Reklam verin!

Qubadlı Blogu Haqqında


www.qubadli.com

Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.

Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Blogumun yeni forması xoşunuza gəldimi?



Açar sözlər

qarabag  qubadli  atəşkəs  sulh  erməni  xəbər  yeni  əsgər  müharibə  idman,  rayon  şəhid  dağlıq  münaqişə  sayt  əliyev  islam  soyqırım  elan  www.qubadli.com  vətən  qubadlı,  torpaq  aliyev  azərbaycan,  ermeni,  soyqırım,  ilham  saytı  erməni,  pozulub  qəzet  turkiye  abş  işğal  dərs  söz  kitab  kənd  qafqaz  dünya  türkiyə  gənc  reklam  düşmən  şəhidlər  atəşkəs,  iran  soykirim  dənizi,  ramazan  vakansiya  rayon,  ordu  qəza,  əsir  pozan,  president  ermənilər  lord  qarabağ,  herb  apa  amerika  prezident  gun,  soykirim,  bayram,  azərbaycan  blog  pen  xəzər  sülh,  spsial  azerbaycan,  qarayev  zabit  fizuli  dunen,  universitet,  irəvan  dəvət  mənbə  qitə,  şair  şəhər  qarabaq  unutma  yağ,  elmar  savad,  ikt  kürd  müstəqillik  abdulov  xeber  ermənistan  arxiv  add  cavab,  yaralı  xəzərdə  şahmat,  khubadli  kend  çörək  müəllif  sərəb-dili  xətt  mübariz  petrosyan,  kondalize  səngər  ramil  ateshkes  kosova,  refahiya  budaq  gəncləri  rejimi  oruc  barak  turk,  kino  anspress.com  qaynaqlar  baku  xanəmir  daim  qələm,  20  esirler  müsibət,  bu  trend  status  bundestanq  daşnaq  qahirə  meyit,  əbülfəz  derman  2008  devis  presspost  tərtər  kanal  müharibə,  qarabağı  şerləri  mərkəz  ağdam  yağı,  məmmədyarov  konfransı  pkk  abş,  etər  enverpashadergisi  rejim  tarix  adət,  avropa  cevap,  milli  af,  səfərov  futbol,  kubadli  pulu  qiymət  tədris  ermeni  terrorist  prezident,  müzakirə  kubok,  muharibe  şəkilistanbul  çərşənbə  qrupu  xain  tez-tez  obama  turkler,  otel,  fm  dünya,  tarixi  islamoglu  başçısı  dondurulumuş  akif  anım  gənc,  məmmədov  lham  free  ev  yerevan  dağ  faşizm  xəbərlər,  amin  boks,  karabagh  elm  həcc  kosovo  yazi  ağamədov  xezer  səngər,  tanıyaq  ştat,  xatirə  qondarma  qafsam  denktaş  yemək  street  soyqırımı,  təşkilatı  diqqət  amerika,  fərhad  məqalə  neler  barama  kənd,  parlamenti  məclis  bəla,  üç  komanda  sehir  qalxıb  satış  rays  hazar  rusiya,  abulfaz  el  təşəbbüs  xayin  bütün  ramazan,  ştat  türklər,  ans  reklam,  radio  elm,  təcavüzkar  mustafa  icra  sponsor,  matəm  institut  samir  05-02-2008  günü,  əliyar  fond  azernews  faşizmi  alim,  esger  xazar,  xəbər,  karabahg  icad  orucu  pul  cəbhə  əsiri  ismayıl  musavat  avropa,  ölüm  səfirliyi,  əkrəmin  respublika  strateji  kipr  mütamadi  the  sual,  fesival  eurovision  heykayə  xaric  telmanoğlu  tuman  qubadlıda  nehrə  qərar  gen  qerar  haber,  serbiya,  preziden  yaxşı  əsər  mina  ter,  kahire  itkin,  nazir  hərb  cəbrayıl  qol  ishgal  hal  dığa,  çaylı  təhsil,  ibrahim  dava,  region  islam,  dəftəri  şuşa  garabag  şəhidi  şəkil,  yanvar  lobbbisi,  əsirlər  pozuldu  mustekil,  ana  hediyye  panel  qubadl  kubadli,  auditoriya,  yara  məğlub  gubadli  ziyarəti  terri  quran  kiv  gənclər  levon,  yolçubəyli  nöqtə  futbol  qətl  herb,  erzincan  göyçay  rauf  pozulur  bayramı,  wall  tehsil,  film  təcili  azərbaycanlıları,  dövlət  bakı  turk  movqe  qurd  nehrə,  şura  genc,  qüdrət  love  yığma,  seçki  dizayner  almaniya  terrorist,  konnfransi  meyid, 

