ABŞ Dağlıq Qarabağ adında respublika tanımır
Dövlət Departamentının sözçüsü qondarma respublikanın prezidenti Bako Saakyanın Amerikaya səfərinə münasibət bildirib
“Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ adında respublika Birləşmiş Ştatlar və istənilən digər xarici dövlət tərəfindən tanınmayıb. Rəsmi Vaşinqton bu ərazidə keçirilən son “prezident” seçkilərini də tanımır”.
Bunu APA açıqlamasında Amerika Dövlət Departamentının sözçüsü Nikola Tompson qondarma “Dağlıq Qarabağ respublıkası”nın “prezidenti” Bako Saakyanın ölkəsinə etdiyi səfərə münasibət bildirərkən söyləyib.
Nikola Tompson deyib ki, Amerika Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin sülh yolu ilə həlli üçün yaxın zamanlarda ümumi razılaşmaya gələcəklərinə ümid edir: “İnanırıq kı, münaqişə ilə bağlı əldə olunan razılaşma hərtərəflı sülh müqaviləsi layihəsinin imzalanması üçün qapıları açacaq”. /APA/













