Qubadlı Blogu Haqqında
Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Qarabağ Xəbərləri
Digər Xəbərlər
Keçidlər
Dost bloglar
Açar sözlər
qubadli qarabag atəşkəs sulh erməni xəbər əsgər elan müharibə idman, yeni şəhid dağlıq münaqişə sayt əliyev islam soyqırım www.qubadli.com vətən qubadlı, torpaq aliyev azərbaycan, ermeni, soyqırım, rayon ilham saytı erməni, pozulub qəzet turkiye abş işğal spsial söz kənd qafqaz dünya türkiyə gənc reklam düşmən atəşkəs, şəhidlər iran soykirim dənizi, vakansiya ramazan rayon, qəza, ordu pozan, əsir president ermənilər lord qarabağ, herb apa amerika prezident soykirim, gun, bayram, azərbaycan blog pen xəzər sülh, meyid, yığma, seçki dizayner almaniya terrorist, konnfransi universitet, irəvan azerbaycan, qarayev zabit fizuli dunen, ikt dəvət mənbə qitə, şair şəhər qarabaq unutma yağ, elmar savad, yaralı xəzərdə kürd müstəqillik abdulov xeber ermənistan arxiv add cavab, səngər ramil şahmat, khubadli kend çörək müəllif xətt mübariz petrosyan, kondalize turk, kino ateshkes kosova, refahiya budaq gəncləri rejimi oruc barak esirler müsibət, anspress.com qaynaqlar baku xanəmir daim qələm, 20 meyit, bu trend status bundestanq daşnaq qahirə kanal əbülfəz derman 2008 devis tərtər konfransı müharibə, qarabağı şerləri mərkəz ağdam yağı, məmmədyarov milli af, pkk abş, etər enverpashadergisi rejim tarix adət, avropa cevap, səfərov futbol, kubadli pulu qiymət ermeni terrorist prezident, müzakirə turkler, kubok, muharibe şəkilistanbul çərşənbə qrupu xain tez-tez obama məmmədov otel, fm dünya, tarixi islamoglu başçısı dondurulumuş akif anım gənc, lham free ev yerevan dağ faşizm xəbərlər, amin xezer boks, karabagh elm həcc kosovo ağamədov təşkilatı səngər, tanıyaq ştat, xatirə qondarma qafsam denktaş yemək street soyqırımı, məclis bəla, diqqət amerika, fərhad məqalə neler barama kənd, parlamenti hazar üç komanda sehir qalxıb satış rays türklər, ans rusiya, abulfaz el təşəbbüs xayin bütün ramazan, ştat samir reklam, radio elm, təcavüzkar mustafa icra sponsor, matəm institut xazar, 05-02-2008 günü, əliyar fond azernews faşizmi alim, esger musavat xəbər, karabahg icad orucu cəbhə əsiri ismayıl fesival avropa, ölüm səfirliyi, əkrəmin respublika strateji kipr mütamadi the sual, qerar haber, eurovision heykayə xaric telmanoğlu tuman qubadlıda nehrə qərar gen itkin, serbiya, preziden yaxşı əsər mina ter, kahire təhsil, ibrahim nazir hərb cəbrayıl qol hal dığa, çaylı əsirlər dava, region islam, dəftəri şuşa garabag şəhidi şəkil, yanvar lobbbisi, pozuldu mustekil, ana hediyye dərs panel qubadl kubadli, auditoriya, yara nöqtə məğlub gubadli ziyarəti terri kiv gənclər levon, yolçubəyli film futbol qətl herb, erzincan göyçay rauf pozulur bayramı, wall tehsil, qüdrət love təcili azərbaycanlıları, dövlət bakı turk movqe qurd nehrə, şura genc,
Sayqaç
İndi blogda: 17
Keçən ayın hiti: 13299
Dünənki hit: 488
Bugünki hit: 377
Ümumi hit: 161468
Müxtəlif
Site Ekle
Sohbet
Siteni ekle

Azərbaycan Ordusunun əsgəri yaralanıb
Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın Yusifcanlı kəndindəki Qarqara çayı yaxınlığında bir əsgərimiz yaralanıb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, yaralanan əsgər Sərdar Əli oğlu Orucov Sarıcalı hərbi hospitalına yerləşdirilib. /ANS PRESS/
Yazar: Abusaleh @ Yanvar 29, 2008 21:04 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 184
Açar sözlər: amin əsgər yaralı yara esger
![]()
![]()
![]()
Qahirədə Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək
Yanvarın 27-də Qahirədə İslam Konfransı Təşkilatı Parlament Assambleyasının növbəti sessiyası başlayır. Yanvarın 31-dək davam edəcək sessiyada İslam dünyasının sosial-siyasi, təhsil probelmləri, sivilizasiyalar arasında dialoq, eləcə də Afrikada Darfur problemi müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətiinin üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldıracaq və İslam dünyasının diqqətini növbəti dəfə Azərbaycan ərazilərinin işğalına yönəldəcək.
