Qubadlı Blogu Haqqında
Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Qarabağ Xəbərləri
Digər Xəbərlər
Keçidlər
Dost bloglar
Açar sözlər
qubadli qarabag atəşkəs sulh erməni xəbər əsgər elan müharibə idman, yeni şəhid dağlıq münaqişə sayt əliyev islam soyqırım www.qubadli.com vətən qubadlı, torpaq aliyev azərbaycan, ermeni, soyqırım, rayon ilham saytı erməni, pozulub qəzet turkiye abş işğal spsial söz kənd qafqaz dünya türkiyə gənc reklam düşmən atəşkəs, şəhidlər iran soykirim dənizi, vakansiya ramazan rayon, qəza, ordu pozan, əsir president ermənilər lord qarabağ, herb apa amerika prezident soykirim, gun, bayram, azərbaycan blog pen xəzər sülh, meyid, yığma, seçki dizayner almaniya terrorist, konnfransi universitet, irəvan azerbaycan, qarayev zabit fizuli dunen, ikt dəvət mənbə qitə, şair şəhər qarabaq unutma yağ, elmar savad, yaralı xəzərdə kürd müstəqillik abdulov xeber ermənistan arxiv add cavab, səngər ramil şahmat, khubadli kend çörək müəllif xətt mübariz petrosyan, kondalize turk, kino ateshkes kosova, refahiya budaq gəncləri rejimi oruc barak esirler müsibət, anspress.com qaynaqlar baku xanəmir daim qələm, 20 meyit, bu trend status bundestanq daşnaq qahirə kanal əbülfəz derman 2008 devis tərtər konfransı müharibə, qarabağı şerləri mərkəz ağdam yağı, məmmədyarov milli af, pkk abş, etər enverpashadergisi rejim tarix adət, avropa cevap, səfərov futbol, kubadli pulu qiymət ermeni terrorist prezident, müzakirə turkler, kubok, muharibe şəkilistanbul çərşənbə qrupu xain tez-tez obama məmmədov otel, fm dünya, tarixi islamoglu başçısı dondurulumuş akif anım gənc, lham free ev yerevan dağ faşizm xəbərlər, amin xezer boks, karabagh elm həcc kosovo ağamədov təşkilatı səngər, tanıyaq ştat, xatirə qondarma qafsam denktaş yemək street soyqırımı, məclis bəla, diqqət amerika, fərhad məqalə neler barama kənd, parlamenti hazar üç komanda sehir qalxıb satış rays türklər, ans rusiya, abulfaz el təşəbbüs xayin bütün ramazan, ştat samir reklam, radio elm, təcavüzkar mustafa icra sponsor, matəm institut xazar, 05-02-2008 günü, əliyar fond azernews faşizmi alim, esger musavat xəbər, karabahg icad orucu cəbhə əsiri ismayıl fesival avropa, ölüm səfirliyi, əkrəmin respublika strateji kipr mütamadi the sual, qerar haber, eurovision heykayə xaric telmanoğlu tuman qubadlıda nehrə qərar gen itkin, serbiya, preziden yaxşı əsər mina ter, kahire təhsil, ibrahim nazir hərb cəbrayıl qol hal dığa, çaylı əsirlər dava, region islam, dəftəri şuşa garabag şəhidi şəkil, yanvar lobbbisi, pozuldu mustekil, ana hediyye dərs panel qubadl kubadli, auditoriya, yara nöqtə məğlub gubadli ziyarəti terri kiv gənclər levon, yolçubəyli film futbol qətl herb, erzincan göyçay rauf pozulur bayramı, wall tehsil, qüdrət love təcili azərbaycanlıları, dövlət bakı turk movqe qurd nehrə, şura genc,
Sayqaç
İndi blogda: 26
Keçən ayın hiti: 13299
Dünənki hit: 488
Bugünki hit: 404
Ümumi hit: 161495
Müxtəlif
Site Ekle
Sohbet
Siteni ekle

Qubadlı blogu yeniləndi
Hər bir Azərbaycanlını, hər bir səhifəmizin ziyarətçilərini böyük sevinclə və Allahın salamı ilə salamlayıram. Bununla da Allaha şükrlər olsun ki, bir ildən çoxdur ki, mən blog yazmaqla məşğulam və blog yazmağa ilk dəfə məhz Azeriblogda başladım. Buna görə Azeriblogun bütün təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Blog yazdıqca, fikirlərimi bölüşdükcə cəmiyyət arasında tanındım və bir çox kütləvi informasiya vasitələrinə dəvət aldım. Bunlardan İctimai televiziyaya öz minnətdarlığımı bildirirəm. Çünki hər dəfə Qubadlının işğalı günü məni ekranlara çıxardı və ürək sözlərimi deyə bildim.
