Qubadlının saytına dəstək olun.
Əziz ziyarətçilər! Həqiqətən də biz çox sevinirik ki, xalqımız Qarabağın qeydinə qalır. Bu bizi sevindirir. Biz hamılıqla çalışmalıyıq ki, gücümüz çatan qədər tapdaq altında olan torpaqlarımızı xatırlayaq, onu dünya səviyyəsində bütün millətlərə nümayiş etdirək. Bu bizim həm vətənimizə olan borcumuz, həm şəhidlərimizə olan borcumuz, həm də Allaha olan borcumuzdur. Çünki, Allah təala bizləri o vətəndə yaratdı, orada yetişdirdi, oranın ən gözəl nemətlərini bizə daddırdı. Lakin düşmən bizim əlimizdən torpaqlarımızı aldı. Biz də çalışmalııq ki, bunu dünyada tanıdaq. Dünyaya çatdıraq. Əziz ellilərimiz! Hamımızın qohum-əqrəbalarından bir çoxu şəhid oldu, bir çoxu əsir oldu, bir çoxu itgin düşdü. Ən azı vətəndaşımız belə oldu. Hamılıqla gəlin Qarabağımızın haqq səsini dünyaya çatdıraq. Bunun üçün biz tezliklə əsarətdə olan Qarabağın bir guşəsi Qubadlının saytını tezliklə ictimaiyyətə açacağıq.
Əziz ellilərimiz! Saytımız bir neçə günə hazır olacaq. Biz də indidən hazır olaq. O sayta hər biriniz daxil olub maraqlı materiallar yerləşdirə bilərsiniz. Hər biriniz fikir və rəyinizi yaza bilərsiniz. Xəbər yaza bilərsiniz. Maraqlı materiallar yerləşdirə bilərsiniz. Biz bunu edirik ki, hər bir sayta girən şəxs orada istədiyi materialı yerləşdirə bilsin. Bizi izləyin. Bizə dəstək durun. Diqqətiniz üçün təşəkkür edirik!













