Əziz ellilərimiz! Hamınızı xoş gördük. Qeyd etmək istərdim ki, biz artıq Qubadlımıəzın saytını hazırlamaq ərəfəsindəyik və sayt üzərində ciddi iş gedir. Onu qeyd edim ki, bir dostum mənə məsləhət etdi ki, Qubadlı barədə ətraflı və daha dolğun materiallar hazırlamaq üçün tarix instituna gedim.
Davamı...
Əziz ellilərimiz! Tezliklə yenilənən www.qubadli.com saytımızda çalışmışıq ki, sizin hər birinizin marağı olan müxtəlif imkanlar yaradaq. Hal-hazırda sayt üzərində ciddi iş aparılır və tez bir zamanda ictimaiyyətə açılacaq. Heləlik onu qeyd edək ki, saytımızda televiziya kanallarına rahatlıqla baxa biləcəksiniz.
Davamı...
Əziz ziyarətçilər!
Biz çox sevinirik ki, bu yaxın günlərdə işğal altında olan rayonlarımızdan biri, iki çay arasında yerləşən (həmin çaylar Bərgüşad və Həkəri çaylarıdır) Qubadlımızın rəsmi saytını ictimaiyyətə açıqlayacağıq. Bunun üçün hər birinizdən böyük dəstək gözləyirik. Saytımızın qurluşu elə olacaq ki, hər bir sayta girən şəxs qeydiyyat etdikdən sonra sayta müxtəlif materiallar yerləşdirə biləcək. Saytda islama aid materiallarla yanaşı dünyəvi materiallar, xəbərlər və mp3 mahnılar, müxtəlif şəkillər, audio-video səslər və görüntülər olacaq.
Bəs siz nə istəyirsiniz? Davamı...
Əziz ziyarətçilər! Həqiqətən də biz çox sevinirik ki, xalqımız Qarabağın qeydinə qalır. Bu bizi sevindirir. Biz hamılıqla çalışmalıyıq ki, gücümüz çatan qədər tapdaq altında olan torpaqlarımızı xatırlayaq, onu dünya səviyyəsində bütün millətlərə nümayiş etdirək. Bu bizim həm vətənimizə olan borcumuz, həm şəhidlərimizə olan borcumuz, həm də Allaha olan borcumuzdur. Çünki, Allah təala bizləri o vətəndə yaratdı, orada yetişdirdi, oranın ən gözəl nemətlərini bizə daddırdı. Lakin düşmən bizim əlimizdən torpaqlarımızı aldı. Biz də çalışmalııq ki, bunu dünyada tanıdaq. Dünyaya çatdıraq. Əziz ellilərimiz! Hamımızın qohum-əqrəbalarından bir çoxu şəhid oldu, bir çoxu əsir oldu, bir çoxu itgin düşdü. Ən azı vətəndaşımız belə oldu. Hamılıqla gəlin Qarabağımızın haqq səsini dünyaya çatdıraq. Bunun üçün biz tezliklə əsarətdə olan Qarabağın bir guşəsi Qubadlının saytını tezliklə ictimaiyyətə açacağıq.
Davamı...
Salam. Əziz ellilərimiz! Qubadlinin rəsmi saytını yaradırıq. Təcrübəli dizaynerlərə və bizə kömək edəcək gənc kadrlara ehtiyacımız vardır. Bizimlə əlaqə saxlayın! Tel: (050)-336-51-24
Salam, hörmətli ellilər. Qubadlinin saytini yaratmaqda ilkin addim atildi. İnşallah saytimiz tezliklə sizin qarşınızda olacaq. Orada kim nə istəsə tapa biləcək, kim reklam yerləşdirmək istəsə yerləşdirə biləcək, kim musiqi istəsə tapa biləcək, kim maraqlı və dəyərli yerlər görmək istəsə görə biləcək, kim islama aid məlumatlar və materiallar istəsə tapa biləcək. Kim dərdini demək istəsə deyə biləcək, kim xatirələrini bölüşmək istəsə bölüşə biləcək....
Bir sözlə kim nə istəsə tapacaq. Bizə bir az da dəstək olub, bizimlə köməkləşin. Bizə maraqlı məlumatlarınızı və materiallarınızı göndərin və nə istəsəniz Qubadlının saytından əldə edin. Dəstəyinizi gözləyirik...