Türkiyədə qanaxmanı bir neçə saniyədə kəsən dərman icad edilib
Dərman artıq Səhiyyə Nazirlyindən lisenziya alıb
Türkiyədə qanaxmanı bir neçə saniyəyə kəsən qarışıq hazırlanıb. Bu dərman əsasən də hemofiliyalı, yəni qanı gec laxtalanan xəstələr üçün daha önəmlidir. Bitkilərdən hazırlanan dərmanın kliniki təcrübələrini Hacettepe Universiteti Hematoloji bölümü aparıb.
Dərman artıq Səhiyyə Nazirlyindən lisenziya alıb. Bu qarışıq həkimlər tərəfindən deyil, İbrahim Cahit Fırat adlı bir nəfər tərəfindən hazırlanıb. Beş bitkini qarışdıran Fırat əldə etdiyi qarışığın qanaxmanı kəsdiyini görüb, dərmanı Hecettepe Universitetinə yoxlama üçün göndərib.
Universitetin ziyalıları qarışığın bir tor yaradaraq qanı kəsdiyini təyin ediblər. Bu qarışıq nəm salfet və kapsul halında satışa çıxarılacaq. Qəza zamanı tibbi yardım gələnə qədər yaranın üstünə qoyulan bu qarışıq yaxşı nəticə verir. Diş müalicəsi zamanı kapsul formasında qəbul edilən dərmanın əks təsiri olmur.
Bu məhsul hələlik dərman halına gətirilməyib. Amma artıq Səhiyyə Nazirlyindən lisenziya alıb və təcili yardım maşınlarında qoyulması barədə qərar qəbul edilib.
Bu istiqamətdə çalışmaları baş ordu qərargahı da yaxından izləyir. Qərargah əsasən dağ bölgələrdə qarşıdurma zamanı yaranan əsgərlərə tibbi müdaxilə edilənə qədər bu qarışqıdan istifadə etməyi düşünür. /ANS PRESS/













