Ermənilər kəndləri bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutublar
Tovuzun Əsrik Cırdaxan və Koxanəbi kəndləri dünən 18.00 radələrindən başlayaraq ermənilər tərəfindən bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, martın 18-dən başlayaraq hər iki kənd mütəmadi atəşə məruz qalır.
Davamı...
Ermənistan ordusu Ağdamın Əfətli kəndini atəş altında saxladığından meyidlərdən birini ərazidən çıxarmaq hələ də mümkün olmayıb
Ermənistan silahlı qüvvələri ötən axşam cəbhə xəttində növbəti dəfə atəşkəs reciini pozub. Qarşı tərəfin Ağdam istiqamətində acdığı atəş nəticəsində Əfətli kəndinin iki sakini ölüb, ikisi yaralanıb. ANSPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə martın 8-də təxminən saat 19.00 radələrində baş verib. Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Yusifcanlı kındindən atəş açmağa başlayıb.
Davamı...
Prezident İlham Əliyev: «Azərbaycan işğal olmuş ərazilərin azad olunması üçün bütün imkanlarını səfərbər edəcək»
«İşğal olunmuş torpaqlarımız azad edilməyincə Ermənistanla heç bir iş birliyi, əməkdaşlıq mümkün deyil və olmayacaq». Bunu prezident İlham Əliyev ANS Müstəqil Yayım və Media Şirkəti və Çingiz Mustafayev Fondunun təsis etdiyi «İlin adamı» mükafatının təqdimetmə mərasimində deyib.
Davamı...
Tərtərin Çiləbürt kəndi yaxınlığında baş verən atışma zamanı itki qeydə alınmayıb
Ermənistan silahlı qüvvələri bu gün gecəyarı yenidən atəşkəs rejimini pozub. Erməni ordusu bir saat ərzində Tərtərin Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub
Ermənistan silahlı qüvvələri dekabrın 28-i günorta saatlarından başlayaraq bu gün səhərə qədər Daşkəsənin adsız yüksəklikləri, həmçinin Füzulinin Alxanlı, Ağdamın Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Ermənilər Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini atəşə tutublar
Ermənistan silahlı qüvvələri dekabrın 22-i axşam saatlarından başlayaraq, səhərə qədər Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Azərbaycan Ordusunun mövqeləri Xocavənd, Ağdam və Tərtər istiqamətində atəşə tutulub
Ermənistan silahlı qüvvələri noyabrın 19-u axşam saatlarından başlayaraq gecəyə qədər fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli və Sarıcalı, Tərtərin Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Müdafiə Nazirliyinin məlumatına görə, cavab atəşilə qarşı tərəf susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri noyabrın 16-ı gecə saatlarından başlayaraq fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu Füzulinin Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qərvənd, Tərtərin Çiləbürt, Ağdamın Tağıbəyli, Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Davamı...
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Erməni silahlı qüvvələri noyabrın 1-də yenidən atəşkəs rejimini pozub. Erməni ordusu Tərtərin Çiləburt, Çaylı və Göyarx, Füzulinin Qoran, Alxanlı və Horadiz kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyot silahlardan atəşə tutublar.
Davamı...
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 30-da saat 22.00-dan 22.05-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 23.45-dən 00.10-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərindən, oktyabrın 31-də saat 05.15-dən 05.25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
Nümunəvi xidmətlərinə görə şəxsi heyət medallarla təltif edilib
Kosovada hərbi xidmətini başa vuran 20 nəfər Azərbaycan sülhməramlısı bu gecə vətənə qayıdıb. Qeyd edək ki, sülhməramlılar 6 aydır ki, Kosovada xidmət edirdilər. Nümunəvi xidmətlərinə görə şəxsi heyət medallarla təltif edilib. 20 nəfər sülhməramlıdan ibarət əvəzedici heyyət isə artıq Kosovaya yola duşüb. /ANS TV/