Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında səsləndirib
Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi ərazilərində terror bazalarının yerləşdirilməsinə ciddi münasibət göstərməyə çağırır. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirib.
Davamı...
Güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalıdır
Əli Məsimli
millət vəkili
Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir. Eyni zamanda yüz ildən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilər Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyasını yürütməyə çalışırlar. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsinə, Qafqazda ermənilərin sayının süni surətdə artırılmasına, regionun etnik mənzərəsinin dəyişdirilməsinə və “erməni məsələsinin” qızışdırılmasına başlanılmışdır.
Davamı...