QARABAĞA KÜRD DÖYÜŞÇÜLƏRİ KÖÇÜRÜLÜR
Ermənilər işğal altındakı ərazilərimizdə kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov APA-ya bildirib ki, ABŞ, Kanada, Fransa və digər ölkələrin maliyyə dəstəyindən istifadə edərək Laçın şəhərində və xaraba qalmış bir çox kəndlərdə onlarla erməni kilsələrinin inşasına başlanılıb. Onun sözlərinə görə, Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib.
Bununla da ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb: “1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və dünyadakı erməni terror təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan Dağlıq Qarabağa gətirilən kürd könüllülərindən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü. Qarabağ müharibəsində ermənilərin tərəfində döyüşən kürd terrorçularının fəaliyyətindən razı qalan Ermənistan hökuməti yeni kürd döyüşçü dəstələrinin Dağlıq Qarabağa cəlb edilməsinə başladı. ABŞ-ın İraqı işğal etməsindən sonra isə bu iş daha da sürətləndi”.
1988-ci ildə Ermənistandan yüzlərlə kürd ailəsi qovulub. Bununla yanaşı erməni işğalı nəticəsində Laçın sakini olan 4,5 min kürd də yurd-yuvasından didərgin düşüb, əmlakı əlindən alınıb, onların arasından yüzlərlə qoca, uşaq və qadın güllələnərək qətlə yetirilib.
Mənbə: MUSAVAT
© 2008 Bütün hüquqları qorunur və Qubadli saytına məxsusdur - Dəstək: AzeriBlog.com













