"Əbu Bəkr"i partlatmaqda bir kişi və bir qadın şübhəli bilinir
Bakının Nərimanov rayonu ərazisində yerləşən “Əbu Bəkr” məscidində baş verən partlayışı törətməkdə şübhəli bilinən iki nəfərin foto-robotu hazırlanıb. Şahidlərin ifadələri əsasında hazırlanmış foto-robotda bir kişi və bir qadın təsvir edilib.
Şübhəli şəxs sayılan kişinin boyu təxminən 170-175 sm, yaşı 20-25, saçlarının rəngi tünd qəhvəyi, gözlərinin rəngi tünd qəhvəyi, arıq bədənli, əynində qara rəngli şalvar və qara rəngli köynək olub.
Qadının isə təxminən 25-30 yaşlarında olduğu təxmin edilir.
Davamı...
Qamət Süleymanov: "Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır"
QayNar: Xəbər verdiyimiz kimi, "Əbu Bəkr" məscidində ibadət edənlər bir neçə gündür ki, polis bölmələrinə çağrılaraq zorla saqqallarının qırxıldığından, təhqir olunduqlarından şikayətlənirlər. Faktı məscidin imamı Hacı Qamət Süleymanov da bu gün verdiyi açıqlamasına təsdiqləyib: "Bəli, dini icma üzvlərinin saqqallarının qırxılması halları olub. Dünən iyirmidən çox icma üzvünün saqqalları qırxılıb. Bir nəfərin isə hətta başını da qırxıblar. Bir çox polis bölmələrində dindirmə normal keçir. Ancaq Səbail rayon Polis idarəsinin 8-ci və 9-cu polis bölmələrində dindarlar təhqir olunub, saqqalları qırxılıb. Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır. Bu, yaxşı hal deyil."
Davamı...
Dünən 4, 9, 11, 37 nömrəli polis bölmələrində isə onların saqqallarını zorla qırxıblar
QayNar: Bu gün "Qaynar.info"-nun poçtuna Gəray Cəfərov adlı oxucumuzdan müraciət daxil olub. Müraciətdən bəlli olur ki, G.Cəfərov "Əbu Bəkr" məscidində ibadət eləyən şəxslərdən biridir. O, son zamanlar yaradanan situasiyadan hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının sui-istifadə etdiyini yazır, onların haqsız yerə incidildiyini qeyd edir.
Davamı...
Qamət Süleymanov: "Cümə namazını Əbu Bəkr məscidində qılmaq istəyirik"
Bakıda partladılan Əbu Bəkr məscidi cümə günü fəaliyyətini bərpa edə bilər.
«Cümə namazını Əbu Bəkr məscidində qılmaq istəyirik və əgər istintaqın gedişinə mane törətməyəcəksə, bu həftə məscidin fəaliyyətini bərpa edəcəyik», deyə bu gün Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.
Davamı...
Qamət Süleymanov dini icmalarının ləğv ediləcəyini təkzib etdi
"Əbu-Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanovun Turan agentliyinə müsahibəsi:
- Səhhətiniz necədir?
- Yaxşılaşıram. Artıq ayağımdan tikişləri sökdülər. Səhhətim də normallaşır.
- İbadət etdiyiniz məscidin nə vaxt açılacağını gözləyirsiniz?
- Hələ bimirəm. Qarşıdan Ramazan ayı gəlir. İstərdik ki, o vaxtadək açılsın.
- İstintaqa ifadə vermisiniz?
- Bəli. Partlayışdan 2-3 gün sonra ifadə aldılar.
Davamı...
Allaha həmd olsun ki, bizə mərhəmət edərək, günahlarımızdan təmizlənmək üçün Ramazan ayı kimi fürsət yaradıb. Həqiqətən, bu ay aylar arasında çox böyük və əhəmiyyətli yer tutur. Allah təala belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) müttəqilərdən olasınız!” (əl-Bəqərə, 183).
Davamı...
Üzümüzə müqəddəs Ramazan ayı gəlir. Bizim kimi bütün islam dünyası da Ramazan ayının gəlişindən xəbərdardır. Kimlərsə onu səbirsizliklə gözləyir, kimlərinsə də heç gəlib-yetişənə qədər Ramazandan xəbəri olmur.
Ramazan ayı Allahın əsl qulları üçün bir fürsətdir. Bu, Allaha yaxınlaşmaq və ibadətlərin qarşılığında daha yüksək savab əldə etmək fürsətidir. Ona görə də bu ayda Allahın rəhməti, məğfirəti, lütfü və bərəkəti itaətkar qullarının üzərində olur və Allah Ona yaxınlaşdıran yolları qullarına daha da asanlaşdırır. Məhz Ramazan ayında Allahın əmrilə ən pis və lənətlənmiş şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır.
Davamı...
““Əbu Bəkr” məscidinə atılan partlayıcı maddənin əsl hədəfi hər hansı bir dini qrup deyil, bütövlükdə Azərbaycan Dindarlarıdır”
20 Avqust Azərbaycan Dinşünaslar Birliyinin İdarə Heyəti növbəti iclasını keçirmişdir. ADB sədri Aqil Ələsgərin rəhbərlik etdiyi iclasda Azərbaycandakı dini durum və son günlər yaşanan olaylar müzakirə olunmuşdur. İclasın sonunda Nərimanov rayon “Cümə” məscidində (“Əbu Bəkr” məscidi) baş verən qanlı terror hadisəsi ilə bağlı bəyanat qəbul olunmuşdur.
Davamı...

«500-dən çox insanın toplaşdığı zaman məscidə əl bombası atılırsa, bunun tək hədəfi Qamət Süleyman ola bilməz»
- Burada hədəf İslam təbliği və sabitliyin pozulmasıdır və belə bir qanlı olayın iki-üç nəfərlik başıpozuq bir qrup tərəfindən planlaşdırılıb-həyata keçirilməsinə inanmıram. Bu terror əməliyyatında Azərbaycanın sabitliyini istəməyən xarici qüvvələrin əlinin olması ehtimalı daha yüksəkdir.
- Yaralı, üstüm-başım qan içində və təkbaşına üz tutduğum 5 saylı xəstəxanada bildirdilər ki, cərrah əməliyyatdadır və sizə yardım edə bilmərik.
Davamı...
«Hamı üzülüb, çünki ölən qardaşlarımız var. Ancaq ruhdan düşməyiblər. Hamı zəng edir ki, məscid nə vaxt açılacaq, gələk» Yaralarım yaxşılaşır. Sol tərəfdən ayaq hissəmdən çiynimədək qəlpələr idi. İndi evdəyəm. Həkimə gedirəm, sarğını dəyişirəm, iynələri vurdurub evə qayıdıram».
«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman «Azadlıq» radiosuna belə deyib. O, baş verən hadisə ilə bağlı hazırda nə isə söyləməyin çətin olduğunu bildirib:
Davamı...