Atəşkəs rejimi pozulub
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Erməni silahlı qüvvələri noyabrın 1-də yenidən atəşkəs rejimini pozub. Erməni ordusu Tərtərin Çiləburt, Çaylı və Göyarx, Füzulinin Qoran, Alxanlı və Horadiz kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyot silahlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itgi yoxdur. /ANS PRESS/













