Avstraliyada üçmərtəbəli ev boyda alt paltarı tikiblər
Çəkisi 180 kiloqram olan tumanın tikilməsi üçün 300 kvadratmetr parça, 500 metr elastik lent və 5 kq sap lazım olub
Avstraliyada alt paltarı istehsalı ilə məşğul olan firma dünyada ən böyük tuman tikərək “Ginnesin rekordlar kitabı”na düşməyi qərar alıb.
Eni 15,5 metr və hündürlüyü 11 metr olan bu al qırmızı tuman ölçüsünə görə üçmərtəbəli evə uyğun gəlir.
Çəkisi 180 kiloqram olan tumanın tikilməsi üçün 300 kvadratmetr parça, 500 metr elastik lent və 5 kq sap lazım olub. Noyabrın 8-də Sidney körfəzinə açılan Kral nəbatət bağında nümayiş etdiriləcək.













