ERMƏNİLƏR QARABAĞ MÜHARİBƏSİNDƏ QADAĞAN EDİLMİŞ BOMBALARDAN İSTİFADƏ EDİBLƏR
Kasetli bombaları İrəvana Rusiya verib Onun sözlərinə görə, bu məsələ ilə bağlı Norveçin yardımı ilə həyata keçirilən monitorinq zamanı bunların sovet istehsalı olan kasetli bombalar olması və həmin silahlardan istifadə nəticəsində 9 nəfərə qədər adamın həlak ololduğu, 40-a qədər adamın yaralandığı müəyyən olunub. H.Səfixanov Dağlıq Qarabağda bu məsələ ilə bağlı monitorinq aparan İngiltərə QHT-sinin həmin silahlardan 162 ərazidə istifadə olunduğu və 152 ərazidə ola bilməsi bəyanatı verdiyini deyib. Gürcüstandan çıxarılan və Ermənistanda yerləşdirilən rus qoşunları Ermənistana 5 min ədədə qədər kasetli bomba aparıb. Ermənistanda yerləşdirilən sursatlar arasında tank əleyhinə minaların sayının həddən artıq olduğunu deyən H.Səfixanov, buraya 4 tondan artıq mina gətirildiyini vurğulayıb.
O, bu fakt barədə beynəlxalq qurumlara məlumat verildiyini və onların bu sahədə artıq araşdırmalara başladığını bildirib. Döyüşlərdə “iynəli bombalar”dan istifadə olunub, bu silahlardan da xəsarət almış şəxslər var.
H.Səfixanov ötən il minaların partlaması nəticəsində Minalar Əleyhinə Azərbaycan Milli Agentliyinin 6 nəfərin həlak olması və 14 nəfərin yaralanması barədə məlumat verdiyini deyib, amma MƏAK-da bu rəqəmin 31 nəfər təşkil etməsi barədə faktlar olduğunu bildirib. Kasetli bombalar məsələsinin bütün dünyada ciddi problemə döndüyünü deyən H.Səfixanov bununla bağlı keçən ilin fevralında Osloda xüsusi konvensiya hazırlandığını, öncə bu sənədə cəmi 46 dövlətin qoşulduğunu, hazırda isə Xüsusi konvensiyanın 139 üzvü olduğunu, Azərbaycanın da bu konvensiyaya qoşulduğunu vurğulayıb. Bundan əlavə, minalar əleyhinə konvensiyaya 156 dövlətin qoşulmasına baxmayaraq, Cənubi Qafqaz ölkələrinin bu konvensiyaya qoşulmadığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın 290 min kv.m ərazisində minalar var və işğal altında olan zonalar bura daxil deyil.
MƏNBƏ: MUSAVAT













