Qubadlı Blogu Haqqında
Burada çalışacağıq ki, həm müxtəlif xatirələrimizi yazaq, həm sizden gələn maraqlı faktları, xəbərləri və informasiyaları xalqa çatdıraq. Biz böyük ölçüdə Qubadlının rəsmi saytını yaratmaq istəyirik. Bu işdə bizə hər cəhətdən kömək edən vətənpərvər insanların həm maddi, həm də mənəvi köməyinə ehtiyacımız var. Bizə Qarabağa aid xatirələrinizi yazıb göndərin ki, onları burada yerləşdirək. Bundan bashqa şəxsi ailələrə aid şəkilləri, indiyə qədər gündəliyimdə olan bəzi qeydləri sizinlə paylaşacağam. İradlarınıza, tənqidlərinizə, şərhlərinizə daima ehtiyacımız var. Gəlin bir olaq, birlik olaq. Allaha ibadət edən qullardan olaq.
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Qarabağ Xəbərləri
Digər Xəbərlər
Keçidlər
Dost bloglar
Açar sözlər
qubadli qarabag atəşkəs sulh erməni xəbər əsgər elan müharibə idman, yeni şəhid dağlıq münaqişə sayt əliyev islam soyqırım www.qubadli.com vətən qubadlı, torpaq aliyev azərbaycan, ermeni, soyqırım, rayon ilham saytı erməni, pozulub qəzet turkiye abş işğal spsial söz kənd qafqaz dünya türkiyə gənc reklam düşmən atəşkəs, şəhidlər iran soykirim dənizi, vakansiya ramazan rayon, qəza, ordu pozan, əsir president ermənilər lord qarabağ, herb apa amerika prezident soykirim, gun, bayram, azərbaycan blog pen xəzər sülh, meyid, yığma, seçki dizayner almaniya terrorist, konnfransi universitet, irəvan azerbaycan, qarayev zabit fizuli dunen, ikt dəvət mənbə qitə, şair şəhər qarabaq unutma yağ, elmar savad, yaralı xəzərdə kürd müstəqillik abdulov xeber ermənistan arxiv add cavab, səngər ramil şahmat, khubadli kend çörək müəllif xətt mübariz petrosyan, kondalize turk, kino ateshkes kosova, refahiya budaq gəncləri rejimi oruc barak esirler müsibət, anspress.com qaynaqlar baku xanəmir daim qələm, 20 meyit, bu trend status bundestanq daşnaq qahirə kanal əbülfəz derman 2008 devis tərtər konfransı müharibə, qarabağı şerləri mərkəz ağdam yağı, məmmədyarov milli af, pkk abş, etər enverpashadergisi rejim tarix adət, avropa cevap, səfərov futbol, kubadli pulu qiymət ermeni terrorist prezident, müzakirə turkler, kubok, muharibe şəkilistanbul çərşənbə qrupu xain tez-tez obama məmmədov otel, fm dünya, tarixi islamoglu başçısı dondurulumuş akif anım gənc, lham free ev yerevan dağ faşizm xəbərlər, amin xezer boks, karabagh elm həcc kosovo ağamədov təşkilatı səngər, tanıyaq ştat, xatirə qondarma qafsam denktaş yemək street soyqırımı, məclis bəla, diqqət amerika, fərhad məqalə neler barama kənd, parlamenti hazar üç komanda sehir qalxıb satış rays türklər, ans rusiya, abulfaz el təşəbbüs xayin bütün ramazan, ştat samir reklam, radio elm, təcavüzkar mustafa icra sponsor, matəm institut xazar, 05-02-2008 günü, əliyar fond azernews faşizmi alim, esger musavat xəbər, karabahg icad orucu cəbhə əsiri ismayıl fesival avropa, ölüm səfirliyi, əkrəmin respublika strateji kipr mütamadi the sual, qerar haber, eurovision heykayə xaric telmanoğlu tuman qubadlıda nehrə qərar gen