Türkiyədə 2008-ci il Qarabağ ili elan edilib
Bu barədə Türkiyənin 212 Qeyri Hökumət Təşkilatı qərar qəbul edib
Bu il dekabrın 10-dan gələn ilin dekabrın 10-a kimi Tükiyədə Qarabağ ili elan olnub. Bu barədə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı BMM-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Türkiyənin 212 Milli Qeyri Hökumət Təşiklatı tərəfindən qərar qəbul olunub.
Bu müddət ərzində Türkiyədə Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaq və Turkiyə ictimaiyyətinə tantmaq üçün bir sıra tərbirlər keçiriləcək. Xocalı soyqırımı, 31 mart soyqırımı, Qarabağın işğalı ilə bağlı kütləvi aksiyalar və Dəyirmi Masalar keçiriləcək./ANS PRESS/













