Reklam verin!

Qubadlı Blogu Haqqında


www.qubadli.com

Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Blogumun yeni forması xoşunuza gəldimi?



Açar sözlər

qarabag  qubadli  atəşkəs  sulh  erməni  xəbər  yeni  əsgər  müharibə  idman,  rayon  şəhid  dağlıq  münaqişə  sayt  əliyev  islam  soyqırım  elan  www.qubadli.com  vətən  qubadlı,  torpaq  aliyev  azərbaycan,  ermeni,  soyqırım,  ilham  saytı  erməni,  pozulub  qəzet  turkiye  abş  işğal  dərs  söz  kitab  kənd  qafqaz  dünya  türkiyə  gənc  reklam  düşmən  şəhidlər  atəşkəs,  iran  soykirim  dənizi,  ramazan  vakansiya  rayon,  ordu  qəza,  əsir  pozan,  president  ermənilər  lord  qarabağ,  herb  apa  amerika  prezident  gun,  soykirim,  bayram,  azərbaycan  blog  pen  xəzər  sülh,  spsial  azerbaycan,  qarayev  zabit  fizuli  dunen,  universitet,  irəvan  dəvət  mənbə  qitə,  şair  şəhər  qarabaq  unutma  yağ,  elmar  savad,  ikt  kürd  müstəqillik  abdulov  xeber  ermənistan  arxiv  add  cavab,  yaralı  xəzərdə  şahmat,  khubadli  kend  çörək  müəllif  sərəb-dili  xətt  mübariz  petrosyan,  kondalize  səngər  ramil  ateshkes  kosova,  refahiya  budaq  gəncləri  rejimi  oruc  barak  turk,  kino  anspress.com  qaynaqlar  baku  xanəmir  daim  qələm,  20  esirler  müsibət,  bu  trend  status  bundestanq  daşnaq  qahirə  meyit,  əbülfəz  derman  2008  devis  presspost  tərtər  kanal  müharibə,  qarabağı  şerləri  mərkəz  ağdam  yağı,  məmmədyarov  konfransı  pkk  abş,  etər  enverpashadergisi  rejim  tarix  adət,  avropa  cevap,  milli  af,  səfərov  futbol,  kubadli  pulu  qiymət  tədris  ermeni  terrorist  prezident,  müzakirə  kubok,  muharibe  şəkilistanbul  çərşənbə  qrupu  xain  tez-tez  obama  turkler,  otel,  fm  dünya,  tarixi  islamoglu  başçısı  dondurulumuş  akif  anım  gənc,  məmmədov  lham  free  ev  yerevan  dağ  faşizm  xəbərlər,  amin  boks,  karabagh  elm  həcc  kosovo  yazi  ağamədov  xezer  səngər,  tanıyaq  ştat,  xatirə  qondarma  qafsam  denktaş  yemək  street  soyqırımı,  təşkilatı  diqqət  amerika,  fərhad  məqalə  neler  barama  kənd,  parlamenti  məclis  bəla,  üç  komanda  sehir  qalxıb  satış  rays  hazar  rusiya,  abulfaz  el  təşəbbüs  xayin  bütün  ramazan,  ştat  türklər,  ans  reklam,  radio  elm,  təcavüzkar  mustafa  icra  sponsor,  matəm  institut  samir  05-02-2008  günü,  əliyar  fond  azernews  faşizmi  alim,  esger  xazar,  xəbər,  karabahg  icad  orucu  pul  cəbhə  əsiri  ismayıl  musavat  avropa,  ölüm  səfirliyi,  əkrəmin  respublika  strateji  kipr  mütamadi  the  sual,  fesival  eurovision  heykayə  xaric  telmanoğlu  tuman  qubadlıda  nehrə  qərar  gen  qerar  haber,  serbiya,  preziden  yaxşı  əsər  mina  ter,  kahire  itkin,  nazir  hərb  cəbrayıl  qol  ishgal  hal  dığa,  çaylı  təhsil,  ibrahim  dava,  region  islam,  dəftəri  şuşa  garabag  şəhidi  şəkil,  yanvar  lobbbisi,  əsirlər  pozuldu  mustekil,  ana  hediyye  panel  qubadl  kubadli,  auditoriya,  yara  məğlub  gubadli  ziyarəti  terri  quran  kiv  gənclər  levon,  yolçubəyli  nöqtə  futbol  qətl  herb,  erzincan  göyçay  rauf  pozulur  bayramı,  wall  tehsil,  film  təcili  azərbaycanlıları,  dövlət  bakı  turk  movqe  qurd  nehrə,  şura  genc,  qüdrət  love  yığma,  seçki  dizayner  almaniya  terrorist,  konnfransi  meyid, 

