İlham Əliyev Kondaliza Raysla Dağlıq Qarabağdan danışacaq
Görüşdə Ermənistanda keçiriləcək prezident seçkilərinin mümkün nəticələri,Dağlıq Qarabağın taleyi və sair məsələlər müzakirə edəcək
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Kondaliza Raysla görüşəcək. Azərbaycan prezidenti Ermənistanda keçiriləcək prezident seçkilərinin mümkün nəticələri, Dağlıq Qarabağın taleyi və «Transxəzər» qaz kəməri ilə bağlı məsələlər barədə danışıqlar aparacaq.
Qeyd edək ki, İsveçərinin Davos şəhərində keçirilən forum bu gün öz işinə başlayıb və yanvarın 27-nə kimi davam edəcək. Forumda iştirak etmək üçün 27 dövlət başçısı, 113 nazir və dünyanın 74 iri şirkətinin nümayəndəsi adıçəkilən şəhərə toplaşıb. /ANS PRESS/