Yazar: Abusaleh @ Yanvar 23, 2008 19:34 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 169
Açar sözlər: islam konnfransi qahirə kahire
![]()
![]()
![]()
İlham Əliyev Kondaliza Raysla Dağlıq Qarabağdan danışacaq
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Kondaliza Raysla görüşəcək. Azərbaycan prezidenti Ermənistanda keçiriləcək prezident seçkilərinin mümkün nəticələri, Dağlıq Qarabağın taleyi və «Transxəzər» qaz kəməri ilə bağlı məsələlər barədə danışıqlar aparacaq.
Yazar: Abusaleh @ Yanvar 23, 2008 19:23 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 208
Açar sözlər: dağlıq qarabağ kondalize rays müzakirə
![]()
![]()
![]()
Şəhid əsgər bu gün doğulduğu Yolçubəyli kəndində dəfn ediləcək
Yanvarın 21-də Tərtərin Çaylı kəndində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri İsmayıl Əfqan oğlu Ağamədovun cənazəsi bu gün doğma kəndləri olan Sabirabadın Yolçubəyli kəndinə gətiriləcək. Şəhidin yaxınlarının ANS PRESS-ə verdikləri məlumata görə, İsmayıl Ağamədov anadan olduğu kənddə torpağa tapşırılacaq.
Yazar: Abusaleh @ Yanvar 22, 2008 17:09 | Xəbərlər, Şəhidlər | Şərhlər(0)
Baxış sayı: 174
Açar sözlər: yolçubəyli kənd şəhid ismayıl ağamədov
![]()
![]()
![]()
Azərbaycan Ordusunun əsgəri şəhid olub
Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. Bu 1989-cu il təvəllüdlü Ağaməmmədov İsmayıl Əfqan oğludur.
Yazar: Abusaleh @ Yanvar 22, 2008 17:01 | Şəxsiyyətlər, Xəbərlər, Ölkə xəbərləri, Atəşkəs Pozulması, Şəhidlər | Şərhlər(0)
Baxış sayı: 184
Açar sözlər: şəhid əsgər tərtər çaylı kənd
![]()
![]()
![]()
Barak Obama prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını tanıyacaq
Amerika Birləşmiş Ştatların Demokratlar partiyasından prezidentliyə namizəd Barak Obama noyabr ayında keçiriləcək prezident seçkisində qalib gəlmək üçün erməni seçicilərin səslərinə arxalanır. ANS TV-nin məlumatına görə, B. Obama bəyan edib ki, qalib gələcəyi təqdirdə 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri erməni soyqırımı kimi tanıyacaq.
