Ermənistan ordusu Ağdamın Əfətli kəndini atəş altında saxladığından meyidlərdən birini ərazidən çıxarmaq hələ də mümkün olmayıb
Ermənistan silahlı qüvvələri ötən axşam cəbhə xəttində növbəti dəfə atəşkəs reciini pozub. Qarşı tərəfin Ağdam istiqamətində acdığı atəş nəticəsində Əfətli kəndinin iki sakini ölüb, ikisi yaralanıb. ANSPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə martın 8-də təxminən saat 19.00 radələrində baş verib. Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Yusifcanlı kındindən atəş açmağa başlayıb.
Davamı...
Tərtərin Çiləbürt kəndi yaxınlığında baş verən atışma zamanı itki qeydə alınmayıb
Ermənistan silahlı qüvvələri bu gün gecəyarı yenidən atəşkəs rejimini pozub. Erməni ordusu bir saat ərzində Tərtərin Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Erməni silahlı qüvvələri noyabrın 1-də yenidən atəşkəs rejimini pozub. Erməni ordusu Tərtərin Çiləburt, Çaylı və Göyarx, Füzulinin Qoran, Alxanlı və Horadiz kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyot silahlardan atəşə tutublar.
Davamı...
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 30-da saat 22.00-dan 22.05-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 23.45-dən 00.10-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərindən, oktyabrın 31-də saat 05.15-dən 05.25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.