1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsindən 18 il keçir
Bu gün bütün Azərbaycan 20 yanvar faciəsinin 18-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb. O, vaxtlar Azərbaycanda azadlıq hərəkatının getdikcə güclənməsi, rəsmi Moskvanı narahat etməyə başladı. Məhz buna görə də Azərbaycana əlavə silahlı qüvvələrin yeridilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 13-də Bakıda ermənilərin qovulmasını təşkil etdi və bunu azadlıq hərəkatının qəddarlığı kimi qələmə verdi.
Davamı...