Yazar: Abusaleh @ Yanvar 22, 2008 16:54 | Şəxsiyyətlər, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 174
Açar sözlər: barak obama abş amerika ştat
![]()
![]()
![]()
"Qarabağ münaqişəsi çox uzana bilməz"
«Qarabağ münaqişəsi çox uzana bilməz. Problem təcili həll olunmalıdır və Azərbaycan bu işdə ciddidir». Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ştatların «The Wall Street Journal» dərgisində cap olunan məqaləsində belə deyilir. Azərbaycan Qarabağa mümkün olan ən geniş muxtariyyəti verməyə hazırdır: «Regionun inkişafı Qarabağ probleminin həllindən asılıdır. Bu məsələ çox uzadılmamalıdır, çünki indiki vəziyyət tərəflərə çox baha başa gəlir. Ancaq Qarabağ məsələsi həll olunsa, Ermənistana da xeyir olar, Türkiyəylə münasibəti də düzələr». Məmmədyarov məqalədə bildirir ki, Azərbaycan ərazi bütövlüyü məsələsində güzəştə gedə bilməz. «Bu mövqe beynəlxalq normalara, BMT qətnamələrinə, ATƏT-in qərarlarına uyğundur».
Yazar: Abusaleh @ Yanvar 21, 2008 17:16 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 217
Açar sözlər: elmar məmmədyarov the wall street
![]()
![]()
![]()
Bu gün ümumxalq hüzn günüdür
Bu gün bütün Azərbaycan 20 yanvar faciəsinin 18-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb. O, vaxtlar Azərbaycanda azadlıq hərəkatının getdikcə güclənməsi, rəsmi Moskvanı narahat etməyə başladı. Məhz buna görə də Azərbaycana əlavə silahlı qüvvələrin yeridilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 13-də Bakıda ermənilərin qovulmasını təşkil etdi və bunu azadlıq hərəkatının qəddarlığı kimi qələmə verdi.
Yazar: Abusaleh @ Yanvar 20, 2008 13:10 | BAŞSAĞLIĞI, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 190
Açar sözlər: şəhidlər 20 yanvar matəm anım
![]()
![]()
![]()
Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib
Avropa Parlamenti «Avropa İttifaqının Cənubi Qafqazla bağlı daha effektli siyasəti: vədlərdən hərəkətə» adlı qətnamə qəbul edib. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa qonşuluğunun stabilliyi və Cənubi Qafqazın sosial inkişafı üçün lazım olduğu qeyd edilir. Qətnamədə deyilir ki, ərazi bütövlüyünün qorunması prinsipi ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipləri arasındakı ziddiyyət Cənubi Qafqazda mövcud münaqişələrin həllini uzadır.
Yazar: Abusaleh @ Yanvar 19, 2008 19:18 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 179
Açar sözlər: avropa parlamenti şura qərar add
![]()
![]()
![]()
İlham Əliyev cəbhə bölgəsində qulluq edən əsgərlərin şəraiti ilə tanış olub
Bu gün prezident İlham əliyev cəbhə bölgəsinə səfər çərçivəsində Ağdam rayonundan sonra Ağcəbədi rayonuna gedib. Burada dövlət başçısı Ağcəbədiyə qazın verilişini bərpa olunmasını əks etdirən məşəli yandırıb. Bununla da Ağdamın Ermənistan tərəfindən işğalından sonra rayonda dayandırılan qazın verilişi bərpa edilib. Qeyd edək ki, ilk olaraq rayonda 5000 abonentə qaz veriləcək.
Yazar: Abusaleh @ Yanvar 17, 2008 18:52 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 182
Açar sözlər: prezident ilham əliyev aliyev əsgər
![]()
![]()
![]()
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ümidi itirmək olmaz"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanma imkanları Ermənistanda keçiriləcək prezident seçkisindən sonra artacaq". Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Piter Semnebi bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ümidi itirmək olmaz: "Diplomatik danışıqlar prosesi davam edir və münaqişənin nizamlanması üçün bütün tədbirlər görülür".
Yazar: Abusaleh @ Yanvar 14, 2008 23:54 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 183
Açar sözlər: qubadli qubadlı qarabağ problemi
![]()
![]()
![]()
Qarabağın işğalının iqtisadi nəticələri
Güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalıdır
millət vəkili
Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir. Eyni zamanda yüz ildən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilər Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyasını yürütməyə çalışırlar. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsinə, Qafqazda ermənilərin sayının süni surətdə artırılmasına, regionun etnik mənzərəsinin dəyişdirilməsinə və “erməni məsələsinin” qızışdırılmasına başlanılmışdır.
