Bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub
Ermənistan silahlı qüvvələri dekabrın 28-i günorta saatlarından başlayaraq bu gün səhərə qədər Daşkəsənin adsız yüksəklikləri, həmçinin Füzulinin Alxanlı, Ağdamın Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib
2007-ci il ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini intensiv şəkildə atəşə tutub. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu 2007-ci ilin yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, atəşkəs əsasən cəbhənin Ağdam, Xocavənd, Füzuli, Tərtər rayonları ərazisindəki təmas xəttində pozulub. Goranboy, Qazax, Tovuz, Xanlar rayonları ərazisində isə atəşkəsin pozulması hallarına nisbətən az rast gəlinib.
Davamı...
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri dekabrın 25-i günorta saatlarından başlayaraq bu gün səhərə qədər fasilələrlə Xocavəndin Kuropatkino, Füzulinin Aşağı Əbdülrəhmanlı, Ağdamın Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
ANAM NAILE ZEYNALOVANIN QARDASI
AKIF MEMMEDOV HAQQINDA XATIRELERI.
MEMMEDOV AKIF IBRAHIM OQLU 1993-CU ILDE 16 AVQUSTDA
BASARAT UGRUNDA GEDEN MUHARIBEDE ITGIN DUSMUSDUR.
ANAMIN XATIRELERI:
Qardasim Akif Qubadli rayonuun Qaraimanli kendide yasayirdi.Qarbag doyusleri
geden zaman qardasim esgerliyni coxdan bitirmis 3usaq atasi idi.O, ermeilerin bu
haqsizliqlarina dozmeyib konullu olaraq cebhe bolgelerine getdi.O,esgerlere
masinla hem qida dasiyir hemde onlarla birge postda dururdu.Doyus zamani nece
helak olmus esgerin meyidini oz evine getirmis sonra rayon merkezine aparib oz
pulu ile onlara tabut duzeltdirib rayonlara,yeni oz ailelerine catdirilmasinda
komeklik etmisdir.Ancaq avqust ayinin 16-da ona hec kes komek ede bilmedi.Bele
ki, seher tezden esgerlere qida aparanda basarat postundaki esgerlerin
muhasirede oldugunu basa dusmus ve tez komandirin emir ile geri qayidib komek
aparmaq istemisdi,ancaq deme O, kecenden sonra qaradas deyilen yerde
pusqu qurmuslar ve qardasim ordan kecende onun masinini vururlar.Ancaq o masinda tek olmur onunla beraber 2 esger de qayidirmis.Hemin gunden beri nece illerdir ki,bu adamlardan hec bir xeber yoxdur.Esirlikden qayidanlar da gorselerde hence demediler.
Davamı...
Ermənilər Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini atəşə tutublar
Ermənistan silahlı qüvvələri dekabrın 22-i axşam saatlarından başlayaraq, səhərə qədər Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Bu barədə Türkiyənin 212 Qeyri Hökumət Təşkilatı qərar qəbul edib
Bu il dekabrın 10-dan gələn ilin dekabrın 10-a kimi Tükiyədə Qarabağ ili elan olnub. Bu barədə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı BMM-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Türkiyənin 212 Milli Qeyri Hökumət Təşiklatı tərəfindən qərar qəbul olunub.
Davamı...
Əziz ellilərimiz! Söz verdiyim kimi mən bu gündən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institunun arxivində Qubadlıyla bağlı materiallar əldə etmək üçün axtarış aparmağa başlamışam. Qeyd edim ki, Qubadlı tarixən Zəngəzur mahalının bir hissəsi olub. Əlbəttə bu gün biz hamılıqla o yerlərə Qarabağ torpaqları adını veririk. Çünki Qarabağla bərabər Zəngəzurun da böyük bir ərazisi işğal altındadır və bu bizləri narahat edir.
Davamı...
Əziz ellilərimiz! Hamınızı xoş gördük. Qeyd etmək istərdim ki, biz artıq Qubadlımıəzın saytını hazırlamaq ərəfəsindəyik və sayt üzərində ciddi iş gedir. Onu qeyd edim ki, bir dostum mənə məsləhət etdi ki, Qubadlı barədə ətraflı və daha dolğun materiallar hazırlamaq üçün tarix instituna gedim.
Davamı...
Yazaçı-publisist Əlisahib Əroğlunun yeni kitabının təqdimat mərasimi keçirilib
Dekabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Əlisahib Əroğulun «Erməni-daşnak faşizmi və Azərbaycan» kitabının təqdimetmə mərasimi keçirilib. Yazıçı-publisist kitabda amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist və militarist, Azərbaycan türkünün qanına susamış erməni-daşnak faişizminin qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb göstərib. Müəllif erməni silahlı birləşmələrinin, təxribatçı dəstələrinin XIX-XX əsrlərdə, xüsusilə də son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin vəhşiliyindən söz açır. /ANS PRESS/
Minaya düşən əsgər Habil Səfərovun ayağı amputasiya edilib
Ağdamda təmas xəttində milli ordumuzun əsgəri minaya düşüb. Minaya düşən Habil Səfərovun ayağı amputasiya edilib. Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev verib.
Davamı...
Türkiyənin prezidenti və baş naziri bu barədə Azərbaycan rəhbərliyini xəbərdar edib
Türkiyədə sərhəddən kənar əməliyyatların başlaması ilə çıxılmaz vəziyyətə düşən PKK terrorçuları Şimali İraqdan çıxış planları hazırlayırlar. Türkiyənin "Akşam" qəzetinin yaydığı məlumata görə, PKK-nın içində olan erməni terrorçular Cəhubi Qafqaz regionuna gəlmək üçün çarə axtarırlar. Türkiyə isə terrorçu ermənilərin işğal altında olan Dağlıq Qarabağa gəlmək üçün planlar hazırladığını öyrənib.
Davamı...
Mətbuat Şurası Idarə Heyəti üzvləri və 15 aparıcı KİV rəhbərindən ibarət qrup hazırda Tərtər rayonundadır
Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələri rəhbərlərinin cəbhə xəttinə və yaxınlıqdakı rayonlara səfərini təşkil edib. Mətbuat Şurası İdarə Heyətinin üzvü, ”İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin ANSPRESS-ə verdiyi məlumata görə, Mətbuat Şurası İdarə Heyəti üzvləri və 15 aparıcı KİV rəhbərindən ibarət qrup hazırda Tərtər rayonundadır. Onlar rayonla tanışlıqdan sonra ön cəbhəyə gedəcəklər. Daha sonra isə mətbuat nümayəndələri cəbhə xəttində yerləşən digər rayonlara baş çəkəcəklər. /ANSPRESS/
Əziz ellilərimiz! Tezliklə yenilənən www.qubadli.com saytımızda çalışmışıq ki, sizin hər birinizin marağı olan müxtəlif imkanlar yaradaq. Hal-hazırda sayt üzərində ciddi iş aparılır və tez bir zamanda ictimaiyyətə açılacaq. Heləlik onu qeyd edək ki, saytımızda televiziya kanallarına rahatlıqla baxa biləcəksiniz.
Davamı...