Qubadlı saytına kömək və dəstəyi əsirgəməyin
Salam aleykum. Əziz və dəyərli dostlar! Biz hələlik son vaxtlar blogu yeniləmədik və bu da nəticədə blogumuzun ziyarətçilərinin azalmasına səbəb oldu. Əvvəllər hamınız bu bloga daxil olur və yazıları oxuyurdunuz. Dəfələrlə biz bildirdik ki, bizim Qubadlının saytını yaratmağa böyük ehtiyacımız var. Ona görə ki, haqsız olaraq torpaqlarımız işğal altındadır və biz dəfələrlə bu məsələni qeyd etdik ki, ermənilər öz batil iddalarını yaydığı halda biz də oturmadan öz haqq iddiamızı yaymalı və dünya səviyyəsində bu barədə təbliğat aparmalıyıq.Bizim xalqımızdan böyük dəstəyə və diqqətə ehtiyacımız var və biz bunu hamıdan tələb edirik. Qiyamət günü Rəbbimiz bizdən bütün haqlarımızı tələb edəcək. Allah bizi bağışlasın ki, biz kafir işğalı altında olan torpaqlarımıza qarşı çox səhlənkar davranır və bu barədə güclü təbliğat aparmırıq. Yalnız öz şəxsi mənafeyini düşünən və xalqa xidmət edirəm adıyla barlarda, restoranlarda, televizor ekranlarında exlaqdan uzaq olan müğənnilərə tamaşa edir, onların yalan və boşboğaz sözlərini dinləyir, onların insanı günaha çəkən mahnılarını dinləyir və beləliklə uçuruma doğru gedirik. Əziz xalqımız! Gəlin bu işlərdə birləşib köməkləşək. Ciddi işlər görək. Belə ki, bu barədə səviyyəli məqalələr yazaq. Xatirələrimizi yazaq, oranın gözəl yerlərindən yazaq. Ola bilər ki, biz oranı görməmişik. Amma ətrafımızdakı bir çox insanlar görüb, yaşayıb, çoxlu xatirələri olub və inanın ki, onlar da ürəklərini boşaldacaq qədər danışa bilərlər. Amma biz bu barədə səhlənkarlıq göstəririk. Uşaqlarımız böyüyüb hər şeyi yaddan çıxarmamış biz birləşib köməkləşməli və Qarabağımızın təbliğatını aparmalıyıq. Allah təala islamı və müsəlmanları hər yanda izzətli etdiyi halda biz özümüzü müsəlman adlandırır, amma kafirlərin əsarətdə saxladığı vətənimizin azadlığı üçün heç bir fəaliyyət göstərmirik. Biz istərdik ki, başqa xarici dillərdə bilən gənclərimiz bu işdə bizə kömək etsinlər. Sonda uca Allahdan dua edərək istəyirəm ki, bizim Qarabağ torpaqlarımızı bizə qaytarmaqda kömək etsin. Amin!
ƏKRƏM HƏSƏNOV














Zatən SSRİ tərəfindən kürdlərin sayının çox az olmasına rəğmən bu ərazilər Kürdüstan Zəngəzuru adı ilə adlandırılaraq ayrıldı və Qərb tərəfi Ermənistana verildi. Bu işlərin də hamısı sözsüz ki, rusların əli altında gerçəkləşdirilən olaylardır.
Bir söz də demək istərdim, bunu mən də edirəm və edəcəyəm də, lütfən Xarici dildə olan monoqrafiyalara, və ya Qarabağ və işğal olunan digər ərazilər barədə yazılara üstünlük verək. Çünki biz erməniləri ancaq bu cür qabaqlaya bilərik mətbuatda...
May 18, 2008 8:59