Sayqaç

İndi blogda: 29
Keçən ayın hiti: 15004
Dünənki hit: 405
Bugünki hit: 226
Ümumi hit: 187946

Müxtəlif




top.SUMQAYIT
Top on A-Z.az





Site Ekle
nakliyat


Sohbet

Sohbet
Komik 100
En kaliteli siteler Alersa.Net
Siteni ekle AddThis Feed Button
Add to Technorati Favorites


Qarabağ həqiqətləri ərəb dilindә

Image Alman yazıçısı və publisisti Yohannes Raunun 1 il əvvəl Almaniyada çapdan çıxmış "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi. Qısa tarixi xülasə" ("The Naqorno-Karabakh Conflict between Armenia and Azerbaijan. A Brief Historical Outline") kitabı Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü ilə ərəb dilinə tərcümə olunaraq böyük tirajla nəşr edilib. Səfirlikdən bildiriblər ki, Qahirədə kitabın təqdimat mərasimi keçirilib. Kitab publisistin müstəqil tədqiqatları, şəxsi rəy və qənaətləri əsasında tərtiblənib. O, Dağlıq Qarabağ münaqişəsi barədə əcnəbi tədqiqatçının bitərəf mövqeyini əks etdirir. Səfirlik onu əsas götürüb ki, əsər 22 ərəb ölkəsinin rəsmi şəxsləri və elm adamları tərəfindən maraqla qarşılanıb. Kitabda Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım, işğal olunmuş torpaqlardan 100 minlərlə azərbaycanlının didərgin salınması obyektiv və ətraflı işıqlandırılıb.

Əsərdə ermənilərin, xüsusilə "Daşnaksütyun" partiyasının hələ XX əsrin əvvəlində təkcə azərbaycanlılara deyil, Azərbaycanda yaşayan digər xalqlara, o cümlədən almanlara qarşı da təqib və terror həyata keçirdikləri faktlarla sübuta yetirilib. Kitabın nüsxələri Misirin rəsmi şəxslərinə, hökumət və qeyri-hökumət təşkilatlarına, elm, təhsil, mədəniyyət ocaqlarına, tədqiqat və araşdırma mərkəzlərinə, əcnəbi səfirliklərə, beynəlxalq və regional qurumların Qahirədəki nümayəndəliklərinə hədiyyə edilib. Həmin ünvanlardan səfirliyə müsbət rəylər daxil olub. Eyni zamanda Misirin geniş oxucu kütləsinin kitabla yaxından tanış olması üçün səfirlik ölkənin məşhur "Əl-Əhram" yayım agentliyi ilə nəşrin 1500 nüsxəsinin qurumun bütün vilayətlərdə fəaliyyət göstərən çoxsaylı kitab mərkəzlərinə çatdırılması barədə müqavilə imzalayıb.

 

http://www.d-a-k.org/index2.php?option=com_content&task=view&id=346&pop=1&page=0&Itemid=1

 

Yazar: Abusaleh @ Noyabr 14, 2008 1:33 | Məqalələr, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 13
Açar sözlər: qarabağ yeni xəbər kitab dərs 
Bookmark and Share

Ərəb dili və Qurani-Kərimin Tədrisi

Sumqayıt və Bakı şəhərində ərəb dilini və Qurani-Kərimin avazla oxunmasını tədris edirəm.Tədrisi öz mənzilimdə və ya tələbənin evində aparıram və təhsilin qiyməti buna müvafiq olaraq dəyişir.

