ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısına əklil qoyulub
DAK və «Azəri-Türk» Qadınlar Birliyi ABŞ Konqresinin qondarma "erməni soyrımı"nı tanınmasına etiraz edən bəyanat imzalayıblar
Dünya Azərbaycanlıları Konqresi (DAK) və «Azəri-Türk» Qadınlar Birliyi Amerika Konqresinin xarici əlaqələr komitəsinin qondarma "erməni soyrımı"nı tanınmasına dair qəbul etdiyi qətnamə ilə bağlı konfrans keçirib. Məqsəd qərara etiraz bildirmək olub.
Təşkalatçılar etiraz bəyanatı hazırlayıblar. «Azəri-Türk» Qadınlar Birliyinin bəyanatında Amerika Konqresi Aşağı Palatasının xarici əlaqələr komitəsinin bu qərarı kəskin pislənilir və bunun təkçə Türkiyə-ABŞ deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərəcəyi bildirilir.
Dünya Azərbaycanlıların Konqresi isə bəyan edib ki, demokratik prinsiplərə söykənən, daim insan haqlarının qorunmasından danışan və onu müdafiə etməyə çalışan Amerika kimi bir dövlətin bu cür ədalətsiz qətnaməni müzakirə etməsi heç bir beynəlxalq konvensiyaya uyğun deyil.
Tədbir iştirakçıları həmçinin etiraz əlaməti olaraq Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi qarşısında əklil qoydular. /ANS TV/














salam aziz gardashim guzel veblogunuz vardi yashasin turk donyasi samad coşqun guney azerbaycan tebriz den
Noyabr 1, 2007 21:45