Ermənilər kəndləri bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutublar
Tovuzun Əsrik Cırdaxan və Koxanəbi kəndləri dünən 18.00 radələrindən başlayaraq ermənilər tərəfindən bir saat ərzində iri çaplı pulemyotlardan fasiləsiz atəşə tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, martın 18-dən başlayaraq hər iki kənd mütəmadi atəşə məruz qalır.
Davamı...
Əziz ziyarətçilər! Həqiqətən də biz çox sevinirik ki, xalqımız Qarabağın qeydinə qalır. Bu bizi sevindirir. Biz hamılıqla çalışmalıyıq ki, gücümüz çatan qədər tapdaq altında olan torpaqlarımızı xatırlayaq, onu dünya səviyyəsində bütün millətlərə nümayiş etdirək. Bu bizim həm vətənimizə olan borcumuz, həm şəhidlərimizə olan borcumuz, həm də Allaha olan borcumuzdur. Çünki, Allah təala bizləri o vətəndə yaratdı, orada yetişdirdi, oranın ən gözəl nemətlərini bizə daddırdı. Lakin düşmən bizim əlimizdən torpaqlarımızı aldı. Biz də çalışmalııq ki, bunu dünyada tanıdaq. Dünyaya çatdıraq. Əziz ellilərimiz! Hamımızın qohum-əqrəbalarından bir çoxu şəhid oldu, bir çoxu əsir oldu, bir çoxu itgin düşdü. Ən azı vətəndaşımız belə oldu. Hamılıqla gəlin Qarabağımızın haqq səsini dünyaya çatdıraq. Bunun üçün biz tezliklə əsarətdə olan Qarabağın bir guşəsi Qubadlının saytını tezliklə ictimaiyyətə açacağıq.
Davamı...