Ermənistan silahlı qüvvələri bu gün fasilələrlə atəşkəs rejimini pozub
Bütün hallarda cavab atəşilə düşmən susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 1-də saat 21.10-dan yanvarın 2-i saat 07.10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, yanvarın 2-də saat 06.10-dan 06.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.20-dən 06.30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur. /ANS PRESS/













