Ermənilər atəşkəsi pozublar
Azərbaycan Ordusunun mövqeləri Xocavənd, Ağdam və Tərtər istiqamətində atəşə tutulub
Ermənistan silahlı qüvvələri noyabrın 19-u axşam saatlarından başlayaraq gecəyə qədər fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli və Sarıcalı, Tərtərin Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb./ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və Əkrəm Bəhramoğluna məxsusdur - Dəstək: AzeriBlog.com













