Bütün hallarda düşmən cavab atəşi ilə susudurulub
Ermənistan silahlı qüvvələri fevralın 4-ü günün ikinci yarısından başlayaraq atəşkəs rejimini pozub. Erməni ordusu bu gün səhər saatlarına qədər fasilərlərlə Tərtərin Seysulan, Göyrax, Füzulinin Alxanlı, Goranboyun Gülüstan, Ağdamın Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
Davamı...
Kasetli bombaları İrəvana Rusiya verib
Qarabağ müharibəsində Ermənistan və Azərbaycan kasetli bombalardan istifadə edib və bu barədə faktlar var. Minalar Əleyhinə Azərbaycan Kampanyiasının (MƏAK) rəhbəri Hafiz Səfixanov bu sözləri dünən BMM-də keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Norveçin yardımı ilə həyata keçirilən monitorinq zamanı bunların sovet istehsalı olan kasetli bombalar olması və həmin silahlardan istifadə nəticəsində 9 nəfərə qədər adamın həlak ololduğu, 40-a qədər adamın yaralandığı müəyyən olunub. H.Səfixanov Dağlıq Qarabağda bu məsələ ilə bağlı monitorinq aparan İngiltərə QHT-sinin həmin silahlardan 162 ərazidə istifadə olunduğu və 152 ərazidə ola bilməsi bəyanatı verdiyini deyib. Gürcüstandan çıxarılan və Ermənistanda yerləşdirilən rus qoşunları Ermənistana 5 min ədədə qədər kasetli bomba aparıb. Ermənistanda yerləşdirilən sursatlar arasında tank əleyhinə minaların sayının həddən artıq olduğunu deyən H.Səfixanov, buraya 4 tondan artıq mina gətirildiyini vurğulayıb.
Davamı...
Samir Məmmədovun anası Təranə Məmmədova ANS TV-yə bildirib ki, oğlundan sonucu məktubu 2007-ci il martın 7-də alıb
Ötən ilin dekabrında cəbhənin Qazax istiqamətində əsir düşən və artıq bir ildən çoxdur ki, Ermənistanda əsirlikdə saxlanan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovdan heç bir xəbər yoxdur. Əsirin ailəsinin övladlarından xəbər almaq cəhdləri isə boşa çıxır. Erməni əsirliyində olan Samir Məmmədovun anası Təranə Məmmədova ANS TV-yə bildirib ki, oğlundan sonucu məktubu 2007-ci il martın 7-də alıb. Martın 9-da isə valideyinlər S. Məmmədova məktub yazıb və bu günədək məktublarına cavab gəlməyib. T. Məmmədovanın dediyinə görə, onun adından gələn məktubu isə Samir Məmmədov özü yazmayıb.
Təranə Məmmədova oğlunun Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı Ermənistan kütləvi informasiya vasitələrində yazılanların yalan olduğunu bildirib. Əsir anasının sözlərinə görə, oğlunun nə zaman qayıdacağı ilə verilən vədlər də puçdur və indi əsrin qaytarılması ilə məşğul olan qurumlardan da heç bir məlumat ala bilmir. Hazırda Bərdədə yaşayan valideyinlər övladlarından yeni xəbər eşitmək ümidi ilə bir həftədən sonra Bakıya gələcəklər.
Davamı...
Ermənilər Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini atəşə tutublar
Ermənistan silahlı qüvvələri dekabrın 22-i axşam saatlarından başlayaraq, səhərə qədər Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Yazaçı-publisist Əlisahib Əroğlunun yeni kitabının təqdimat mərasimi keçirilib
Dekabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Əlisahib Əroğulun «Erməni-daşnak faşizmi və Azərbaycan» kitabının təqdimetmə mərasimi keçirilib. Yazıçı-publisist kitabda amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist və militarist, Azərbaycan türkünün qanına susamış erməni-daşnak faişizminin qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb göstərib. Müəllif erməni silahlı birləşmələrinin, təxribatçı dəstələrinin XIX-XX əsrlərdə, xüsusilə də son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin vəhşiliyindən söz açır. /ANS PRESS/
Azərbaycan Ordusunun mövqeləri Xocavənd, Ağdam və Tərtər istiqamətində atəşə tutulub
Ermənistan silahlı qüvvələri noyabrın 19-u axşam saatlarından başlayaraq gecəyə qədər fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli və Sarıcalı, Tərtərin Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Müdafiə Nazirliyinin məlumatına görə, cavab atəşilə qarşı tərəf susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri noyabrın 16-ı gecə saatlarından başlayaraq fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu Füzulinin Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qərvənd, Tərtərin Çiləbürt, Ağdamın Tağıbəyli, Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
.P.Tumanyanın Moskva Neft-Qaz Universiteti üçün yazdığı dərslik vəsaiti Bakıda 300 manata satılır Bakıda erməni müəlliflərinin əsərləri satılır. V.P.Tumanyanın Moskva Neft-Qaz Universiteti üçün yazdığı dərslik vəsaiti Bakının mərkəzində, «Akademkitab»da çox yüksək qiymətlərlə satılır.
Davamı...