Kursun qiyməti hamının imkanına uyğundur. Məşğələni AMEA-nın elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənov aparır.

Əlaqə telefonu:50-336-51-24

OBYEKTİV  

Yazar: Abusaleh @ Noyabr 4, 2008 0:56 | Elanlar |
Baxış sayı: 18
Açar sözlər: quran dərs sərəb-dili tədris pul 
Bookmark and Share

“Ümidvaram ki, qarşıdakı aylarda Dağlıq Qarabağ sülh prosesində konstruktiv addımlar atılacaq”

konstruktiv addımlar atılacaq”

BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib

BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevi yünidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Məktubda deyilir: “Bu böyük məsuliyyəti daşımaqda Sizə müvəffəqiyyətlər arzulayıram. 2008-ci ilin avqust ayında bölgədə baş vermiş hadisələrə baxmayaraq, Dağlıq Qarabağ sülh prosesinin yeniləşmiş nikbinlik hissi ilə əhatə olunması məni olduqca fərəhləndirir və ümidvaram ki, qarşıdakı aylarda konstruktiv addımlar atılacaqdır.

Ölkəniz və Birləşmiş Millətlər Təşkilatı üçün qarşılıqlı maraq doğuran məsələlərdə Sizinlə əməkdaşlığın davam edəcəyini səmimiyyətlə arzulayıram”. /ANS PRESS/

Yazar: Abusaleh @ Noyabr 1, 2008 6:03 | Xəbərlər, Ölkə xəbərləri | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər: qubadli rayon qarabag yeni xəbər 
Bookmark and Share

Azerbaycanin hazir ki, durumu ve Qarabag danishiqlarinda yeni stiuasiyanin yaranmasi.

qarabagda-shelale

Azerbaycanin  en boyuk problemlerinden olan Qarabag meselesi olkenin inkishafina problemler yaratmaqla beraber, regionda daim yeni munaqishe ocaginin alovlanmasina sherait yaradan faktorlardandir.15 ildir Qarabagin Azerbaycana qaytarilmasi ile bagli yuksek seviyyelerde danishiqlar aparilsada hec bir neticeye nail  olunmamasi,hetta BMT VE ATET kimi teshkilatlarin Azerbaycanin erazi butovluyu meselesi ile bagli qetnamelerin qulaq ardina vurulmasi,bu teshkilatlarin menasiz,bir qurum oldugunu,yalniz humanitar xarakterli  teshkilati oldugunu gosterir.

Artiq nece illerdi ATET in Minsk qrupunun hemsedrlerinin regiona bosh menasiz seferleri ile bagli politoloqlarin ve ziyalarin,ictimaiyyet numayendelerinin etirazlarini eshidirik ve yalanci seferleri demek olar ki,xalq arasinda siyasi letifeye cevrilmekdedir.Amerika,Fransa,Rusiya resmileride bu fikirleri bunlar gormeye bilmezler.Amma son zamamlar danishiqlarda  praktiki olmasada,siyasi beyanatlarin sayi artmaqdadir ve her uc dovletin  regionla bagli siyasetinde aktivliyi gormemek mumkun deyil.

     Amma Azerbaycanin guclenmesi ve budcenin xeyli hissesini herbi yonunmlu olmasi regionda siyasi-iqtisadi maragi olan dovletleri narahat etmeye bilmez.Xususi ile Azerbaycan prezidenti Ilham Eliyevin Qarabag danishiqlarinin  sulh yolu ile geri qaytarilmasa,herbi varianta ustunluk verileceyini bildirmesi,olkeye investisiya qoyan olkeleri dushundurmeye bilmez.Duzdur bu yaxinlarda Ermenistan Xarici Ishler Naziri Nalbandyan BBC-nin Moskva burosunun Azerbaycanli  jurnalisti  Eldar Ismayilzadenin Qarabag danishiqlari ile bagli sualina, ermeni naziri bele aciqlama vermishdir ki,Azerbaycan hokumetinde  evveller muharibe beyanatlari tez tez eshidirdik,bu gun hemin beyanatlarin sayi azalib buda danishiqlara musbet tesirini gosterecek.

