Qubadlı Blogu Haqqında
Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
qubadli qarabag atəşkəs sulh erməni xəbər əsgər elan müharibə idman, yeni şəhid dağlıq münaqişə sayt əliyev islam soyqırım www.qubadli.com vətən qubadlı, torpaq aliyev azərbaycan, ermeni, soyqırım, rayon ilham saytı erməni, pozulub qəzet turkiye abş işğal spsial söz kənd qafqaz dünya türkiyə gənc reklam düşmən atəşkəs, şəhidlər iran soykirim dənizi, vakansiya ramazan rayon, qəza, ordu pozan, əsir president ermənilər lord qarabağ, herb apa amerika prezident soykirim, gun, bayram, azərbaycan blog pen xəzər sülh, meyid, yığma, seçki dizayner almaniya terrorist, konnfransi universitet, irəvan azerbaycan, qarayev zabit fizuli dunen, ikt dəvət mənbə qitə, şair şəhər qarabaq unutma yağ, elmar savad, yaralı xəzərdə kürd müstəqillik abdulov xeber ermənistan arxiv add cavab, səngər ramil şahmat, khubadli kend çörək müəllif xətt mübariz petrosyan, kondalize turk, kino ateshkes kosova, refahiya budaq gəncləri rejimi oruc barak esirler müsibət, anspress.com qaynaqlar baku xanəmir daim qələm, 20 meyit, bu trend status bundestanq daşnaq qahirə kanal əbülfəz derman 2008 devis tərtər konfransı müharibə, qarabağı şerləri mərkəz ağdam yağı, məmmədyarov milli af, pkk abş, etər enverpashadergisi rejim tarix adət, avropa cevap, səfərov futbol, kubadli pulu qiymət ermeni terrorist prezident, müzakirə turkler, kubok, muharibe şəkilistanbul çərşənbə qrupu xain tez-tez obama məmmədov otel, fm dünya, tarixi islamoglu başçısı dondurulumuş akif anım gənc, lham free ev yerevan dağ faşizm xəbərlər, amin xezer boks, karabagh elm həcc kosovo ağamədov təşkilatı səngər, tanıyaq ştat, xatirə qondarma qafsam denktaş yemək street soyqırımı, məclis bəla, diqqət amerika, fərhad məqalə neler barama kənd, parlamenti hazar üç komanda sehir qalxıb satış rays türklər, ans rusiya, abulfaz el təşəbbüs xayin bütün ramazan, ştat samir reklam, radio elm, təcavüzkar mustafa icra sponsor, matəm institut xazar, 05-02-2008 günü, əliyar fond azernews faşizmi alim, esger musavat xəbər, karabahg icad orucu cəbhə əsiri ismayıl fesival avropa, ölüm səfirliyi, əkrəmin respublika strateji kipr mütamadi the sual, qerar haber, eurovision heykayə xaric telmanoğlu tuman qubadlıda nehrə qərar gen itkin, serbiya, preziden yaxşı əsər mina ter, kahire təhsil, ibrahim nazir hərb cəbrayıl qol hal dığa, çaylı əsirlər dava, region islam, dəftəri şuşa garabag şəhidi şəkil, yanvar lobbbisi, pozuldu mustekil, ana hediyye dərs panel qubadl kubadli, auditoriya, yara nöqtə məğlub gubadli ziyarəti terri kiv gənclər levon, yolçubəyli film futbol qətl herb, erzincan göyçay rauf pozulur bayramı, wall tehsil, qüdrət love təcili azərbaycanlıları, dövlət bakı turk movqe qurd nehrə, şura genc,
Sayqaç
İndi blogda: 15
Keçən ayın hiti: 13299
Dünənki hit: 488
Bugünki hit: 361
Ümumi hit: 161452
Müxtəlif
Site Ekle
Sohbet
Siteni ekle
Köməyimiz və dəstəyimiz artır
Bismillah. Allaha çox şükür, tərif, həmd və sənalar olsun. Onun göndərdiyi bütün peyğəmbərlərə və onlara tabe olub yolları ilə gedənlərə də salam olsun. Biz müsəlman bir xalqıq. Azərbaycan xalqı islam dininin ilk dövrlərində bu ən doğru və ən səhih dinlə tanış oldu və islamı qəbul etdi. Bunu cahil və tarix oxumayanlar dana və ya gizlədə bilərlər. Amma elmi olub ağılla düşünənlər çox gözəl bilirlər ki, islamın ilk dövrlərindən Azərbaycan xalqı həqiqətən də islamı necə var, eləcə də mənimsəmişlər. Həqiqətən də Azərbaycana islam xəlifə həzrəti Ömərin dövründən gəlib çatmışdır. Lakin, doğrudan da xalqımız bir çox yad dinlərin və güclü dövlətlərin əsarətində dinindən, dilindən, milli adət-ənənələrindən uzaqlaşdırılmışdır. Təbiidir ki, islam dinindən başqa bir çox batil və əsası olmayan dinlər də bizim millətimizə sirayət etmişdir.
