Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlə ermənilər tərəfindən talan olunur.Təcavüzkar Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ölkə ərazisinin beşdə birinin ilhaqı, on minlərlə insanın qətlə yetirilməsi, yaralanması, əsir və İtkin düşməsi, bir milyondan artıq adamın yurd-yuvasından didərgin salınması, yüzlərlə yaşayış məntəqəsinin xarabazarlığa çevrilməsi, bütöv infrastrukturun dağılması ilə nəticələnmişdir.
Qonşu dövlətin torpaqlarını zəbt etməklə kifayətlənməyən Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus hər şeyi dağıtmaq, mənimsəmək, qarət və məhv etmək məqsədini inadkarcasına yerinə yetirməkdədir. O, Dağlıq Qarabağın, həmçinin onun ətrafındakı Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı rayonlarının ərazilərində mövcud olmuş tikililəri, tarix, mədəniyyət, memarlıq, dini abidələri, infrastrukturu dağıtmaqla yanaşı, faydalı qazıntı yataqlarını, meşələri, qoruqları, şirin və mineral su ehtiyatlarını, nadir bitki və heyvanat nümunələrini, bir sözlə, əlinə keçən yerüstü-yeraltı sərvətlərin hamısını talan etməklə məşğuldur.
Davamı...

Azərbaycan Ordusunun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Salam aleykum. Əziz və dəyərli dostlar! Biz hələlik son vaxtlar blogu yeniləmədik və bu da nəticədə blogumuzun ziyarətçilərinin azalmasına səbəb oldu. Əvvəllər hamınız bu bloga daxil olur və yazıları oxuyurdunuz. Dəfələrlə biz bildirdik ki, bizim Qubadlının saytını yaratmağa böyük ehtiyacımız var. Ona görə ki, haqsız olaraq torpaqlarımız işğal altındadır və biz dəfələrlə bu məsələni qeyd etdik ki, ermənilər öz batil iddalarını yaydığı halda biz də oturmadan öz haqq iddiamızı yaymalı və dünya səviyyəsində bu barədə təbliğat aparmalıyıq.


Müasir dövrümüzdə insanların informasiya tələbatının ödəməyə imkan verən müxtəlif informasiya resursları mövcuddur. Bu informasiya resursları içərisində ən başlıcası internetdir. Dünya əhalisinin əksər hissəsi informasiyanın əldə olunması, emalı və yayılmasını internet vasitasilə həyəta keçirməkdədir. İnternet eyni zamanda ən güclü və təsir edici təbliğat vasitəsidir. Ölkəmizin 20 %-nin ermənilər tərəfindən işğal olunduğunu və dəfələrlə azərbaycanlılara qarşı soyqrım siyasəti həyata keçirdiklərini nəzərə alaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqrımların və işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün bu təbliğat vasitəsindən yetərincə faydalanmalıyıq. Təssüflər olsun ki bu gün ermənilər bizi informasiya müharibəsində qabaqlamaqdadır. Bizdə bu sahədə vəziyyətin hansı yerdə olduğunu öyrənmək üçün kompyuter və internet mütəxəsisi Eyvaz Qocayevə müraciət etdik.