   Artiq ilkin siqnallar gelmekdedir.Ilk musbet sozler Rusiyanin Xarici Ishler Naziri Sergey Lavrov Irevana sefer etdikden sonra mediada Qarabagin hell olunmasi ile bagli musahibeler vermeye bashladi,Lavrov Rusiyanin “Rossiskyi qazateye”  verdiyi aciqlamada Qarabag danishiqlarinda razilashdirilmamish 2-3 meselenin qaldigini bildirerek,Turkiyenin regionda aktivleshmesine musbet yanashdiqlarini bildirmesi Rusiya  dovleti deyesen regionda yeni siyasi stuasiyanin yarandiginin ferqindedir.Rusiya Turkiyenin Cenubi Qafqazda emekdashliq platformasi ideyasini desteklemekle yanashi,Turkiye ile elaqelerin inkishafinda maraqlidir. Sergey Lavrov Ermenistanin xarici siyasetinde bash veren deyishikler ve qonshulari ile bagli son zamanlar yaranan munasibete can atmagini bele izah edib.

     Nazir Ermenistan dovletinin  Turkiye ve qonshulari ile normal munasibet yaratmagini meqbul qarshilayir ve Rusiya  Gurcustan muharibesinden sonra ermenistani deyen iqtisadi ziyandan eziyyet cekdiyini artiq blokada sheraitinde cetinlikle uzleshdiklerini bildiren Nazir Qarabag meselesinin hellinin esas acari her iki olke prezidentlerinin elinde oldugunu bildirirmesi,Rusiyanin  semimiliyini bir daha  bird aha shubhe altina alir,cunki hami gozel bilir ki,Qarabagin esas acari Kremlinin elindedir.Amma Rusiya gedishler etmekle ozunu sulhun yaninda oldugunu gostermek isteyir, Cunki Rusiyanin cenubi qafqazda veziyyeti gerginleshdirmekle ve Gurcustana hucum etdikden sonra bu olkeye qarshi dunyada ikrah hiss yaranib ve regionda musbet imic qazanmaq ucun Azerbaycani oz terefine kecmek ucun xoshmeramli mesajlar gondermekdedir.Amma bu yaxinlarda Azerbaycan prezidenti Ilham Eliyevin Moskvaya sefer etmesi  ve Rusiyadan Qarabagli bagli danishiqlarda qetiyyet gostermesini bildirmesi,Azerbaycan prezidentinin Rusiya seferinin ugurli kecdiyini gosterir.

     ATET- in Amerikali hemsedri Metyu Brayze BBC London shobesine verdiyi musahibede Qarabag  munaqishesinin hell olunmasi ucun Ilk once Azerbaycanin erazi butovluyunun Ermenistan terefinden taninmasi  fikrini bildiren Amerikali  diplomat Turkiye Rusiya munasibetlerine normal yanashdigini bildirirek,Turkiyenin regionda aktivliyini Amerika terefinden desteklendiyini,Turkiyenin 50 ildir ki,NATO nun uzvu oldugunu ve Amerikanin strateji muttefiqiliyini oldugunu bildirmishdir.Bezi ekspertlerin analizlerine gore Amerikanin bele addimi bir  nece sebebler elaqalendirirler.Amerikada bash verecek seckiler ve Rusiyanin Cenubi Qafqazda movqelerinin guclenmesi ile bagliligini bildirirler.Hetta Amerikanin vitse-prezidenti Dik Ceyni Azerbaycana sefer etmesi ve Azerbaycanin erazi butovluyu ile bagli aciqlamalar vermesi Amerikanin Qarabag meselesinde aktiv siyasi kursa kecdiyini gosterir.Xususi ile Amerika dovlet Katibinin 1 ci  muavini Con Neqrapontenin iki hefte bunda evvel olkemize bash tutan seferi ve onun Azerbaycanla bagli strateji- diplomatik aciqlamalar vermesi,Amerikanin Gurcustan meselesinde sonra regionda buraxdigi sehflere bir daha yol vermemesi fikrini ortaya cixardir.

