Kasetli bombaları İrəvana Rusiya verib Qarabağ müharibəsində Ermənistan və Azərbaycan kasetli bombalardan istifadə edib və bu barədə faktlar var. Minalar Əleyhinə Azərbaycan Kampanyiasının (MƏAK) rəhbəri Hafiz Səfixanov bu sözləri dünən BMM-də keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Norveçin yardımı ilə həyata keçirilən monitorinq zamanı bunların sovet istehsalı olan kasetli bombalar olması və həmin silahlardan istifadə nəticəsində 9 nəfərə qədər adamın həlak ololduğu, 40-a qədər adamın yaralandığı müəyyən olunub. H.Səfixanov Dağlıq Qarabağda bu məsələ ilə bağlı monitorinq aparan İngiltərə QHT-sinin həmin silahlardan 162 ərazidə istifadə olunduğu və 152 ərazidə ola bilməsi bəyanatı verdiyini deyib. Gürcüstandan çıxarılan və Ermənistanda yerləşdirilən rus qoşunları Ermənistana 5 min ədədə qədər kasetli bomba aparıb. Ermənistanda yerləşdirilən sursatlar arasında tank əleyhinə minaların sayının həddən artıq olduğunu deyən H.Səfixanov, buraya 4 tondan artıq mina gətirildiyini vurğulayıb.
Davamı...