Mövqeləriz avtomat və pulemyotlardan atəşə tutub
Ermənistan silahlı qüvvələri oktyabrın 15-i atəşkəs rejimini yenidən pozublar. Erməni ordusu İcevanın Vazaşen, Ağdamın Sarıcalı kəndlərindəki mövqelərindən Azərbaycan sialahlı qüvvələrinin üzbəüz mövqelərinin avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəş ilə susdurulub. İtki yoxdur./ANS PRESS/
Xəbərlər 137 atəşkəs, sülh, erməni, soykirim, soyqirim, pozan, ermeni, səngər, müharibə, dava, dəvət
Bu bəyanatla Müdafiə Nazirliyinin rəsmisi Eldar Sabiroğlu çıxış edib
Cəbhə xəttində son vaxtlar demək olar ki, hər gün atəşkəsin pozulması hadisəsi qeydə alınsa da, Azərbaycandan fərqli olaraq, Ermənistan mətbuatının susması bu ölkənin daxili siyasətinə hesablanıb. Bu bəyanatla Müdafiə Nazirliyinin rəsmisi Eldar Sabiroğlu bildirib.
Davamı...
Ermənistanın keçmiş dövlət başçısı 2008-ci ildəb keçiriləcək prezident seçkilərində Qarabağ ermənilərindən dəstək istəyib
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Xankəndinə gələrək Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyanla görüşüb. Qeyri-rəsmi məlumatlara görə, Ter-Petrosyan Saakyanı iyulda keçirilmiş seçkilərdə qalib gəlməsi münasibətilə təbrik etmək üçün Qarabağda olub. «Kavkaz memo» informasiya saytında yayılan xəbərə görə, bir saatdan çox davam edən danışıqlarda Ermənistanın keçmiş dövlət başçısı 2008-ci ilin fevral ayında keçiriləcək prezident seçkilərində Qarabağ ermənilərindən dəstək istəyib.
Agentlik qeyd edib ki, Qarabağ əhalisi səsvermə prosesində iştirak etməsə də, ümumi ab-hava və Qarabağ ermənilərinin mövqeyi seçkilərdə böyük təsirə malikdir. Xatırladaq ki, qarşıdan gələn seçkilərdə Levon Ter-Petrosyanın əsas rəqibi indiki baş nazir Serj Sarkisyan olacaq. Sarkisyan da bu gün Dağlıq Qarabağa gedəcək./ANS TV/
Xəbərlər 186 levon, petrosyan, ermeni, prezident, erməni, dığa, qarabağ, ter, terrorist, dunen, gun, xəbərlər, xəbər