Erməni hərbçiləri iki Ağdam sakinini qətlə yetirib
Ermənistan ordusu Ağdamın Əfətli kəndini atəş altında saxladığından meyidlərdən birini ərazidən çıxarmaq hələ də mümkün olmayıb
Ermənistan silahlı qüvvələri ötən axşam cəbhə xəttində növbəti dəfə atəşkəs reciini pozub. Qarşı tərəfin Ağdam istiqamətində acdığı atəş nəticəsində Əfətli kəndinin iki sakini ölüb, ikisi yaralanıb. ANSPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə martın 8-də təxminən saat 19.00 radələrində baş verib. Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Yusifcanlı kındindən atəş açmağa başlayıb.
Azərbaycan Ordusunun üzbəüz mövqeləri və cəbhə xəttində yerləşən yaşayış məntəqələri təqribən bir saata qədfər atəş altında qalıb. Nəticədə cəbhə xəttində yerləşən Əfətli kəndinin dörd sakini də atəşə məruz qalıb. Bunlardan ikisi 26 yaşlı Niyaməddin İsmayılov və 38 yaşlı Etibar Mikayılov hadisə yerində həlak olub. 53 yaşlı Maşallah İsmayılov və 45 yaşlı Müzəffər İsmayılov isə yaralanıb. Onlara ərazidəki hərbi hissədə yardım göstərilib. Daha sonra Maşallah İsmayılov hərbi hospitala Müzəffər İsmayılov isə Quzanlı kəndində yerləşən Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə hələlik onların vəziyyəti qənaətbəxşdir.
Hadisə baş verən ərazidə səhərə qədər güllə səsləri eşidilib. Bu səbəbdən hələ də Niyaməddin İsmayılovun meyidini ərazidən çıxarmaq mümkün olmayıb. /ANSPRESS/













