Azərbaycan ordusu atəşə tutulub
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan ordusu atəşkəs rejimini yenidən pozub. Ermənistan silahlı qüvvələri dünən saat 18:50-dən 19:10-a kimi Ağdamın rayonun Şıxlar kəndindəki mövqelərindən, saat 23:45-dən 00:15-ə kimi isə Tərtərin Çaylı və Göyarx kəndlərindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. Məlumatı Müdafiə Nazirliynin mətbuat xidməti yayıb./ANS PRESS/