      Amma biz evvellerde munaqishe ile meshgul olan diplomatlarin dilinde bele beyanatlar eshitmishik,amma cox teessufler olsun ki,bu  beyanatlar lafdan bashqa  bir shey olmayib

   Bu gun her sheyden once Azerbaycanin musteqilliyi ve azadligi bizim ucun onemlidir.Avqust ayinda Rusiyanin Gursutana hucumundan sonra azadligin ve suverenliyin biz bir daha nece onemli oldugunun  shahidi olduq.

P.S Ermenistan ishgalci olkedir ve ermeni siyasetciler gec tez Qarabag geri qaytaracaqlarini  derk edirler,sadece olaraq Ermenistanin bash nazirinin sozleri desek ermenistanda XVIII esr tefekkuru ile yashayan insanlari var,ve  ermeni siyasetciler Qarabagin geri qaytarilmasi ideyasini,ermeni cemiyyetine nece hezm etdire bilecekleri uzerinde dushunurler.Cunki Ermensitan ishgalciliq siyaseti neticesinde regiondan tecrdi olunmaqla yanashi,regional layehelerden kenarda qalmaqla beraber ve bunun muqabilinde milyard dollardan mehrum olunmasi ile neticelenmishdir.Bunlari gormemek en azi siyasi korluq olardi,xususi ile de ermeni siyasetciler.

Elnur Elturk

Baki Strateji Arashdirmalar Merkeznin arashdirmacisi

Presspost

Yazar: Abusaleh @ Oktyabr 14, 2008 23:05 | Qarabağ Problemi, Gənclər | Şərhlər(0)
Baxış sayı: 69
Açar sözlər: presspost qarabag ishgal kitab yazi 
Bookmark and Share

Qubadlı blogu yeniləndi

qubadli-blogu-yenilendiHər bir Azərbaycanlını, hər bir səhifəmizin ziyarətçilərini böyük sevinclə və Allahın salamı ilə salamlayıram. Bununla da Allaha şükrlər olsun ki, bir ildən çoxdur ki, mən blog yazmaqla məşğulam və blog yazmağa ilk dəfə məhz Azeriblogda başladım. Buna görə Azeriblogun bütün təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Blog yazdıqca, fikirlərimi bölüşdükcə cəmiyyət arasında tanındım və bir çox kütləvi informasiya vasitələrinə dəvət aldım. Bunlardan İctimai televiziyaya öz minnətdarlığımı bildirirəm. Çünki hər dəfə Qubadlının işğalı günü məni ekranlara çıxardı və ürək sözlərimi deyə bildim.

Bu vaxtlar ərzində çox gözəl oldu ki, blogdan əlavə Qubadlının rəsmi saytını yaratmaq təşəbbüsünü göstərdim. Mənim bu blogumdan başqa bir çox bloglarım vardır ki, onlardan ən çox ziyarətçisi olan islam blogumdur. Blogları yazmaqla yanaşı 2007-ci ildə Qubadlının rəsmi saytını artıq almışdım. Amma demək olar ki, maddi vəziyyətimin yaxşı olmaması səbəbindən Qubadlının rəsmi saytını yarada bilmədim. Daha doğrusu saytı aldım, amma dizayner və illik olaraq saytın pulunu köçürmə məsələsinə imkanım olmadı. Yenə də gec deyil və mən ümid edirəm ki, bu işdə həqiqətən də bizə maddi və mənəvi dəstək duranlar olacaq. Mən hər bir Qubadlını, hər bir Azərbaycanlını bu işdə bizə köməyə və dəstəyə çağırıram. Buyurun fikir və rəylərinizi gözləyirəm. Ümid edirəm ki, blogumun bu görünüşü xoşunuza gələcək. Əgər zəhmət olmasa sorğuda iştirak edərək öz fikirlərinizi bildirin. Allaha əmanət olun.

