Görüşdə Ermənistanda keçiriləcək prezident seçkilərinin mümkün nəticələri,Dağlıq Qarabağın taleyi və sair məsələlər müzakirə edəcək
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Kondaliza Raysla görüşəcək. Azərbaycan prezidenti Ermənistanda keçiriləcək prezident seçkilərinin mümkün nəticələri, Dağlıq Qarabağın taleyi və «Transxəzər» qaz kəməri ilə bağlı məsələlər barədə danışıqlar aparacaq.
Davamı...
Azərbaycan jurnalistlərinin Şimali Kiprə səfəri yekunlaşıb
Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Mərkəzinin təşkil etdiyi Quzey Şimali Kipr lobbi çalışması çərçivəsində Azərbaycan jurnalistlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb. Şimali Kiprin 24-cü quruluş ildönümünə təsadüf edən səfər zamanı Azərbaycanın media təmsilçiləri dövlət televiziyası olan Bayraq Radio Televiziyasının rəhbəri Əhməd Okan və Mülki Müdafiə Təşkilatının yeni başqanı Faruk Bozdəmirlə görüşüblər.
Davamı...
Bolqarıstanın baş naziri Sergey Stanişev münaqişənin hər iki tərəf üçün ağrılı proses olduğunu deyib
«Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz, bu münaqişə həm Azərbaycan, həm Ermənistan, həm region üçün ağrılı problemdir”. Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Bolqarıstanın baş naziri Sergey Stanişev deyib.
Davamı...
Paneldə münaqişə ilə bağlı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları da gözlənilir
Bu gün Almaniya Bundestaqında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsi (MK) və Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunun birgə təşkilatçılığı ilə “dondurulmuş münaqişələr” mövzusunda toplantı başlayıb. APA-nın tədbiri işıqlandıran Avropa bürosunun əməkdaşının məlumatına görə, toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinə Milli Məclisin 4 deputatı - MK üzvləri Səməd Seyidov, Aydın Abbasov, Milli Məclisin beynəlxalq əlaqələr komissiyasının üzvləri Asim Mollazadə və Çinqiz Əsədullayev, Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov və ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov daxildir.
Davamı...