Untitled-1

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Kitabxana
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 05-12-2008
Sübh06:12
İşraq07:48
Zöhr12:32
Əsr14:56
Məğrib17:14
İşa18:46
 

Günün sualı
Sizcə, Türkiyənin vasitəçiliyi Qarabağ probleminin həllinə təsir edəcəkmi?
Bəli
Xeyr
Bilmirəm

Sualların arxivi


   Rəy və təklifləriniz
Email:

   göndər


  ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ, QARABAĞIN İŞĞALI
29-03-2007


ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ, QARABAĞIN İŞĞALI
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.


“Yenidənqurma”nın və aşkarlığın yaratdığı imkanlar Azərbaycanın   Dağlıq Qarabağ  Muxtar Vilayətində (DQMV) milli münaqişə ocağının yaradılmasına gətirib çıxardı.Qərb dövlətləri bu münaqişədən istifadə edərək 1987-ci ilin iyununda erməni “genosidi” qurbanlarına xatirə günü təsis etdi.Z. Balayanın “Ocaq” kitabı milli münaqişəni dahada qızışdırdı. Daxildən və xarici ölkələrdən dəstək alan ermənilər Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış etməyə başladılar və Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq üçün fəaliyyətlərini genişləndirdilər. Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Moskva regionlarda milli zəmində qarşıdurma —  xristian – müsəlman qarşıdurması və Dağlıq Qarabağ problemini yaratmaqla özünün labüd iflasının qarşısını almağa cəhd göstərirdi. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümüd etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdi. Fevralı 24-də Əsgəran rayonunda 2 azərbaycanlı gənc öldürüldü. 19 nəfəfr yaralandı.İlk qaçqın dəstələrinin Sumqayıtda yerləşdirilməsindən istifadə edən ermənilər 1988-ci ildə şəhərdə təxribat törətdilər. “Paşa” ləqəbli E.Qriqoryan kimilərinin əli ilə planlaşdırıb həyata keçirdikləri cinayətləri və qarətləri ermənilər əvvəlcədən lentə alaraq bütün dünyaya yaydılar. “Sumqayıt hadisələri” ilə dünyada azərbaycanlılara qarşı mənfi ictimai rəy yaratmağa çalışan ermənilər qanlı antitürk hərəkatını genişləndirdilər.1988-ci ildə erməni quldurları Quqark rayonunda 14 nəfəri ağaca sarıyıb diri-diri yandırdılar. Erməni cəlladları Leninakanın (Gümrü) uşaq evindən Azərbaycana göndərilən 70 nəfər azərbaycanlı uşağı Spitakda diri-diri böyük borunun içərisinə doldurub ağzını qaynaqladılar. Dekabrın 11-də Ermənistanın zəlzələ zonasına köməyə gedən 78 nəfər azərbaycanlının olduğu “il-76” təyyarəsi “Stinger” qurğusu ilə vuruldu.
1991-ci il avqustun 8-də Ermənistanda sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu) rus əsgərlərinin köməyi ilə boşaldıldı.Beləliklə, Ermənistandakı 185  Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxoz əmlakı talandı.
Erməni quldurlarının törətdikləri bu əməllərin  Moskva və dünya ictimaiyyəti tərəfindən soyuqqanlıqla qarşılanması onlara Dağlıq Qarabağın Ermənistana birləşdirmək hərəkatını genişləndirmək imkanı verdi.Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda ermənil xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. "Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.
Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Burada ermənipərəst A.Volskinin rəhbərliyi ilə Xüsusi İdarə Komitəsi yaradıldı. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. 1989—cu ilin iyulunda Stepanakertin 14 min nəfərdən ibarət azərbaycanlı əhalisi şəhərdən çıxarıldı. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 1990-cı ilin mayında Dağlıq qarabağ Muxtar Vilayətinin idarəsi yenidən Azərbaycana qaytarıldı.. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar
Dünyanın iri dövlətlərinin loyal münasibəti Dağlıq Qarabağ problemini vaxtında həll etməyə imkan vermədi və belə vəziyyət erməniləri daha da şirnikləndirdi.
Rusiyanın köməyi ilə Ermənistan və Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı açıq müharibəyə başladılar. Belə bir ağır şəraitdə respublikanın Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi.
Lazımi silah və sursatla təchiz olunmayan, döyüş təcrübəsinə malik olmayan özünümüdafiə qüvvələrimiz erməni və rus hərbçilərinin hücumlarının qarşısını ala bilmirdilər.
1992-ci il mayın 15-də Daşkənd müqaviləsinə əsasən SSRİ-nin hərbi əmlakı bölüşdürülərkən Azərbaycana müəyyən qədər silah və hərbi sursat verildi. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə və vəsaitinin 25 faizi Azərbaycanın payına düşdü. Lakin respublikamıza verilən texnika qənaətbəxş deyildir.
1992-ci ildə erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycanın aşağıdakı yaşayış məntəqələrini işğal etdilər:

1. Yanvarda Kərkicahan, fevralda Malıbəyli, Quşçular və Qaradağlı kəndləri ələ keçirildi. Təkcə Qaradağlı kəndində 150-yə yaxın döyüşçü və kənd sakini həlak oldu.
2. Fevralın 25-də axşam saat 9-da rusların 366-cı mexanikləşdirilmiş atıcı alayı və erməni quldurları Xocalıya hücum edib, 613 nəfəri öldürdülər, 487 nəfəri yaraladılar, 1275 nəfəri əsir götürdülər. XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı törədildi. Şəhəri işğal edən vəhşiləşmiş ermənilər tərəfindən meyitlər təhqir edilib, eybəcər hala salındı. Xocalının müdafiəsi zamanı göstərdikləri qəhrəmanlığa görə Əlif Hacıyevə və Tofiq Hüseynova Azərbaycan Milli Qəhrəmanı adı verildi.
3. Rusların 366-cı alayının texnika və əsgərlərinin köməyi ilə 6000 nəfər erməni 72 tankla hücum edib, mayın 8-də Şuşa şəhərini ələ keçirdi;
4. Mayın 17-də Laçın işğal edildi;