itkin, serbiya, preziden yaxşı əsər mina ter, kahire təhsil, ibrahim nazir hərb cəbrayıl qol hal dığa, çaylı əsirlər dava, region islam, dəftəri şuşa garabag şəhidi şəkil, yanvar lobbbisi, pozuldu mustekil, ana hediyye dərs panel qubadl kubadli, auditoriya, yara nöqtə məğlub gubadli ziyarəti terri kiv gənclər levon, yolçubəyli film futbol qətl herb, erzincan göyçay rauf pozulur bayramı, wall tehsil, qüdrət love təcili azərbaycanlıları, dövlət bakı turk movqe qurd nehrə, şura genc,
Sayqaç
İndi blogda: 5
Keçən ayın hiti: 13299
Dünənki hit: 349
Bugünki hit: 88
Ümumi hit: 159830
Müxtəlif
Site Ekle
Sohbet
Siteni ekle

Qarabağın status məsələsinə səs verin
Yazar: Abusaleh @ Sentyabr 9, 2008 18:32 | Sizdən gələnlər, Elanlar, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 20
Açar sözlər: qarabağ status erməni saytı yerevan
![]()
![]()
![]()
Qubadlı saytına kömək və dəstəyi əsirgəməyin
Salam aleykum. Əziz və dəyərli dostlar! Biz hələlik son vaxtlar blogu yeniləmədik və bu da nəticədə blogumuzun ziyarətçilərinin azalmasına səbəb oldu. Əvvəllər hamınız bu bloga daxil olur və yazıları oxuyurdunuz. Dəfələrlə biz bildirdik ki, bizim Qubadlının saytını yaratmağa böyük ehtiyacımız var. Ona görə ki, haqsız olaraq torpaqlarımız işğal altındadır və biz dəfələrlə bu məsələni qeyd etdik ki, ermənilər öz batil iddalarını yaydığı halda biz də oturmadan öz haqq iddiamızı yaymalı və dünya səviyyəsində bu barədə təbliğat aparmalıyıq.
Yazar: Abusaleh @ Avqust 30, 2008 0:19 | Qubadlı xatirələri, Elanlar, Məqalələr, Xəbərlər, Xatirə dəftərim, Qarabağ Problemi | Şərhlər(5)
Baxış sayı: 196
Açar sözlər: karabagh karabahg qarabağ qubadlı
![]()
![]()
![]()
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 15 il ötür
Bakı – APA. Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalından 15 il ötür. APA-nın məlumatına görə, hər iki rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərazisi 1050 kv.km olan Cəbrayıl bütövlüklə, ərazisi 1112 kv.km olan Füzulinin isə mərkəzi və 51 kəndi işğal altındadır. Füzulinin işğalı nəticəsində 55 min nəfərə yaxın sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb, 1100-dən çox rayon sakini şəhid, 1450 nəfər müxtəlif dərəcəli əlil olub, 113 nəfər əsir götürülüb.
Yazar: Abusaleh @ Avqust 23, 2008 17:18 | Xəbərlər, Ölkə xəbərləri, İşğal | Şərhlər(0)
Baxış sayı: 24
Açar sözlər: apa fizuli cəbrayıl işğal qarabağ
![]()
![]()
![]()
Atəşkəs nə qədər pozulacaq?
Azərbaycan Ordusunun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
VƏTƏN – ANADIR!!!
Ey, millət! Özünə gəl! Ayıl qəflət yuxusundan. Tarixinə ,əcdadlarının qoyduğu Vətən torpaqlarına, sərvətlərinə, mənəvi dəyərlərinə sahib çıx! Unutma ki, sən böyük Turan elinin sahibisən! Keçib-gedib və bitəcək ZAMANA hamının ehtiyacı var! Qarabağa niyə getmirik? Axı "Torpaqdan pay olmaz" - deyib atalar. Atalar yalan danışmaz. Bütün xeyir- bərəkət də torpaqla bağlıdır. Hər səhər ümüdlə oyanıram ki,... Torpaqla bağlı reklama ehtiyac varmı?
