Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlə ermənilər tərəfindən talan olunur.Təcavüzkar Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ölkə ərazisinin beşdə birinin ilhaqı, on minlərlə insanın qətlə yetirilməsi, yaralanması, əsir və İtkin düşməsi, bir milyondan artıq adamın yurd-yuvasından didərgin salınması, yüzlərlə yaşayış məntəqəsinin xarabazarlığa çevrilməsi, bütöv infrastrukturun dağılması ilə nəticələnmişdir.
Qonşu dövlətin torpaqlarını zəbt etməklə kifayətlənməyən Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus hər şeyi dağıtmaq, mənimsəmək, qarət və məhv etmək məqsədini inadkarcasına yerinə yetirməkdədir. O, Dağlıq Qarabağın, həmçinin onun ətrafındakı Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı rayonlarının ərazilərində mövcud olmuş tikililəri, tarix, mədəniyyət, memarlıq, dini abidələri, infrastrukturu dağıtmaqla yanaşı, faydalı qazıntı yataqlarını, meşələri, qoruqları, şirin və mineral su ehtiyatlarını, nadir bitki və heyvanat nümunələrini, bir sözlə, əlinə keçən yerüstü-yeraltı sərvətlərin hamısını talan etməklə məşğuldur.
Davamı...