Yazar: Abusaleh @ Sentyabr 29, 2008 23:30 | Şəkillər, Elanlar, Məqalələr, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 31
Açar sözlər: qubadlı yeni blog dizayner sayt
![]()
![]()
![]()
“Bərabər insanlar + Bərabər hüquqlar”
14 sentyabr 2008-ci il tarixində “Göyçay Gəncləri Təşəbbüs Qrupu” qrupun təsisçiləri Atakişiyev Əzizağa və Hüseynov Ziyadın təşkilatçılığı ilə Göyçayda yaşayan gənclər üçün “Bərabər insanlar + Bərabər hüquqlar” adlı təlim keçirilmişdi.Təlimdə 22 nəfər gənc iştirak edib. Tədbirdə Əzizağa Atakişiyev və Ziyad Hüseynov gənclərə İnsan hüquqları, Gender problemi, yəni cinslərin bərabərliyi ilə bağlı problem haqqında bilikləri gənclər arasında yaymış və cinsi əlamətə görə ayrı-seçkiliyin yol verilməzliyi haqqında ideyanı təbliğ etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd regionda yaşayan gənclərə “İnsan hüquqları və Gender bərabərliyi” idealogiyasını aşılamaq, stereoyiplərin cəmiyyət üçün nə dərəcədə mənfi nəticələrə səbəb olduqunu göstərmək idi.
Yazar: Abusaleh @ Sentyabr 16, 2008 0:36 | Sizdən gələnlər, Şəkillər, Xəbərlər, Ölkə xəbərləri, Gənclər | Şərhlər(0)
Baxış sayı: 22
Açar sözlər: göyçay gəncləri təşəbbüs qrupu
![]()
![]()
![]()
Şuşanın icra başçısı dünyasını dəyişdi
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov vəfat edib. APA-nın xəbərinə görə, bu gün iş yerində iclas keçirən N. Bəhmənovun səhhəti qəflətən pisləşib.
İş yerindəkilər təcili tibbi yardım çağırsalar da, həkimlər icra başçısının həyatını xilas etməyə yetişə bilməyiblər.
Yazar: Abusaleh @ Sentyabr 14, 2008 3:23 | BAŞSAĞLIĞI, Şəxsiyyətlər, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 15
Açar sözlər: şuşa şəhər icra başçısı
![]()
![]()
![]()
Ermənistana səyahət məlumatı
Niderlanddakı Səfirliyimizdən aldığımız məlumata əsasən “Ermənistana Səyahət məlumatı” adlı kitab nəşr etdirməyə hazırlaşan yazıçı Yan Vasmus (Jan Wasmus) ilə səfirlikdə görüş keçirilmişdir.
Həmsöhbətimizə Daglıq Qarabağın (DQ) tarixi, münaqişənin səbəbləri və işğal olunmuş ərazilərdəki vəziyyətə dair ətraflı məlumat verilmişdir.
Yazar: Abusaleh @ Sentyabr 9, 2008 23:34 | Vilayətlər, Xəbərlər, Ölkə xəbərləri | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər: azernews xeber xəbər elan dərs
![]()
![]()
![]()
Qarabağın status məsələsinə səs verin
Yazar: Abusaleh @ Sentyabr 9, 2008 18:32 | Sizdən gələnlər, Elanlar, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 21
Açar sözlər: qarabağ status erməni saytı yerevan
![]()
![]()
![]()
Qubadlı saytına kömək və dəstəyi əsirgəməyin
Salam aleykum. Əziz və dəyərli dostlar! Biz hələlik son vaxtlar blogu yeniləmədik və bu da nəticədə blogumuzun ziyarətçilərinin azalmasına səbəb oldu. Əvvəllər hamınız bu bloga daxil olur və yazıları oxuyurdunuz. Dəfələrlə biz bildirdik ki, bizim Qubadlının saytını yaratmağa böyük ehtiyacımız var. Ona görə ki, haqsız olaraq torpaqlarımız işğal altındadır və biz dəfələrlə bu məsələni qeyd etdik ki, ermənilər öz batil iddalarını yaydığı halda biz də oturmadan öz haqq iddiamızı yaymalı və dünya səviyyəsində bu barədə təbliğat aparmalıyıq.
