, 2007 5:29 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 170
Açar sözlər: fond hediyye 
Bookmark and Share

Azərbaycan ordusu atəşə tutulub

harb8

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub

Ermənistan ordusu atəşkəs rejimini yenidən pozub. Ermənistan silahlı qüvvələri dünən saat 18:50-dən 19:10-a kimi Ağdamın rayonun Şıxlar kəndindəki mövqelərindən, saat 23:45-dən 00:15-ə kimi isə Tərtərin Çaylı və Göyarx kəndlərindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 30, 2007 12:28 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 248
Açar sözlər: düşmən ordu atəşkəs 
Bookmark and Share

Türkiyədə qanaxmanı bir neçə saniyədə kəsən dərman icad edilib

qanaxma

Dərman artıq Səhiyyə Nazirlyindən lisenziya alıb

Türkiyədə qanaxmanı bir neçə saniyəyə kəsən qarışıq hazırlanıb. Bu dərman əsasən də hemofiliyalı, yəni qanı gec laxtalanan xəstələr üçün daha önəmlidir. Bitkilərdən hazırlanan dərmanın kliniki təcrübələrini Hacettepe Universiteti Hematoloji bölümü aparıb.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 28, 2007 16:33 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 232
Açar sözlər: derman turkiye icad elm islam rayon kend sehir 
Bookmark and Share

Hərbi hissədən qaçan zabitin axtarışları nəticə verməyib

kamran-ferrari

Kamran Əsədovun Goranboy və Daşkəsənin dağ massivinə qaçdığı ehtimal olunur

Xanların Toğana kəndi ərazisində yerləşən «N» saylı hərbi hissədən 4 ədəd avtomat və 1 ədəd RPK markalı pulemyot götürərək qaçan zabit Kamran Əsədovun axtarışları bu gün də nəticə verməyib. Artıq Gəncənin və Xanlar rayonunun bir neçə istiqamətində qoyulan polis postlarının əksəriyyəti götürülüb...

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 28, 2007 11:49 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 168
Açar sözlər: herb hərb zabit 
Bookmark and Share

Kosovada hərbi xidmətini başa vuran 20 nəfər sülhməramlı bu gecə Azərbaycana qayıdıb

azerbaycan_sulhmeramli

Nümunəvi xidmətlərinə görə şəxsi heyət medallarla təltif edilib

Kosovada hərbi xidmətini başa vuran 20 nəfər Azərbaycan sülhməramlısı bu gecə vətənə qayıdıb. Qeyd edək ki, sülhməramlılar 6 aydır ki, Kosovada xidmət edirdilər. Nümunəvi xidmətlərinə görə şəxsi heyət medallarla təltif edilib. 20 nəfər sülhməramlıdan ibarət əvəzedici heyyət isə artıq Kosovaya yola duşüb. /ANS TV/

Yazar: Abusaleh @ Oktyabr 25, 2007 1:08 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 185
Açar sözlər: kosova, herb, sulh 
Bookmark and Share

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısına əklil qoyulub

celeng

DAK və «Azəri-Türk» Qadınlar Birliyi ABŞ Konqresinin qondarma "erməni soyrımı"nı tanınmasına etiraz edən bəyanat imzalayıblar

    Dünya Azərbaycanlıları Konqresi (DAK) və «Azəri-Türk» Qadınlar Birliyi Amerika Konqresinin xarici əlaqələr komitəsinin qondarma "erməni soyrımı"nı tanınmasına dair qəbul etdiyi qətnamə ilə bağlı konfrans keçirib. Məqsəd qərara etiraz bildirmək olub.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 18, 2007 18:42 | Xəbərlər | Şərhlər(1)
Baxış sayı: 323
Açar sözlər: azərbaycan səfirliyi, abş, amerika, ştat, qitə, dünya, dünya azərbaycanlıları, elm, islam, qubadli 
Bookmark and Share

Bu gün Azərbaycanın müstəqillik günüdür

azerbaycan_bayraq

Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilib

    Bu gün Azərbaycanın müstəqilliyi günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya Aktını qəbul edib. Və o vaxtdan da Azərbaycan öz müstəqilliyinə qovuşub.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 18, 2007 1:02 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 289
Açar sözlər: bu gün, müstəqillik günü, bayram, mustekil, free 
Bookmark and Share

Sabah Azərbaycan və Serbiya futbol yığması qarşılaşacaq

az_futbolu1

Bu qarşılaşmada Ceyhun Sultanovun kapitan kimi oynaması güman olunur

Sabah Azərbaycanla Serbiya qarşılaşmasında Ceyhun Sultanovun da oynaması ehtimal olunur. Bu təqdirdə millimizin kapitanı da o olacaq. Bu barədə məlumatı milli komandamızın baş məşqçisi Şahin Diniyev azerisport.kom saytına bəyan edib. O bildirib ki, pleymeykerimizin heyətə qayıtması komandamızın oyununa da əlavə stimul verəcək.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 16, 2007 15:46 | İdman xəbərləri | Şərhlər(0)
Baxış sayı: 188
Açar sözlər: azərbaycan, serbiya, futbol, idman, yığma, komanda 
Bookmark and Share

Azərbaycanlı şahmatçı ermənini məğlub edib

sahmat1

Bu gün isə qrossmeysterimiz ukraynalı şahmatçı ilə qarşılaşacaq

Hollandiyanın Hoqeven şəhərində şahmat üzrə Essent super turniri davam edir. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov 2-ci turda erməni Zaven Andriasyana qalib gəlib. Erməni şahmatçı qrossmeystermizə 36-cı gedişdə təslim olub. Bu qələbədən sonra Şəhriyar Məmmədyarov liderliyi ələ keçirib. Çünki turun digər görüşü heç-heçə başa çatıb. Ukraynalı Ruslan Panamaryov holland Lyuk Van Veli ilə heç-heçə başa çatıb. 4 şahmatçının mübarizə apardığı Essent turnirində 3-cü turun görüşləri bu gün keçiriləcək. Şəhriyarın rəqibi Ruslan Panamayrov olacaq. Turnirə isə oktyabrın 20-də yekun vurulacaq. /ANS TV/

Yazar: Abusaleh @ Oktyabr 16, 2007 15:43 | İdman xəbərləri | Şərhlər(0)
Baxış sayı: 168
Açar sözlər: azərbaycan, şahmat, idman, məğlub 
Bookmark and Share

Boks üzrə Azərbaycan yığması sabah ABŞ-a yola düşəcək

boks66

Dünya çempionatının nəticələri Pekin olimpiadası üçün lisenziya xarakteri daşıyır

Azərbaycanın boks yığması sabah Amerikaya yola düşəcək. Artıq ABŞ-da keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti də müəyyənləşib. Baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi ilə ölkəmiz tam heyətlə təmsil olunacaq. Yəni 11 çəki dərəcəsinin hamısında boksçularımız rinqə çıxacaqlar. Çikaqoda ən aşağı çəki dərəcəsində Azərbaycanı Ceyhun Əbiyev təmsil edəcək.

Davamı...

Yazar: Abusaleh @ Oktyabr 16, 2007 15:40 | İdman xəbərləri | Şərhlər(0)
Baxış sayı: 211
Açar sözlər: boks, idman, azerbaycan, azərbaycan, xəbər, abş 
Bookmark and Share

  Yazılar cəmi: 27    Sonrakı səhifə »