Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, İslamabadda nəşr olunan həftəlik “Pulse” qəzetində Pakistan Qaid-e Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru İştiaq Əhmədin “Dağlıq Qarabağ: Qafqazın qaynar münaqişəsi” adlı geniş məqaləsi dərc edilmişdir.
Məqalədə professor İ.Əhməd Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın Azərbaycana ərazi iddiası və bu ölkənin separatçı siyasəti nəticəsində baş verdiyini, Azərbaycanın 20 faiz torpaqlarının işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin salındığını bildirmişdir. Müəllif beynəlxalq ictimaiyyətin İraq, Fələstin, Əfqanıstan və digər münaqişəli bölgələrdən fərqli olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqətdən kənarda saxladıqlarını qeyd etmişdir.
Professor İ.Əhməd münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu vasitəsilə aparılan müzakirələr barədə məlumat verərək, işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin hələlik həllini tapmadığını oxucuların diqqətinə çatdırır.
Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçirdiyi beynəlxalq konfransda iştirak etdiyini bildirən pakistanlı alim, azərbaycanlı həmkarları ilə keçirdiyi görüşlərdə də onların Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin mümkün olmadığı təqdirdə torpaqların digər vasitələrlə azad edilməsinə nail olacaqlarını qətiyyətlə bildirdiklərini yazır.
Qondarma “erməni soyqırımı”ndan danışan alim, ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri qətliamdan söz açmışdır.
İşğal edilmiş ərazilərdə Ermənistanın köməyi ilə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirən İ.Əhməd, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu xüsusi qeyd etmiş, rəsmi Bakının Dağlıq Qarabağa Azərbaycan ərazisi daxilində ən yüksək muxtariyyət verməyə hazır olduğunu göstərmişdir.
Pakistanlı alim Bakıya səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə görüşmüş, gənc diplomatlar qarşısında Cənubi Asiyada gedən proseslərlə bağlı məruzə etmişdir.