Yazar: Abusaleh @ Avqust 30, 2008 0:19 | Qubadlı xatirələri, Elanlar, Məqalələr, Xəbərlər, Xatirə dəftərim, Qarabağ Problemi | Şərhlər(5)
Baxış sayı: 199
Açar sözlər: karabagh karabahg qarabağ qubadlı
![]()
![]()
![]()
Azərbaycan prezidenti məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə verilən aylıq müavinətin məbləği 2008-ci il sentyabrın 1-dən 50 faiz artırılıb. Bu sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Yazar: Abusaleh @ Avqust 26, 2008 22:27 | Xəbərlər, Ölkə xəbərləri, Prezident | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər: apa çörək pulu yaxşı qalxıb
![]()
![]()
![]()
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə noyabrın ikinci yarısında yola düşəcəklər
Azərbaycanlı zəvvarlar bu il Həcc ziyarətinə noyabrın ikinci yarısında yola düşəcəklər. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Həcc ziyarətinə avtobusla gedən zəvvarlar noyabrın 20-dən sonra, təyyarə ilə gedənlər isə dekabrın əvvəlində yola salınacaq.
Hazırda Həcc ziyarətində iştirak arzusunda olan zəvvarların sənədləri qəbul edilir.
Yazar: Abusaleh @ Avqust 23, 2008 17:29 | Xəbərlər, İslam Xəbərləri | Şərhlər(0)
Baxış sayı: 43
Açar sözlər: həcc ziyarəti 2008 ramazan orucu
![]()
![]()
![]()
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 15 il ötür
Bakı – APA. Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalından 15 il ötür. APA-nın məlumatına görə, hər iki rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərazisi 1050 kv.km olan Cəbrayıl bütövlüklə, ərazisi 1112 kv.km olan Füzulinin isə mərkəzi və 51 kəndi işğal altındadır. Füzulinin işğalı nəticəsində 55 min nəfərə yaxın sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb, 1100-dən çox rayon sakini şəhid, 1450 nəfər müxtəlif dərəcəli əlil olub, 113 nəfər əsir götürülüb.
Yazar: Abusaleh @ Avqust 23, 2008 17:18 | Xəbərlər, Ölkə xəbərləri, İşğal | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər: apa fizuli cəbrayıl işğal qarabağ
![]()
![]()
![]()
Azərbaycanın prezidentliyə namizədlərinin gəlirləri barədə məlumatların siyahısı açıqlanıb
Azərbaycanda prezident seçkisinin oktyabrın ortalarında keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçkinin dəqiq tarixini açıqlayacaq.
Təlimata əsasən, namizədin qeydə alınması üçün namizəd, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi MSK-ya müvafiq sənədlərlə birlikdə, namizədin gəlirlərinin miqdarı, mənbəyi və mülkiyyət hüququ əsasında ona məxsus əmlak haqqında məlumat təqdim etməlidir. Həmin məlumat seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə etməlidir. Eyni zamanda, bu məlumata gəlirlərin alındığı təşkilatlardan və fiziki şəxslərdən həmin gəlirlərin illik cəmi barədə arayışlar əlavə olunur.
Yazar: Abusaleh @ İyul 12, 2008 12:31 | Xəbərlər, Prezident | Şərhlər(1)
Baxış sayı: 71
Açar sözlər: trend president preziden seçki
![]()
![]()
![]()
Bizə dünyanın hər yerindən gələn dəstəyə siz də qoşulun.
