Azərbaycan Ordusu atəşə tutulub
Tərtərin Çiləbürt kəndi yaxınlığında baş verən atışma zamanı itki qeydə alınmayıb
Ermənistan silahlı qüvvələri bu gün gecəyarı yenidən atəşkəs rejimini pozub. Erməni ordusu bir saat ərzində Tərtərin Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/













