Dekabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Əlisahib Əroğulun «Erməni-daşnak faşizmi və Azərbaycan» kitabının təqdimetmə mərasimi keçirilib. Yazıçı-publisist kitabda amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist və militarist, Azərbaycan türkünün qanına susamış erməni-daşnak faişizminin qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb göstərib. Müəllif erməni silahlı birləşmələrinin, təxribatçı dəstələrinin XIX-XX əsrlərdə, xüsusilə də son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin vəhşiliyindən söz açır. /ANS PRESS/

