Mən Həsənov Əkrəm Bəhram oğlu, 1986-cı ildən şer yazıram. Yazdığım şerin çoxu Qubadlıda əsir qaldı. Şəhərə gələndən sonra da şer yazmağı dayandırmadım. Yadıma düşür əvvəl mən Qubadlı rayonunun Çaytumas kəndində olanda hərdən elə bil ki, bizim indiki bu şairlər deməli mənə şer yazmaq üçün ilham gəlirdi. Buna “təb” də deyə bilərəm. Çünki hərdən həqiqətən də şerin təbi gəlirdi və qələmi əlimə alırdım. Yazırdım. İndiyə qədər yadımdadır ki, mənə kənddə çox insanlar şair deyirdi. Bizim yaxınlıqda bir tanıdığım var idi, həmişə məni görəndə deyərdi ki, “şair nə tez qocaldın sən”. Təbii ki, bunlar kimisə maraqlandırmaya bilər. Mən maraqlanıb oxuyanlara deyirəm ki, mənim şerlərimi toplasan sayı-hesabı olmaz. Davamı...

Necə də şad xəbər verdilər mənə
Sirrimi gizli saxladım