Ermənistan atəşkəsi yenidən pozub
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri dekabrın 25-i günorta saatlarından başlayaraq bu gün səhərə qədər fasilələrlə Xocavəndin Kuropatkino, Füzulinin Aşağı Əbdülrəhmanlı, Ağdamın Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. /ANS PRESS/