Sayqaç

İndi blogda: 21
Keçən ayın hiti: 15004
Dünənki hit: 405
Bugünki hit: 216
Ümumi hit: 187936

Müxtəlif




top.SUMQAYIT
Top on A-Z.az





Site Ekle
nakliyat


Sohbet

Sohbet
Komik 100
En kaliteli siteler Alersa.Net
Siteni ekle AddThis Feed Button
Add to Technorati Favorites


İlham Əliyevə açıq məktub

president-ilham-aliyevSalam, hörmətli Ali Baş Komandan. Cənab İlham Əliyev! Sizə xalqın içərisindən çıxan və xalqın içərisində olan bir insan kimi yazıram. Niyyətim dünyəvi mal yığmaq və ya nəyəsə müəyyən bir xeyirə nail olmaq deyil. Niyyətim tamahkarlıq deyil. Niyyətim sizin daxili və ya xarici siyasətinizə qarışmaq deyil. Allah məni bağışlasın. Bəzən biz insanlar həqiqətən də fikrimizi və sözümüzü yazanda və ya qarşımızdakına deyəndə niyyətimizi gizlədirik. Bəzən elə olur ki, qarşımızdakına, həmdə o adam müəyyən nüfuza malik olanda özümüzü elə təqdim etmək istəyirik ki, guya daxilimizdəki hər bir niyyəti açıb ortaya qoyuruq.

Amma mən niyyətim deyəndə birdən fikrimə gəldi ki, mən nahaq yerə niyyətim budur deyirəm. Çünki birdən bu yazımı oxuyan hər bir kəs dərhal mənim bu səhvimi tutar, deyər ki, qardaş sən niyyətindən danışma, sözün var söz de, niyyətini onsuzda Allah bilir. Allahın peyğəmbəri, cənablar cənabı Məhəmməd peyğəmbər buyurur ki, “Əməllər niyyətlərə görədir. Kimin niyyəti nədirsə əməli də ona görədir”. Bunun üçün də siz oxuduqca niyyətimin nə olduğunu biləcəksiniz. Amma insanlıq xatirinə, dəyər verməyi bacaran bir şəxsiyyət kimi yazımı sona qədər oxuyun. Bunu demək istəyirdim ki, mən Azərbaycan xalqının oğluyam. Məni Azərbaycan xalqı yetişdirdi. Boya başa çatdırdı. Təbii ki, bu sözlər bizim ümumişlək sözlərdir. Çünki əslinə baxanda və həqiqətə baxanda biz bilirik ki, biz heç 50 və ya 100 il bundan əvvəl yox idik. Amma Allahın əvvəldən olan təqdiri ilə biz yarandıq. Əlbəttə ki, bizi Allah bir damcı axan bir sudan yaratdı. O su həddi büluğa çatmış hamıya məlumdur. Bizi boya-başa çatdırdı. Yedirib içirdi. Hərəmizə müəyyən dərəcələr verdi. Sonra bizi öldürəcək, hamımız eyni torpağa gedəcəyik. Bunları da bilirik.

 