Əkrəm Həsənov

Yazar: Abusaleh @ Sentyabr 29, 2008 23:30 | Şəkillər, Elanlar, Məqalələr, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 59
Açar sözlər: qubadlı yeni blog dizayner sayt 
Bookmark and Share

“Bərabər insanlar + Bərabər hüquqlar”

goycay-gencleri 14 sentyabr 2008-ci il tarixində “Göyçay Gəncləri Təşəbbüs Qrupu” qrupun təsisçiləri Atakişiyev Əzizağa və Hüseynov Ziyadın təşkilatçılığı ilə Göyçayda yaşayan gənclər üçün “Bərabər insanlar + Bərabər hüquqlar” adlı təlim keçirilmişdi.Təlimdə 22 nəfər gənc iştirak edib. Tədbirdə Əzizağa Atakişiyev və Ziyad Hüseynov gənclərə İnsan hüquqları, Gender problemi, yəni cinslərin bərabərliyi ilə bağlı problem haqqında bilikləri gənclər arasında yaymış və cinsi əlamətə görə ayrı-seçkiliyin yol verilməzliyi haqqında ideyanı təbliğ etmişlər.   Tədbirin keçirilməsində əsas məqsəd regionda yaşayan  gənclərə “İnsan hüquqları və Gender bərabərliyi” idealogiyasını aşılamaq, stereoyiplərin cəmiyyət üçün nə dərəcədə mənfi nəticələrə səbəb olduqunu göstərmək idi.

Təşkilatçılar tədbirin daha maraqlı və interaktiv keçirilməsi üçün müxtəlif, bu sahə ilə baqlı rollu oyunlar, Buzqıranlar, Əqli hücumlar, Prezentasiya, Video roliklər göstərmiş, hətta Milli məclisdə bu sahə ilə əlaqədar aparılmış müzakirələri iştirakçılara təqdim etmişlər. Tədbirin gənclər tərəfindən müsbət qarşılanmasını nəzərə alan təşkilatçılar gələcəkdə də Göyçay şəhərində  bu cür tədbirlərin davamlı keçirilməsini qarşılarına məqsəd qoydular.  Nəzərinizə çatdırıram ki, bu tədbir Avrasiya fondunun maliyyə dəstəyi ilə həyata keçirilib goycay-gencleri-2  goycay-gencleri-3 goycay-gencleri-4  goycay-gencleri-5                                                                      “Göyçay Gəncləri Təşəbbüs Qrupu”                                                    Əlaqələndirici şəxs: Əzizağa Atakişiyev

e-mail: aziz_atakishiyev@yahoo.com

 

Yazar: Abusaleh @ Sentyabr 16, 2008 0:36 | Sizdən gələnlər, Şəkillər, Xəbərlər, Ölkə xəbərləri, Gənclər | Şərhlər(0)
Baxış sayı: 66
Açar sözlər: göyçay gəncləri təşəbbüs qrupu 
Bookmark and Share

Bakının Qurtuluşunun 90 İlliyi

15 Sentyabr  - Bakının Düşmən İşğalından Azad Edildiyi Gündür!
Bu, eyni zamanda bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biridir. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi, nəinki paytaxtımız olması, eləcə bir Azərbaycan şəhəri kimi qalması ilə də o qədər bağlıdır. Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?

Tarixi Şərait

20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu proseslər içərisində Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı illəri də yaşandı. Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm idelojik dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu dövrlərdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları iqamətindəki işlər, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə Erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və Ermənilərin “Böyük Ermənistan” xəyalı istiqamətində heç bir pronsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa getmələri ucbatından uğurla aparıla bilmirdi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində Türklər qətliama məruz qalırdılar.

Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cumhuriyyətinin qurulma prosesi, bir yandan Bakıda, Şamaxıda, Qarabağda, Urmiyədə, Naxçıvanda, Muğanda Ermənilər və onların dəstəkçiləri tərəfindən böyük qətliamların yaşanması dövrü kimi düşdü. 1918-ci ilin xüsusuilə Mart ayında Ermənilər tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 minədn artıq Azərbaycan Türkü ya öldürülmüş ya da başqa mahallara qaçmaq məcburiyyətində qoyulmuşdu. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərinə divan tutulduqdan sonra Bakı Soveti əsasən Ermənilərdən təşkil olunmuş mütəşəkkil dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı.   1918-ci ilin May ayının 28-də isə AXC elan olundu.

Həmin illər Anadolu Türkləri üçün də ən ağır illər idi. Birinci Dünya müharibəsində məğlub olması Osmanlı Dövlətinə ağır başa gəlirdi. Bu dövrlədrə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birtinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşular İstanbulda İşğal İdarəsi quracaq, Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma, bütün bunlara baxmayaraq, Anadolu Türklüyü Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi.  

Qafqaz İslam Ordusunun Meydana Gəlməsi

Rus əsarətindən qurtulub Türkiyəyə keçən Avstraliyalı bir zabit 1917-ci il Dekabrın 29-da 6-cı Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək Qafqazdakı vəziyyət barədə ona məlumat vermişdi. Xəlil Paşa o zabiti Ənvər Paşa ilə də görüşdürmüşdü. Avsatraliyalı zabit ilə görüşdən sonra Ənvər Paşa həm Qafqazdakı din və qan qardaşlarının onlara duyduğu ehtiyac, həm də regiondakı mövcud şəraitin köməklik göstərmək üçün münasib olduğu barədə ciddi qənaətə gəlmişdi. Bu məqsədlə həmin ərəfələrdə Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şğvkıt bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycanda qardaşlarını xilas etmək üçün ordu yaratmaq qərarını verdi. 

Ənvər Paşa 1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı Türk və Müsəlman əhalini qorumaq, Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma, bir yandan da bu planın Qafqazda və Bakı neftində gözu olan İngilis və Alman qüvvələrinin reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahiob olmasını planlayırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün (çünkü, Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu üçün kifayət etmirdilər. Osmanlı Ordusu gəlməmişdən əvvəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu.) Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi. Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il Mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyədə) Ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən vuruşmalar olmuşdu. Heyət Mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı. Nuri Paşa bu bölgədəki Erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə gönderdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burda ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.

Qeyd edək ki, hələ Aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndləri ilə görüşündə Qafqazda federativ ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını demiş və qardaşı Nuri Paşanının Təbrizə, ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi. 
 
İyun ayının 4-də Osmanlı Dövləti ilə AXC arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə M.Ə. Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da verildi.

Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, ordan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın AXC-nin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Səlyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən Bakı yaxınlığında döyüşlər başladı.  

Əslində Bakının qurtuluşundan öncəki hərbi-diplomatik şərait daha da ağırlaşmışdı. Avqustun 27-də Almanlarla Ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi həm də Türk ordusunun Bakıya girişinin qarşısını almaq (əvəzində Rusiya Almanlara Bakı neftindən pay verəcəkdi) məqsədini güdürdü. Bakıdakı Erməni-Rus hərbi qruplaşmaların köməyinə İngilislər də çağrılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilməyəcəkdi.
 
14 sentyabr Bakı ətrafındakı döyüşlərinin 40-cı günü idi. Bu günün uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücmlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 Sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” kimi keçmişdi.

Döyüşlərdə Azərbaycan Türkləri ilə yanaşı Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 Türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi keçmişdi. 
Qəhrəmanların sonrakı həyatları:

Azərbaycana qardaş koməyinə gələn əsgər və zabitlərin geri qayıtmay