Yazar: Abusaleh @ Yanvar 12, 2008 14:42 | Məqalələr, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 242
Açar sözlər: qarabağ spsial münaqişə lord pen
![]()
![]()
![]()
Azərbaycan Ordusu atəşə tutulub
Ermənistan silahlı qüvvələri bu gün gecəyarı yenidən atəşkəs rejimini pozub. Erməni ordusu bir saat ərzində Tərtərin Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Yazar: Abusaleh @ Yanvar 8, 2008 18:14 | Xəbərlər, Atəşkəs Pozulması | Şərhlər(0)
Baxış sayı: 208
Açar sözlər: ordu atəşkəs müharibə sülh vətən
![]()
![]()
![]()
Ermənilər Azərbaycanın ərazi adları ilə saytlar yaradır
Müasir dövrümüzdə insanların informasiya tələbatının ödəməyə imkan verən müxtəlif informasiya resursları mövcuddur. Bu informasiya resursları içərisində ən başlıcası internetdir. Dünya əhalisinin əksər hissəsi informasiyanın əldə olunması, emalı və yayılmasını internet vasitasilə həyəta keçirməkdədir. İnternet eyni zamanda ən güclü və təsir edici təbliğat vasitəsidir. Ölkəmizin 20 %-nin ermənilər tərəfindən işğal olunduğunu və dəfələrlə azərbaycanlılara qarşı soyqrım siyasəti həyata keçirdiklərini nəzərə alaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqrımların və işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün bu təbliğat vasitəsindən yetərincə faydalanmalıyıq. Təssüflər olsun ki bu gün ermənilər bizi informasiya müharibəsində qabaqlamaqdadır. Bizdə bu sahədə vəziyyətin hansı yerdə olduğunu öyrənmək üçün kompyuter və internet mütəxəsisi Eyvaz Qocayevə müraciət etdik.
Yazar: Abusaleh @ Yanvar 6, 2008 21:32 | Sizdən gələnlər, Məqalələr, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 255
Açar sözlər: mübariz gənclər erməni saytı terrorist
![]()
![]()
![]()
Bir ildən çox Ermənistanda əsirlikdə saxlanan Azərbaycan əsgərindən heç bir xəbər yoxdur
Ötən ilin dekabrında cəbhənin Qazax istiqamətində əsir düşən və artıq bir ildən çoxdur ki, Ermənistanda əsirlikdə saxlanan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovdan heç bir xəbər yoxdur. Əsirin ailəsinin övladlarından xəbər almaq cəhdləri isə boşa çıxır. Erməni əsirliyində olan Samir Məmmədovun anası Təranə Məmmədova ANS TV-yə bildirib ki, oğlundan sonucu məktubu 2007-ci il martın 7-də alıb. Martın 9-da isə valideyinlər S. Məmmədova məktub yazıb və bu günədək məktublarına cavab gəlməyib. T. Məmmədovanın dediyinə görə, onun adından gələn məktubu isə Samir Məmmədov özü yazmayıb.
Təranə Məmmədova oğlunun Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı Ermənistan kütləvi informasiya vasitələrində yazılanların yalan olduğunu bildirib. Əsir anasının sözlərinə görə, oğlunun nə zaman qayıdacağı ilə verilən vədlər də puçdur və indi əsrin qaytarılması ilə məşğul olan qurumlardan da heç bir məlumat ala bilmir. Hazırda Bərdədə yaşayan valideyinlər övladlarından yeni xəbər eşitmək ümidi ilə bir həftədən sonra Bakıya gələcəklər.
Yazar: Abusaleh @ Yanvar 2, 2008 18:50 | Xəbərlər, Ölkə xəbərləri | Şərhlər(0)
Baxış sayı: 208
Açar sözlər: əsgər əsir erməni əsiri şəhidlər
![]()
![]()
![]()