Mən prezident seçkilərində əvvəldən Heydər Əliyevə səs vermişdim. Ona görə yox ki, onu yaxşı tanıyırdım və ya bilirdim ki, onun oğlu İlham Əliyev də prezident olacaq. Əsla. Bunu heç kim bilmirdi. Allah qeybini razı olduğu qullarından başqa heç kimə göstərməz. Ya Rəbbi məni bağışla. Bizim xalqı, camaatı bağışla. Çünki hamısı yeyib içib əylənir. Təbii ki, bunlar olmalıdır. Amma yerində, lazımınca. Mənim nənəm mənə dedi ki, bala sən Heydər Əliyevə səs ver. Mənim nə o vaxt, nə də indi müəyyən siyasi savadım var. Əsla. Mən Azərbaycanın ən gözəl guşələrindən olan Qarabağda doğulmuş, böyüyüb boya-başa çatmışam. Mən orada qoyun otarır, ot biçir, gözəl günlər keçirdirdim. Amma onda çox uşaq idim. Sonra biz hamı kimi qaçqın gəldik. Çadırlarda əzab-əziyyət çəkdik. Atam 2-ci dərəcəli Qarabağ əlili olmasına baxmayaraq bizə bacardığı qədər kömək etdi. Bizi oxutdu. Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunu olduq. Türk müəllimlərimiz bizə islamı öyrətdilər. Bizə dedilər ki, siz bu millətin günəşisiz, işığısız, siz dəyərlisiz, vaxt gələcək dövlət və xalq sizinlə fəxr edəcək. Biz xalqın içərisindən çıxan bir insan kimi yaşadıq. Sonra bu sahədə bizə dövlət tərəfindən iş verilmədi. Niyə? Bunu bilmirəm. Ola bilər ki, həm nazirlər arasında, həm yuxarı dairələr arasında hələ də sovet rejiminin çürük fikirləri ilə dolu olan beyinlər buna imkan vermədi. Ola bilər ki, böyük dövlətlər buna imkan vermədi. Bu öz yerində. Bu deyək ki, olmasa da olar. Mən öz xahişimlə İlahiyyat sahəsində elmimi davam etdirmək üçün Türkiyəəyə getmək istədim. Lakin valideynlərimin razılığı olmadığı üçün gedə bilmədim. Onlar mənim həyatımda əsas rol oynayır. Amma buna baxmayaraq mən AMEA-ya ərizə verib elmə olan marağımın nəzərə alınmasını və elmi fəaliyyətimi davam etdirmək üçün mənə kömək olunmasını istədim. Akademiyaya işə düzəldim. Evləndim ailə, uşaq sahibi oldum. Bu nemətləri mənə verən Allaha həmd olsun. Bütün əməyi keçən insanlara, xüsusi ilə dövlətimizə və onun rəhbərliyinə təşəkkür edirəm.

Amma...

Hörmətli İlham Əliyev mənə, yəni elm adamına daha da qayğı və hörmət göstərməyinizi istəyirəm. Bunu bilin ki, bunu mən yox milyonlarla elm adamı istəyir. Onların içərisində olduğum üçün deyirəm. Onların pulu yoxdur. Azdır. Ailəlidirlər. Gündəlik gəlirləri yoxdur. Adi bir məqalə yazmaq üçün və bu məqalənin elmi sayılması üçün pul tələb olunur. Mən özüm kiçik elmi işçiyəm. Ailəliyəm. Sumqayıtdan hər gün gedib gəlirəm. Amma 80 manat pul alıram. Bu mənə bəs etmir. Əsla mən demirəm mənə pul verin. Belə başa düşənlər belə başa düşə bilərlər. Əslində belə deməyə də haqqım var. Çünki bir müğənni bir toydan milyonlar qazanır. Səsi var, istedadı var ona görə. Bəziləri deyə bilər ki, sən də get mollalıq elə. Belə deyənlərə demək istəyirəm ki, islam dinində mollalıq yoxdur. Bu cəfəngiyyat bir şeydir. Bunu icad edənlər Qiyamət günü cavab verəcəklər. Hökumət özü də buna görə məsuliyyət daşıyır. Çünki Dövlət ən azı Türkiyədəki kimi bu məsələni düzəltməlidir. Bundan məsuliyyət daşıyır hamı. Dini Qurumlar yaradılıb. Çox gözəl. Dini qurumların tərkibində belə işlər yaratmaq olar. Bəziləri deyir ki, Şeyx Həzrətləri Allahşükür paşazadəyə sərf eləməz. Bunu ələ salmaq üçün deyirlər. Buna görə də Qiyamət günü cavab verəcəklər. Mollalara attestasiya verilməsi məsələsi çox gülüncdür. İlahiyyatçı kimi və kənar islam dövlətlərindən bu məsələni müşahidə edən bir adam kimi deyirəm ki, bilin ki, bu məsələyə kənar dövlətlər eşidəndə bizə gülürlər. Sadə xalq gülür. Bu nə vəziyyətdir. Bu vəziyyət düzəlməlidir. Lap olsun Qafqaz müsəlmanları idarəsi. Buna tabe olan qurumlar və strukturlar dövlət səviyyəsində nizamlanmalıdır. Mən Heydər Əliyevin oxuduğu bir Universiteti oxuyan, oranın məzunu olan bir elm adamı, ilahiyyatçı işsiz, dövlət tərəfindən qiymət verilməyən olsun, amma heç bir ali təhsil almayan, qulaqdan dolma sözlərlə dini öyrənən və yas məclislərində hər adam içəri girdikcə uca səslə Fatihə deyən birini dövlət yüksək təbəqəyə gətirsin. Bu fəlakətdir. Hörmətli Cənab İlham Əliyev! Siz hər şeyi biz xalqdan daha yaxşı bilir və görürsüz. Bizə sahib çıxmağınızı istəyirik. Biz elm adamları, AMEA – da günlərlə saatlarla, aylarla, illərlə kitabxanalarda araşdırma aparan, amma cibində pulu olmayan insanlarıq. Bəli biz istəyirik ki, ən az müğənnilər mahnı oxuyub xalqı əyləndirdiklərinə görə onlara necə qiymət verilirsə bizə onlardan da yüksək qiymət verilsin. Niyə axı bütün verlişləri və bütün mövzuları müğənnilər idarə etsin. O müğənnilər ki, sözləri başqadır, əməlləri başqa. Biz alimlərə kömək durun. Azərbaycan xalqı yalnız elmlə inkişaf edəcək. Elmlə irəli gedəcək. Elmlə tərəqqiyə nail olacaq.

