Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında səsləndirib
Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi ərazilərində terror bazalarının yerləşdirilməsinə ciddi münasibət göstərməyə çağırır. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirib.
Davamı...
Ruslan Auşev: «Azərbaycanda milyondan artıq qaçqın və məcburi köçkün ola-ola sabitlik mümkün deyil»
«Rusiya Azərbaycan və Ermənistanda sabitliyin tərəfdarıdır». Bunu Bakıda səfərdə olan keçmiş İnquşetiya prezidenti Ruslan Auşev deyib. Onun sözlərinə görə, hazırda regionda sabitliyə Mane olan ən ciddi problem Dağlıq Qarabağ münaqişəsidir: «Bu gün Azərbaycanda milyondan artıq qaçqın və məcburi köçkün var. Belə bir şəraitdə sabitlik mümkün deyil. Sabitliyə necə nail olmaq olar ki, bir ərazi hüquqi cəhətdən bir ölkəyə məxsus olsun, amma həmin ölkənin vətəndaşları öz evlərinə gedə bilməsin? Bu məsələləri həll etmək lazımdır».
Davamı...
Ermənilər işğal altındakı ərazilərimizdə kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib
Ermənistan işğal etdiyi Laçın rayonunu erməniləşdirmək məqsədilə bu ərazilərdə yaşı min illərlə ölçülən tarix və mədəniyyət abidələrinin bir çoxunu - qaya təsvirlərini, süjetli daşları, oymaları, dini memarlıq abidələrini məhv edərək, yer adlarını dəyişdirir.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov APA-ya bildirib ki, ABŞ, Kanada, Fransa və digər ölkələrin maliyyə dəstəyindən istifadə edərək Laçın şəhərində və xaraba qalmış bir çox kəndlərdə onlarla erməni kilsələrinin inşasına başlanılıb. Onun sözlərinə görə, Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib.
Davamı...
Bütün hallarda düşmən cavab atəşi ilə susudurulub
Ermənistan silahlı qüvvələri fevralın 4-ü günün ikinci yarısından başlayaraq atəşkəs rejimini pozub. Erməni ordusu bu gün səhər saatlarına qədər fasilərlərlə Tərtərin Seysulan, Göyrax, Füzulinin Alxanlı, Goranboyun Gülüstan, Ağdamın Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
Davamı...
Prezident İlham Əliyev: «Azərbaycan işğal olmuş ərazilərin azad olunması üçün bütün imkanlarını səfərbər edəcək»
«İşğal olunmuş torpaqlarımız azad edilməyincə Ermənistanla heç bir iş birliyi, əməkdaşlıq mümkün deyil və olmayacaq». Bunu prezident İlham Əliyev ANS Müstəqil Yayım və Media Şirkəti və Çingiz Mustafayev Fondunun təsis etdiyi «İlin adamı» mükafatının təqdimetmə mərasimində deyib.
Davamı...
ZABİTİMİZİ ÖLDÜRƏNƏ 500 MİN DOLLAR PUL VƏD EDİLİB
AZƏRBAYCAN TƏRƏFİ RAMİL SƏFƏROVUN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI ADDIMLAR ATMAĞA HAZIRLAŞIR
Macarıstanın Budapeşt şəhərində NATO-nun təlimlərin iştirak edərkən erməni zabiti Qurqen Markaryanı qətlə yetirməkdə təqsirli bilinərək bu ölkənin məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun həyatı təhlükə qarşısındadır.
Davamı...
Kasetli bombaları İrəvana Rusiya verib
Qarabağ müharibəsində Ermənistan və Azərbaycan kasetli bombalardan istifadə edib və bu barədə faktlar var. Minalar Əleyhinə Azərbaycan Kampanyiasının (MƏAK) rəhbəri Hafiz Səfixanov bu sözləri dünən BMM-də keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Norveçin yardımı ilə həyata keçirilən monitorinq zamanı bunların sovet istehsalı olan kasetli bombalar olması və həmin silahlardan istifadə nəticəsində 9 nəfərə qədər adamın həlak ololduğu, 40-a qədər adamın yaralandığı müəyyən olunub. H.Səfixanov Dağlıq Qarabağda bu məsələ ilə bağlı monitorinq aparan İngiltərə QHT-sinin həmin silahlardan 162 ərazidə istifadə olunduğu və 152 ərazidə ola bilməsi bəyanatı verdiyini deyib. Gürcüstandan çıxarılan və Ermənistanda yerləşdirilən rus qoşunları Ermənistana 5 min ədədə qədər kasetli bomba aparıb. Ermənistanda yerləşdirilən sursatlar arasında tank əleyhinə minaların sayının həddən artıq olduğunu deyən H.Səfixanov, buraya 4 tondan artıq mina gətirildiyini vurğulayıb.
Davamı...
Xəzər İbrahim: «Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında Azərbaycan vətəndaşları yaşayır və onlar yalnız Azərbaycanda keçirilən seçkilərdə iştirak etməlidir»
Rəsmi İrəvan, işğal olunmuş Dağlıq Qarabağın Ermənistanda keçiriləcək prezident seçkilərində iştirakını təmin etməklə beynəlxalq hüquq prinsiplərini pozur. Bunu Xarici İşlər Nazirliyi mətbuat və informasiya siyasəti idarəsinin rəisi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib:
Davamı...
31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş filmin rejissoru və ssenari müəllifi Nazim Rzadır
Azərbaycantelefilm yaradıcılıq birliyində 'Ermənilər - mif və həqiqət' adlı sənədli film istehsalata buraxılıb. Erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması və bəzi gizli qalmış məqamların açılması məqsədini daşıyan filmin çəkilişləri artıq başa çatıb. 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş filmin rejissoru və ssenari müəllifi Nazim Rzadır.
Davamı...
«Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır»
«Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməli, bu ölkənin silahlı qüvvələri Azərbaycanını işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır». İslam Konfransı Təşkilatı (İKT) Parlament Assambleyasının Misirin paytaxtında keçirilmiş növbəti sessiyasında qəbul olunmuş Qahirə bəyannaməsində belə deyilir. Bu barədə ANS TV-yə millət vəkili Gövhər Baxşəliyeva məlumat verib. Onun sözlərinə görə, sessiyada həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan nümayəndə heyətinin hazırladığı iki qətnamə də qəbul olunub.
Davamı...
Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Samir Məmmədov Avropa ölkələrindən birindədir
Ermənistan əsir götürdüyü Azərbaycan əsgəri Samir Məmmədovu bu ilin yanvar ayında azad edib. ANS PRESS-in məlumatına görə, bu barədə “Novosti-Armeniya” agentliyi məlumat yayıb. “2008-ci il yanvar ay;n;n sonunda beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsindən Azərbaycanın hərbi əsiri Samir Nazim oğlu Məmmədov azad edilərək Avropa ölkələrindən birinə göndərilib”, deyə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Davamı...