Əziz ellilərimiz və səhifəmizin ziyarətçiləri! Həqiqətən də Qubadlının blogunu yaratmaq işinə təşəbbüs etdikdə ilk əvvəl mənə elə gəlirdi ki, bu işdə heç kim irəli çıxıb nəsə deməyəcək. Çünki belə baxanda mənə elə görsənir ki, heç kim işğal altında olan torpaqlarımızla maraqlanmır və bu işə səhlənkar yanaşır. Bəlkə də siz bu yazıları oxuyanda da çoxunuz bu cür düşünə bilərsiniz. Ancaq gəlin birlikdə bu düşüncəmizi bir kənara qoyaq. Çünki mən düşündüyümün əksinə olaraq blog yarandıqdan və yazılarım oxunduqdan sonra dünya səviyəsində oxunmağa başladı. Baxmayaraq ki, yazılarım çoxda elmi məcmuədə və ya faydalı olacaq qədər güclü mənbələr kimi deyil, amma inanılmaz dərəcədə dünyanın hər yerindən izlənməyə başlandı.
Yazar: Abusaleh @ İyul 6, 2008 14:19 | Qubadlı xatirələri, Sizdən gələnlər, Şəkillər, Məqalələr, Vilayətlər, Xəbərlər, Xatirə dəftərim, Qarabağ Problemi | Şərhlər(2)
Baxış sayı: 98
Açar sözlər: qubadlı işğal isgal anım ildönüm
![]()
![]()
![]()
Tovuzun Əsrik Cırdaxan və Koxanəbi kəndləri atəşə tutulub
Tovuzun Əsrik Cırdaxan və Koxanəbi kəndləri dünən 18.00 radələrindən başlayaraq ermənilər tərəfindən bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, martın 18-dən başlayaraq hər iki kənd mütəmadi atəşə məruz qalır.
Yazar: Abusaleh @ Mart 23, 2008 21:05 | Xəbərlər, Atəşkəs Pozulması, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 166
Açar sözlər: qubadli sayt muharibe sulh ateshkes
![]()
![]()
![]()
Erməni hərbçiləri iki Ağdam sakinini qətlə yetirib
Ermənistan silahlı qüvvələri ötən axşam cəbhə xəttində növbəti dəfə atəşkəs reciini pozub. Qarşı tərəfin Ağdam istiqamətində acdığı atəş nəticəsində Əfətli kəndinin iki sakini ölüb, ikisi yaralanıb. ANSPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə martın 8-də təxminən saat 19.00 radələrində baş verib. Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Yusifcanlı kındindən atəş açmağa başlayıb.
Yazar: Abusaleh @ Mart 9, 2008 18:34 | Xəbərlər, Atəşkəs Pozulması, Şəhidlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 152
Açar sözlər: herb müharibə sülh ölüm qətl
![]()
![]()
![]()
Ermənistan işğal etdiyi ərazilərdə terror bazaları yerləşdirir
Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi ərazilərində terror bazalarının yerləşdirilməsinə ciddi münasibət göstərməyə çağırır. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirib.
Yazar: Abusaleh @ Fevral 18, 2008 18:44 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(2)
Baxış sayı: 232
Açar sözlər: qarabağ spsial münaqişə lord pen
![]()
![]()
![]()
«Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə mane olur»
«Rusiya Azərbaycan və Ermənistanda sabitliyin tərəfdarıdır». Bunu Bakıda səfərdə olan keçmiş İnquşetiya prezidenti Ruslan Auşev deyib. Onun sözlərinə görə, hazırda regionda sabitliyə Mane olan ən ciddi problem Dağlıq Qarabağ münaqişəsidir: «Bu gün Azərbaycanda milyondan artıq qaçqın və məcburi köçkün var. Belə bir şəraitdə sabitlik mümkün deyil. Sabitliyə necə nail olmaq olar ki, bir ərazi hüquqi cəhətdən bir ölkəyə məxsus olsun, amma həmin ölkənin vətəndaşları öz evlərinə gedə bilməsin? Bu məsələləri həll etmək lazımdır».
Yazar: Abusaleh @ Fevral 7, 2008 17:37 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 155
Açar sözlər: anspress.com region radio fm
![]()
![]()
![]()