 

Mən bütün alimlərin dili ilə yazdım. Ola bilər ki, alimlərdən yuxarı təbəqədə olanlar və bizdən çox yaşamış olanlar, təcrübəsi və elmi bizdən çox olanlar və dolanışıq dərdi çəkməyənlər olsun və bizim yazımıza gülsün. Ola bilər ki, bu yazımı oxuyan hər bir kəsdən yalnız biri bizim yazımızı bəyənsin, ola bilər ki, heç kim yazımızı bəyənməsin. Amma biz gənc olaraq, gələcəyin yükünü öz üstündə daşıyan gənc alimlər olaraq cənab prezidentimiz İlham Əliyevə müraciət edirik:

 

1.      Bizə televizor kanallarında, kütləvi informasiya vasitələrində pulsuz şərait yaradılsın.

 

2.      Kompyuter, printer, ayrıca xüsusi olaraq biz İlahiyyatçı məzunlar üçün bina verilsin. Bu fərq eləməz. Bunu AMEA tərkibində də etmək olar, xüsusi bir bina da ayırmaq olar və bu binaya “Gənc Alimlər Evi” adını vermək olar.

 

3.      Bizə ailəmizi dlandıracaq qədər məvacib verilsin. Bu günkü vəziyyətdə və qiymətlərə baxanda 800-1000 manat aylıq gəlirimiz olsun.

 

4.      Bizə bu gün Azərbaycanda baş verən dini qarışıqlıqların qarşısını almaq, ayrı-ayrı siyasi dini cərəyanları susdurmaq üçün şərait yaradılsın. Bu gün həqiqətən də Azərbaycanda fanatik dini qruplar var ki, bunlarla elmi şəkildə mübarizə aparmaq və yazılar yazmaq üçün biz gənc ilahiyyatçılara şərait yaradılmalıdır.

 

5.      Bizi heç bir siyasi hərəkatın və ya heç bir partiyanın üzvü olmağa məcbur etməsinlər. Real olaraq güclü və demokratik dövlətin yetişdirmələriyik. Dövlət adamlarıyıq və belə də qalmalıyıq.

 

6.      Biz hazırda olan Ali Baş Komandan Cənab İlham Əliyevi köməyə çağırırıq. Biz dövlətin, xalqın yetişdirdiyi gənclərə sahib çıxmasanız onda bizlərə başqaları sahib çıxacaq. Təbii ki, əsl sahibimiz Allahdır.

 7.      Cənab İlham Əliyev bizi düz başa düşün bizi müdafiə edin. Allah hamımızı qorusun. Amin!

Məktubumda olan yazılarıma görə hamıdan üzr istəyirəm. Harada səhvim oldusa bağışlamanızı təvəqqe edirəm. Sonda demək istəyirəm ki, biz hamımız insanıq və hamımız xəta edə bilərik. Xətalarımızı bağışlayın. Rəy və təkliflərinizi, tənqidlərinizi gözləyirik. Allah biz müsəlmanları, Azərbaycan xalqını, onun dövlətini və hökumətini qorusun. Amin!

 

BDU, İlahiyyat fakultəsi məzunu: Əkrəm Həsənov

 

Telefon (050)-336-51-24

 Mail: garibekrem@hotmail.com

Yazar: Abusaleh @ İyul 8, 2008 0:46 | Elanlar, Şəxsiyyətlər, Məqalələr, Qarabağ Problemi, Prezident | Şərhlər(0)
Baxış sayı: 140
Açar sözlər: president prezident ilham əliyev aliyev 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha