Ermənilər kəndləri bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutublar
Tovuzun Əsrik Cırdaxan və Koxanəbi kəndləri dünən 18.00 radələrindən başlayaraq ermənilər tərəfindən bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, martın 18-dən başlayaraq hər iki kənd mütəmadi atəşə məruz qalır.
Davamı...
Ermənilər işğal altındakı ərazilərimizdə kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib
Ermənistan işğal etdiyi Laçın rayonunu erməniləşdirmək məqsədilə bu ərazilərdə yaşı min illərlə ölçülən tarix və mədəniyyət abidələrinin bir çoxunu - qaya təsvirlərini, süjetli daşları, oymaları, dini memarlıq abidələrini məhv edərək, yer adlarını dəyişdirir.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov APA-ya bildirib ki, ABŞ, Kanada, Fransa və digər ölkələrin maliyyə dəstəyindən istifadə edərək Laçın şəhərində və xaraba qalmış bir çox kəndlərdə onlarla erməni kilsələrinin inşasına başlanılıb. Onun sözlərinə görə, Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib.
Davamı...
Piter Semnebi: "Qarabağ münaqişəsinin yalnız bir həll yolu var ki, bu da sülhdür"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanma imkanları Ermənistanda keçiriləcək prezident seçkisindən sonra artacaq". Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Piter Semnebi bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ümidi itirmək olmaz: "Diplomatik danışıqlar prosesi davam edir və münaqişənin nizamlanması üçün bütün tədbirlər görülür".
Davamı...
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri dekabrın 25-i günorta saatlarından başlayaraq bu gün səhərə qədər fasilələrlə Xocavəndin Kuropatkino, Füzulinin Aşağı Əbdülrəhmanlı, Ağdamın Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
ANAM NAILE ZEYNALOVANIN QARDASI
AKIF MEMMEDOV HAQQINDA XATIRELERI.
MEMMEDOV AKIF IBRAHIM OQLU 1993-CU ILDE 16 AVQUSTDA
BASARAT UGRUNDA GEDEN MUHARIBEDE ITGIN DUSMUSDUR.
ANAMIN XATIRELERI:
Qardasim Akif Qubadli rayonuun Qaraimanli kendide yasayirdi.Qarbag doyusleri
geden zaman qardasim esgerliyni coxdan bitirmis 3usaq atasi idi.O, ermeilerin bu
haqsizliqlarina dozmeyib konullu olaraq cebhe bolgelerine getdi.O,esgerlere
masinla hem qida dasiyir hemde onlarla birge postda dururdu.Doyus zamani nece
helak olmus esgerin meyidini oz evine getirmis sonra rayon merkezine aparib oz
pulu ile onlara tabut duzeltdirib rayonlara,yeni oz ailelerine catdirilmasinda
komeklik etmisdir.Ancaq avqust ayinin 16-da ona hec kes komek ede bilmedi.Bele
ki, seher tezden esgerlere qida aparanda basarat postundaki esgerlerin
muhasirede oldugunu basa dusmus ve tez komandirin emir ile geri qayidib komek
aparmaq istemisdi,ancaq deme O, kecenden sonra qaradas deyilen yerde
pusqu qurmuslar ve qardasim ordan kecende onun masinini vururlar.Ancaq o masinda tek olmur onunla beraber 2 esger de qayidirmis.Hemin gunden beri nece illerdir ki,bu adamlardan hec bir xeber yoxdur.Esirlikden qayidanlar da gorselerde hence demediler.
Davamı...
Əziz ellilərimiz! Hamınızı xoş gördük. Qeyd etmək istərdim ki, biz artıq Qubadlımıəzın saytını hazırlamaq ərəfəsindəyik və sayt üzərində ciddi iş gedir. Onu qeyd edim ki, bir dostum mənə məsləhət etdi ki, Qubadlı barədə ətraflı və daha dolğun materiallar hazırlamaq üçün tarix instituna gedim.
Davamı...
Əziz ellilərimiz! Tezliklə yenilənən www.qubadli.com saytımızda çalışmışıq ki, sizin hər birinizin marağı olan müxtəlif imkanlar yaradaq. Hal-hazırda sayt üzərində ciddi iş aparılır və tez bir zamanda ictimaiyyətə açılacaq. Heləlik onu qeyd edək ki, saytımızda televiziya kanallarına rahatlıqla baxa biləcəksiniz.
Davamı...
Əziz ziyarətçilər!
Biz çox sevinirik ki, bu yaxın günlərdə işğal altında olan rayonlarımızdan biri, iki çay arasında yerləşən (həmin çaylar Bərgüşad və Həkəri çaylarıdır) Qubadlımızın rəsmi saytını ictimaiyyətə açıqlayacağıq. Bunun üçün hər birinizdən böyük dəstək gözləyirik. Saytımızın qurluşu elə olacaq ki, hər bir sayta girən şəxs qeydiyyat etdikdən sonra sayta müxtəlif materiallar yerləşdirə biləcək. Saytda islama aid materiallarla yanaşı dünyəvi materiallar, xəbərlər və mp3 mahnılar, müxtəlif şəkillər, audio-video səslər və görüntülər olacaq.
Bəs siz nə istəyirsiniz? Davamı...