Vətən qocalan, köhnələn, yenidən dünyaya gələn, yenisi ilə əvəz olunan varlıq deyil. VƏTƏN-ANADIR!
Yazar: Abusaleh @ İyul 26, 2008 18:11 | Sizdən gələnlər, Adətlər, Məqalələr, Atəşkəs Pozulması, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 50
Açar sözlər: ana vətən torpaq qubadlı qarabağ
![]()
![]()
![]()
Ermənistan işğal etdiyi ərazilərdə terror bazaları yerləşdirir
Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi ərazilərində terror bazalarının yerləşdirilməsinə ciddi münasibət göstərməyə çağırır. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirib.
Yazar: Abusaleh @ Fevral 18, 2008 18:44 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(2)
Baxış sayı: 228
Açar sözlər: qarabağ spsial münaqişə lord pen
![]()
![]()
![]()
ERMƏNİLƏR QARABAĞ MÜHARİBƏSİNDƏ QADAĞAN EDİLMİŞ BOMBALARDAN İSTİFADƏ EDİBLƏR
Kasetli bombaları İrəvana Rusiya verib
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Norveçin yardımı ilə həyata keçirilən monitorinq zamanı bunların sovet istehsalı olan kasetli bombalar olması və həmin silahlardan istifadə nəticəsində 9 nəfərə qədər adamın həlak ololduğu, 40-a qədər adamın yaralandığı müəyyən olunub. H.Səfixanov Dağlıq Qarabağda bu məsələ ilə bağlı monitorinq aparan İngiltərə QHT-sinin həmin silahlardan 162 ərazidə istifadə olunduğu və 152 ərazidə ola bilməsi bəyanatı verdiyini deyib. Gürcüstandan çıxarılan və Ermənistanda yerləşdirilən rus qoşunları Ermənistana 5 min ədədə qədər kasetli bomba aparıb. Ermənistanda yerləşdirilən sursatlar arasında tank əleyhinə minaların sayının həddən artıq olduğunu deyən H.Səfixanov, buraya 4 tondan artıq mina gətirildiyini vurğulayıb.
Yazar: Abusaleh @ Fevral 4, 2008 19:13 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 219
Açar sözlər: musavat qəzet xəbər qarabağ erməni
![]()
![]()
![]()
Parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi dinləmələrin keçirilməsi təklif edilib
Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş xüsusi dinləmələrin keçirilməsi təklif olunub. Parlamentin yaz sessiyasının ilk iclasında çıxış edən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, fövqəladə iclasa Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, ekspertlər və hökumət nümayəndələri də dəvət olunmalıdır: «Ermənistanda belə müzakirələr mütəmadi olaraq keçirilir. Ahərbaycanda isə yalnız bir dəfə mərhum Heydər Əliyevin prezidentliyi dövründə xüsusi iclas keçirilib».
Yazar: Abusaleh @ Fevral 1, 2008 17:01 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 233
Açar sözlər: milli məclis qerar qüdrət qarabağ
![]()
![]()
![]()
İlham Əliyev Kondaliza Raysla Dağlıq Qarabağdan danışacaq
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Kondaliza Raysla görüşəcək. Azərbaycan prezidenti Ermənistanda keçiriləcək prezident seçkilərinin mümkün nəticələri, Dağlıq Qarabağın taleyi və «Transxəzər» qaz kəməri ilə bağlı məsələlər barədə danışıqlar aparacaq.
Yazar: Abusaleh @ Yanvar 23, 2008 19:23 | Xəbərlər, Qarabağ Problemi | Şərhlər(0)
Baxış sayı: 203
Açar sözlər: dağlıq qarabağ kondalize rays müzakirə
![]()
![]()
![]()
Qarabağın işğalının iqtisadi nəticələri
Güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalıdır
millət vəkili
Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir. Eyni zamanda yüz ildən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilər Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyasını yürütməyə çalışırlar. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsinə, Qafqazda ermənilərin sayının süni surətdə artırılmasına, regionun etnik mənzərəsinin dəyişdirilməsinə və “erməni məsələsinin” qızışdırılmasına başlanılmışdır.