Amma biz çoxluqla özümüzü müsəlman hesab etmişik və hal-hazırda da müsəlman olduğumuzu qeyd edirik. Müsəlman, bilməlidir ki, və bilir ki, Allah təala Qurani Kərimdə buyurur: “Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, 2 - İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? 3 - Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)[1]”. Bu inancda olan biz müsəlmanlar Allaha olan bağlılğımızla və səmimiyyətimizlə tarix boyu bütün çətinliklərdən çıxıb indiki şəraitə gəlmişik. Amma çox vaxt bu həqiqətdir ki, dinimizdən, dilimizdən, milli adət-ənənələrimizdən, doğru-dürüst keçmişimizdən yad ellilər tərəfindən uzaqlaşdırılmış, təzyiqlərə məruz qalmışıq və hələdə bu təzyiqlər və düşmənlik tarix boyu olduğu kimi, indi də davam edir. Allah təalanın bizə bəxş etdiyi öz doğma torpaqlarımız işğal altındadır. Lakin torpağımızı əsarətdə saxlayan düşmənlərimiz torpaqlarımızı əsarətdə saxlamaları ilə yanaşı batil, qeyri dəqiq, səhv, yalan, uydurma iddialar qaldıraraq bizim torpaqlarımızı mənimsəmək istəyirlər və buna da nail olurlar. Amma “Allah təala heç vaxt haqqı nahaqqa verməz” deyib bizim xalq, bizim millət. Bu söz əlbəttə çox yerində deyilən bir sözdür. Amma bu sözün arxasında durub öz doğma torpaqlarımıza, dinimizə, adət-ənənələrimizə sahib çıxmalıyıq. Biz də bu istiqamətdə birlik nümayiş etdirməıliyik. Niyə də etməyək? Niyə də haqsızlığa yol verib haqqımzı tələb etməyək? Niyə? Bizi də bu sual düşündürdü. Ona görə də qərara gəldik ki, düşmən əsarətində olan, amma ən gözəl vətənimizin ən səfalı, çaylı bulaqlı, laləli bənövşəli, kəhrizli bir diyarına aid bir kiçik xatirə yaratmayaq? Buna görə də gözəl Qarabağımızın bir diyarı olan Zəngəzurun səfalı yerində, iki çay arasında yerləşən Qubadlımızın saytını yaratmağa qərara gəldim. Hələlik blogunu yaratdım və siz oxucuların ixtiyarına verdim. Sonra isə rəsmi böyük saytını yaratmağı düşündüm. Bu işdə günü-gündən dəstək və kömək gözlədim. Gözləməyim və əziyyətim əvəzsiz qalmadı. Blogum hazır olandan sonra mənə müxtəlif yerlərdən dəstək gəldi. Xalqımız məni alqışladı. İctimai televiziya məni Qubadlının işğal günü öz efirinə dəvət etdi. Baxmayaraq ki, mən sayt barədə bir söz demədim. Amma çıxış etdim və tezliklə Qarabağımızı alacağımıza inandığımızı bildirdim. Təbiidir ki, cənab ali baş komandan İlham Əliyevin hər əmrinə və göstərişinə biz gənclərin hazır olduğunu bildirdim. Təbiidir ki, biz hamılıqla çox istərdik ki, Qarabağımız işğaldan sülh yolu ilə azad olunsun, amma lazım gələrsə və ali baş komandan əmr edərsə müharibə yolu ilə də olsa torpaqlarımızı almağa bir gənc kimi gənclərin adından deyə bilərəm ki, biz hamımız hazırıq. Ola blər hansısa sözümə görə məndən narazı qala bilərsiniz. Amma mən bütün xalqa müraciət edirəm gəlin bu işlərdə bir-birimizə kömək edək. Ən kiçik bir köməyi belə bir-birimizdən əsirgəməyək. Biz Ans Tv-nin prezidenti cənab Vahid Mustafayevə ANSPRESS saytının forumunda bizə material verməsi üçün müraciət etdik. O da razılıq verdi və aidiyyatı olanlara göstəriş verdi. Biz indi əsasən hər bir fərddən dəstək və kömək gözləyirik. Planlarımız və təkliflərimiz böyükdür. Ona görə də bir zəngi belə çox görməyin və bir təşəkkürü belə əsirgəməyin ki, biz tezliklə həm Qubadlımızın saytını hazırlayaq, əlaqələri birləşdirək. Gəncləri bir, yalnız bir istiqamətlə, Ali Baş Komandanın doğru istiqamətinə, hədəfinə yönəldək. Ümid edirəm ki, məni çox səmimi və vətənpərvər kimi qəbul edib, köməyinizi əsirgəməyəcəksiniz. Mən həmçinin bütün kütləvi informasiya vasitələrini də bu işdə köməyə çağırıram. Hər birinizə yazılarımı oxuduğunuz üçün təşəkkür edirəm. Çox istəyirəm ki, mənimlə əlaqə saxlayasınız. Hər birinizə həyatınızda və işlərinizdə uğurlar arzu edirəm. Mənimlə əlaqə saxlamağınızı gözləyirəm. Allaha əmanət olun. Ən gözəl yerlərdə olun. Qubadlının saytına dəstək olun.
Əkrəm Həsənov Əlaqə üçün: tel: (050)336-51-24 Mail:garibekrem@hotmail.com
Yazar: Abusaleh @ Fevral 6, 2008 23:43 | Qubadlı xatirələri, Elanlar, Məqalələr, Xəbərlər, Xatirə dəftərim, Ölkə xəbərləri, İslam Xəbərləri, Qarabağ Problemi | Şərhlər(1)
Baxış sayı: 203
Açar sözlər: elan reklam vakansiya söz islam
![]()
![]()
![]()

siteniz çoh guzel tebrikler
www.gizlihazineler.com Türk defineciler sayti
Aprel 7, 2008 12:23