Bakı – APA. Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalından 15 il ötür. APA-nın məlumatına görə, hər iki rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.Ərazisi 1050 kv.km olan Cəbrayıl bütövlüklə, ərazisi 1112 kv.km olan Füzulinin isə mərkəzi və 51 kəndi işğal altındadır. Füzulinin işğalı nəticəsində 55 min nəfərə yaxın sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb, 1100-dən çox rayon sakini şəhid, 1450 nəfər müxtəlif dərəcəli əlil olub, 113 nəfər əsir götürülüb.
Davamı...