Yazar: Abusaleh @ Yanvar 12, 2008 14:42 | Məqalələr, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 237
Açar sözlər: qarabağ spsial münaqişə lord pen
![]()
![]()
![]()
Ermənistan silahlı qüvvələri bu gün fasilələrlə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 1-də saat 21.10-dan yanvarın 2-i saat 07.10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, yanvarın 2-də saat 06.10-dan 06.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.20-dən 06.30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Yazar: Abusaleh @ Yanvar 2, 2008 18:44 | Xəbərlər, Atəşkəs Pozulması | Şərhlər(0)
Baxış sayı: 244
Açar sözlər: atəşkəs pozulub qarabağ torpaq vətən
![]()
![]()
![]()
Türkiyədə 2008-ci il Qarabağ ili elan edilib
Bu il dekabrın 10-dan gələn ilin dekabrın 10-a kimi Tükiyədə Qarabağ ili elan olnub. Bu barədə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı BMM-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Türkiyənin 212 Milli Qeyri Hökumət Təşiklatı tərəfindən qərar qəbul olunub.
Yazar: Abusaleh @ Dekabr 13, 2007 21:28 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 229
Açar sözlər: turkiye türkiyə qarabag qarabağ ili
![]()
![]()
![]()
Ermənilər işğal altında olan Qarabağ torpaqlarına PKK-çı terrorçuları yerləşdirir
Türkiyədə sərhəddən kənar əməliyyatların başlaması ilə çıxılmaz vəziyyətə düşən PKK terrorçuları Şimali İraqdan çıxış planları hazırlayırlar. Türkiyənin "Akşam" qəzetinin yaydığı məlumata görə, PKK-nın içində olan erməni terrorçular Cəhubi Qafqaz regionuna gəlmək üçün çarə axtarırlar. Türkiyə isə terrorçu ermənilərin işğal altında olan Dağlıq Qarabağa gəlmək üçün planlar hazırladığını öyrənib.
Yazar: Abusaleh @ Dekabr 3, 2007 19:26 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 262
Açar sözlər: ermənilər ermeni qarabağ qarabag pkk
![]()
![]()
![]()
Rauf Denktaş Dağlıq Qarabağ və Kipr məsələlərinin müqayisəsinin yanlış olduğunu vurğulayaraq “Kiprin ermənisi rumdur” deyib
Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Mərkəzinin təşkil etdiyi Quzey Şimali Kipr lobbi çalışması çərçivəsində Azərbaycan jurnalistlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb. Şimali Kiprin 24-cü quruluş ildönümünə təsadüf edən səfər zamanı Azərbaycanın media təmsilçiləri dövlət televiziyası olan Bayraq Radio Televiziyasının rəhbəri Əhməd Okan və Mülki Müdafiə Təşkilatının yeni başqanı Faruk Bozdəmirlə görüşüblər.
Yazar: Abusaleh @ Noyabr 19, 2007 18:15 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 252
Açar sözlər: rauf denktaş dağlıq qarabağ kipr
![]()
![]()
![]()
ABŞ Dağlıq Qarabağ adında respublika tanımır
“Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ adında respublika Birləşmiş Ştatlar və istənilən digər xarici dövlət tərəfindən tanınmayıb. Rəsmi Vaşinqton bu ərazidə keçirilən son “prezident” seçkilərini də tanımır”.
Yazar: Abusaleh @ Noyabr 15, 2007 18:37 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 285
Açar sözlər: abş amerika qarabağ qarabaq garabag
![]()
![]()
![]()
«Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz»
«Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz, bu münaqişə həm Azərbaycan, həm Ermənistan, həm region üçün ağrılı problemdir”. Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Bolqarıstanın baş naziri Sergey Stanişev deyib.
Yazar: Abusaleh @ Noyabr 13, 2007 14:42 | Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 474
Açar sözlər: dağlıq qarabağ münaqişə daim dondurulumuş
![]()
![]()
![]()
