Qarabağ, coğrafi məkan kimi kiçik Qafqaz dağlarından başlamış, Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Qədim dövrdə və ilkin orta əsrlərdə Qarabağ Azərbaycan dövləti Qafqaz Albaniyasının ərazisində olmuş, VІІ əsrdə əhalisinin əksər hissəsi islam dinini qəbul etmiş, Qarabağın dağlıq hissəsində yaşayanlar isə xristian dininə qulluq etməkdə davam etmişlər. Sonralar Qarabağ şəddadilərin, səlcuqların, eldəğəzlərin, Xəmsə adı ilə tanınan beş məlikliyin, teymurilərin, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, Qarabağ bəylərbəyliliyinin hakimiyyəti altında olmuşdur. XVІІІ əsrdə Azərbaycanda yaranmış ən güclü feodal dövlətlərindən biri Qarabağ xanlığı olmuşdur. Rusiya-İran müharibəsindən sonra İran dövlətinə xəyanət etmiş ermənilərin çarizm tərəfindən Qarabağa köçürülməsi buranın etnik tərkibində güclü dəyişiklik etmiş, gəlmə ermənilər yerli xristian kilsəsini assimilyasiya uğratmış bu tarixi hadisə sonralar Qarabağ uğrunda erməni nifağının ortaya çıxmasının əsasını qoymuş, nəhayət, 1923-cü il İyulun 7-də Moskvanın güclü təzyiqi altında ərazinin ermənilərin sayca üstünlük təşkil etdiyi 4,4 min kv.km hissəsində süni şəkildə Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir qurum yaradılmış və bu həmin nifağın 65 il sonra yenidən qızışmasına imkan vermişdir. Hazırda Qarabağın təkcə dağlıq hissəsi deyil, bütövlükdə böyük bir ərazisi Ermənistan qoşunlarının, buradakı erməni yaraqlılarının və beynəlxalq terroristlərin işğalı altındadır. Davamı...

