Parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi dinləmələrin keçirilməsi təklif edilib
Qüdrət Həsənquliyev: «Fövqəladə iclasa AMEA-nın mütəxəssisləri, ekspertlər və hökumət nümayəndələri də dəvət olunmalıdır»
Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş xüsusi dinləmələrin keçirilməsi təklif olunub. Parlamentin yaz sessiyasının ilk iclasında çıxış edən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, fövqəladə iclasa Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, ekspertlər və hökumət nümayəndələri də dəvət olunmalıdır: «Ermənistanda belə müzakirələr mütəmadi olaraq keçirilir. Ahərbaycanda isə yalnız bir dəfə mərhum Heydər Əliyevin prezidentliyi dövründə xüsusi iclas keçirilib».
Qüdrət Həsənquliyevin fikrincə, o vaxtdan indiyədək çox şey dəyişib və tamam fərqli vəziyyət yaranıb: «Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalıb. Rəsmi İrəvanı münaqişənin donmuş vəziyyətdə qalması qane edir»./ANSPRESS/