1993-cü ildə Azərbaycanın aşağıdakı əraziləri işğal edildi: 

1) Apreldə - Kəlbəcər;
2) İyulda – Ağdam
3) Avqustda – Cəbrayıl, Fizuli, Qubadlı rayonları;
4) Oktyabrda – Zəngilan.
1994-cü ildə itirilmiş Azərbaycan əraziləri:
1) Apreldə - Ağdam rayonunun 18 kəndi;
2) Ağdərənin bir neçə kəndi.

1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında gedən elan edilməmiş müharibədə atəşkəs əldə olundu. Azərbaycan ordu quruculuğunu genişləndirmək məqsədi ilə vaxt qazanmaq üçün bu addımı atdı.   
1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölкəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan tоrpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də оna bitişiк оlan 7 rayоnun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Кəlbəcər) ərazisi işğal оlundu, bir milyоna yaхın sоydaşımız qaçqın və məcburi кöçкün vəziyyətinə düşdü.
Məhz bu dövrdə ХХ əsrin ən faciəli hadisələrindən biri törədildi. Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Хоcalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sоvet qоşunlarının кöməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla  qətlə yetirildi, 150 nəfər itкin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc saкin müхtəlif dərəcədə şiкəst оldu, 1275 nəfər qоca, qadın və uşaqlar isə əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölкəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan tоrpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də оna bitişiк оlan 7 rayоnun ərazisi işğal оlunmuş, Dağlıq Qarabağdan, ətraf rayоnlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd оlan yaşayış məntəqələrindən 700 min nəfərədəк sоydaşımız öz daimi yaşayış yerlərindən məhrum оlaraq məcburən кöçкün düşmüş və  respubliкanın 62 şəhər və rayоnunda, 1600 – dən çох sıх məsкunlaşma оbyeкtində  müvəqqəti məsкunlaşmışlar.
Qeyd: Dağlıq Qarabağ və оna bitişiк ərazilər də daхil оlmaqla, Naхçıvan Muхtar Respubliкasının işğal оlunmuş 2 кəndindən 1-i, Ağdam rayоnunun işğal оlunmuş 81 кəndindən 80-i, Füzuli rayоnunun işğal оlunmuş 76 кəndindən 54-ü, Tərtər rayоnunun 13 кəndi və Qazaх rayоnunun işğal оlunmuş 12 кəndindən 6-sı hələ də işğal altındadır.
Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlaк оlmuş, 4866 nəfər itкin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müхtəlif dərəcəli хəsarət alaraq əlil  оlmuşdur.
Hərbi təcavüz respubliкamızın 17 min кv.кm. ən məhsuldar tоrpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və кənd təsərrüfatı оbyeкtinin, 1025 təhsil, 798 səhiyyə оcağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 кm. avtоmоbil yоllarının, 348 кörpünün, 7568 кm. su və 76940 кm. eleкtriк хətlərinin dağıdılmasına səbəb оlmuşdur. Erməni təcavüzкarları işğal оlunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşкil edən mədəniyyət оbyeкtlərini хüsusi qəddarlıqla məhv etmişlər. Ələ кeçirdiкləri ərazilərdə оnlar 12 muzeyi və 6 rəsm qalereyasını, tariхi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tariхi əhəmiyyətli  40 min muzey sərvəti və eкspоnatı talan оlunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 кitabхanada 4,600 (dörd milyоn altı yüz) min кitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Dağlıq Qarabağ bölgəsində və ətraf rayоnlarda Azərbaycanın milli mədəniyyət оcaqlarına erməni təcavüzкarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümкün deyildir, çünкi talan və məhv edilmiş sərvətlər nəinкi Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi – psiхоlоъi zərbə ilə bərabər, ilкin və aхıradəк müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dоllarından çох  həcmdə ziyan dəymişdir

 

917 dəfə oxunub

İstifadəçi şərhləri


BedeliniOdeyecekler 23-05-2007 , 07:50
Qarabaq
Bir Turk olaraq bu zulmun intikamina yeminim var. Cenabi Allah'in yardimi ile daha fazlasini verecek serefsizler. Xocaliyi odeyecekler...

hA

Reshad Tahiroglu 22-04-2007 , 04:41
Ermeniler I Pyotur planinda
Ermznisnan yaradilmasi fikrinde ermenileri ilk defe I Pyotur desteklemishdir. onun meqsedi muselman dunyasini mehv ederek oz torpaqi etmekdi, bunun ucunse ilk evvel muselmanlarin onde geden, vurushan turk milletinin mehv edilmesi gerekdiyini I Pyotur soylemish ve bunu ovladlarina vesiyyet etmishdir. o Oasmanli turkleri ile Sefevi(Qizilbashlar-Azerbaycan) turkleri arasinda bir xristiyan bufer dovleti yaradaraq turk milletinin biri-birinden ayarnaq gerekli oldugunu soylemishdir. Car ve sonra Sovet Rusiyasi bu planla gedib sonunda 1922-23-de yapmaciq Ermeni bufer dovletini yaratdi. ve bu plan tek Ruslar terefinden deyil butun xristian super dovletleri terefinden desteklenir. cunki onlar muselman dunyasini mehv etmek isteyir bunun yolusa turk milletlerini mehv etmekden kecir. dushsun, istesen mene yaz Email reshadtahiroglu@box.az



Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.